PDF Oxu

Siyasət

  • 1 872

YAP Göygöl rayon təşkilatında bir qrup yaradıcı gənclərlə görüş keçirilib FOTOLAR

image

Bu gün YAP Göygöl rayon təşkilatında Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan YAP Gənclər Birliyi və Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə keçiriləcək “Rəqəmsal İdeya Müsabiqəsi”ndə iştirak etmək üçün qeydiyyatdan keçmiş, fəal YAP gəncləri ilə görüş keçirilmişdir. YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev görüş iştirakçılarına müsabiqənin əsas məqsədinin Yeni Azərbaycan Partiyasının gənc fəallarının innovasiya yönümlü potensiallarının aşkarlanması, komanda quruculuğu bacarığının təkmilləşdirilməsi və ölkəmizdəki innovasiya ekosistemində gənclərin iştirakçılığının daha da artırılması olduğu barədə məlumat vermiş, nəticədə öz innovativ yanaşmaları ilə fərqlənən gənclər arasından seçiləcək 120 nəfərin yekun yarışmasında iştirak edəcəyi qeyd olunmuşdur. YAP gənclərinə xüsusi mentorlarla komanda katalizatoru, hakaton, intellekt rinqi, beyin fırtınası, ideyalar sərgisi və layihələrin təqdimatından təşkil olunacaq komanda yarışlarında qalib olmaları üçün mübarizə aparmaları, gələcəyin çağırışlarına öz töhfələrini vermələri tövsiyə olunmuş, layihəyə seçiləcək bütün iştirakçıların YAP tərəfindən sertifikatlarla, qalib komandaların isə xüsusi mükafatlar, qiymətli hədiyyələr və diplomlarla təltif ediləcəyi bildirilmişdir.

Digər xəbərlər