Siyasət

  • 1 531

Azərbaycanla İsrail arasında uzunmüddətli əməkdaşlıq əlaqələri mövcuddur ŞƏRH

image

Ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu siyasət xətti nəticəsində Azərbaycanın gündən-günə artan qüdrəti müstəqil dövlətimizin parlaq gələcəyinə və ölkəmizin çiçəklənməsinə çox böyük zəmin yaradır.Mayın 30-da İsrail Prezidenti İshak Hersoqun Prezident cənab İlham Əliyevin dəvəti ilə Azərbaycan Respublikasına iki günlük rəsmi səfəri mühüm siyasi və tarixi əhəmiyyət kəsb etdi. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə təkbətək və geniştərkibli görüşləri olub, iki dövlət arasında bir sıra sənədlər imzalanmışdır.Qeyd edək ki, Prezident cənab İlham Əliyev yürütdüyü xarici siyasət kursunda İsrail ilə əlaqələrin inkişafına hər zaman xüsusi olaraq önəm verib.Xüsusilə qeyd etmək lazımdır ki, iki ölkə müdafiə sənayesi sahəsində fəal əməkdaşlıq edir və bu əməkdaşlıq bu gündə uğurla davam etməkdədir.2005-ci ildən başlayaraq ölkələrimiz arasında bu sahədə fəal əməkdaşlıq aparılır. İlk illərdə Azərbaycan İsraildən reaktiv yaylım atəş sistemləri və pilotsuz uçuş aparatları alıb və bu silahlar 2008-ci ildə hərbi paradda nümayiş etdirilib. 2008-ci ildə Azərbaycanın Müdafiə Nazirliyi və İsrailin “Erbit” şirkəti ilə imzalanan kontrakt əsasında Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan T-72 tankları modernizasiya olunub. Bu tanklardan 2016-cı ilin aprel döyüşlərində istifadə olunub və özünü doğruldub.

Səfər zamanı mətbuata bəyanatlarla çıxış zamanı Preziden cənab İlham Əliyev bildirmişdir ki, “təhdidlərdən danışarkən, həmçinin müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlığı məmnuniyyətlə qeyd etmək istəyirəm. Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır.”Həmçinin 44 günlük Şanlı Vətən müharibəsi zamanı İsraildən alınan pilotsuz təyyarələr və digər müasir silahlar Azərbaycanın qəti qələbə əldə etməsində mühüm rol oynayıb. Azərbaycan müasir beynəlxalq münasibətlər sisteminin fəal aktoru kimi Avropa, Asiya və bir çox region ölkələri ilə həm diplomatik, həm iqtisadi, həmdə ticari və digər sahələr üzrə sıx əməkdaşlıq prinsiplərinə sahib olan dövlətdir və bu da ölkəmizin beynəlxalq müstəvidə qazandığı diplomatik uğurdur.

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Digər xəbərlər