Siyasət

  • 914

“Geniş hərbi əməliyyatların keçiriləcəyi istisna edilmir” MÜNASİBƏT

image

“Faşist xislətli bədnam qonşularımızın otuz ildən artıq bir müddətdə regionda sülh və əmin-amanlığa təhdid yaratmaqla, əslində, eyni zamanda, özlərinə ağır zərbə vurmuşlar və vurmaqda davam edirlər”. Bunu "Səs" qəzetinə açıqlamasında "Azadlıq Hərəkatçılar Birliyi"nin sədri Təhmasib Novruzov deyib.

Təhmasib Novruzov bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan xalqına və ordusuna güvənməklə işğal altında olan torpaqların azad edilməsinə və regionda geosiyasi mənzərəni Azərbaycanın xeyrinə dəyişməyə nail oldu: “Əslində, 2020-ci ilin noyabrında ordumuzun bütün ərazilərdə əməliyyatı uğurla başa vurmağa, bütün əraziləri erməni quldur dəstələrindən azad etməyə qadir olduğu halda, Ermənistanın və Rusiyanın təklifi ilə hərbi əməliyyatları dayandırmağa, düşmənin kapitulyasiya sənədinə imza atmağa razılaşması özü Azərbaycan liderinin və xalqın sülhpərvərliyinə, regionda əmin-amanlığın yaradılmasında istəkli olduğuna bariz sübutdur. Təəssüf ki, düşmən tərəf və onlara havadarlıq edənlər Azərbaycanın bu sülhpərvər addımını lazımınca dəyərləndirə bilmədilər. Dəfələrlə yeni provakasiyalara əl atdılar və hər dəfəsində də ordumuz və diplomatlarımızın uğurlu qələbələrinin qarşısında geri çəkilməyə məcbur edildilər. İndi beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının Konstutusiyasına əsaslanan bütün istədiklərini reallaşdıran Azərbaycan son akkordlarını da vurmaq ərəfəsindədir. Söhbət Qarabağ İqtisadi zonasında hələ də qalmaqda olan qanunsuz hərbi birləşmələrin burdan çıxarılmasından və separatçıların, nəhayət ki, reallığı qəbul edib iddialarında əl çəkərək Azərbaycan vətəndaşlığını qəbul edərək normal həyata dönmələrindən gedir. Ölkə Başçısı əvvəllər də bu barədə fikirlərini dəfələrlə səsləndirmiş və heç bir statusun olmayacağı haqqında Azərbaycanın rəsmi mövqeyini qarşı tərəfə bildirmişdi. Ancaq bu dəfə Laçında, uzun həsrətdən sonra doğma yurdlarına dönmüş sakinlərlə görüş zamanı səsləndirdiyi fikirlər son və qəti xəbərdarlıq kimi qəbul edilməlidir. Erməni separatçılar əmin olmalıdırlar ki, onların Azərbaycan vətəndaşlığını qəbul edib, bütün qondarma "respublika" oyunlarına son qoyub dinc həyata dönmələrindən başqa yol yoxdur. Məncə ölkə başçısı həmin çıxışında diplomatik şəkildə bəyan etdi ki, əgər separatçılar bizim bu humanist təkliflərimizdən də nəticə çıxarmasalar, biz bunu beynəlxalq hüququn bizə verdiyi imkanlardan maksimum istifadə etməyə vadar edəcək. Maksimum imkan isə, nəhayət, hərbi yolla bu problemi həll etmək yollarından gedir. Odur ki, ermənilərin bu mesajlardan da nəticə çıxarmadıqları halda istənilən hərbi əməliyyatların aparılması qaçılmaz olacaq. Bu, antiterror əməliyyatı da ola bilər, geniş hərbi əməliyyat da ola bilər. Çünki qarşımızda 10-12 min nəfərlik silahlı qruplaşma dayanır. O zaman geniş hərbi əməliyyatların keçiriləcəyi də istisna edilmir”.

GÜLYANƏ

Digər xəbərlər