Ermənistanda belə bir ənənə mövcuddur ki, kişilər harada dara düşdülərsə, dərhal qadınlardan istifadə etməyi düşünür və bunu həyata keçirirlər. 2020-ci ildə Ermənistanla apardığımız müharibədə də bunun şahidi olduq.
Deməli, müharibə dövrü məlum oldu ki, erməni kişiləri cəbhəyə getməkdən yayınır, xüsusilə gənclər. Belə olan təqdirdə qadınlara müraciət olunmuşdu və onlar da qalxıb cəbhəyə gəlmişdilər.
Düşünürəm ki, fərqə baxın. İllərdir bizdən parça-parça torpaq oğurlamaqla yanımızdaca yerləşib özlərini bizə qonşu edən bu qonşuluqdan kənarlar bizdən hər kiçik detalları öyrənib, oğurlayıb, əxz etməyə çalışıblar, görəsən bu namus, qeyrət məsələsini niyə öyrənməyiblər? Gör, bizdə ən gənc kişi qadının cəbhəyə getməsinə razı olar? Həyatından keçər, buna razı olmaz.
Lakin Ermənistanda belə deyil. Bu günlər mətbuatda oxuduğum iki bir-biri ilə əlaqəli xəbər bunları söyləməyə və yenidən bu mövzuya qayıtmağa əsas verdi.
Belədir ki, Ermənistan Silahlı Qüvvələrində ehtiyatda olan bir sıra şəxslər 2022-ci ildə vaxtaşırı keçirilən hərbi təlimlərdə iştirakdan yayınıblar. Onlardan 45-nə ittiham irəli sürülüb. Bunu Ermənistan KİV bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətinə istinadla məlumat yayıb.
Bildirilir ki, müvafiq dəvət aldıqdan sonra bəzi şəxslər elan olunmuş təlim-məşq toplanışında iştirak etmək üçün çağırış vərəqəsini almaqdan imtina ediblər. Digər hallarda onlar çağırış vərəqəsi alıblar, lakin Ermənistan Müdafiə Nazirliyinin ərazi səfərbərlik xidmətlərinə gəlməyib, bununla da toplantıdan yayınıblar.
Həmçinin, vətəndaşlar arasında fəaliyyətlərinə görə qanunla hərbi toplantılara cəlb olunmayan müəssisə və şirkətlərə saxta şəkildə işə girənlər də olub.
2022-2023-cü illərdə hərbi təlimlərin başlanmasından indiyədək hərbi toplanışlardan yayınma halları ilə bağlı ümumilikdə 160 məlumat daxil olub, onların əsasında cinayət işi başlanıb. 45 nəfər cinayət məsuliyyətinə cəlb edilib. 24 nəfər barəsində cinayət işi ittiham aktı ilə birlikdə nəzarət edən prokurora göndərilib.
Bəs bundan sonra nə baş verib? Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin müdafiə naziri Suren Papikyanın da iştirak etdiyi növbəti iclası keçirilib. İclasda “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi barədə danışan Papikyan qadınlar üçün könüllü-məcburi hərbi xidmət sisteminin tətbiqinin nəzərdə tutulduğunu açıqlayıb.
“Qadın vətəndaşların özlərini kişilərlə bərabər hiss etmələri vacibdir, o cümlədən vətəni müdafiə edərkən”, - deyə nazir bildirib.
Ermənistanda 18-27 yaşlı qadınlar oktyabrın 1-dən hərbi xidmətə çağırıla bilərlər. Xidmət 6 ay müddətinə nəzərdə tutulur.
Buyurun, Ermənistanda kişilər ordudan uzaqlaşır, nazir də qadınların orduya cəlb olunmasını təklif edir və adını da qoyur ki, qadınlar özlərini kişilərlə bərabər hiss etməlidirlər. Ta demir ki, yenə ümid qadınlaradır.
Dünyada bütün görülməzləri bu qonşuluqdakıların simasında gördük. Oğurluğu bacarırlar, nankorluq, xəyanət bunların ana südünün rüşeymidir. Yalan, fırıldaq alın yazıları, namus, qeyrət də gördüyünüz kimi, xəbərləri olmadıqları məsələdir.
Buna bir tərs nəzər salmayıb, nə edəsən?..
Mətanət Məmmədova