May ayının 27 və 28-də Prezident İlham Əliyevin Laçına səfəri, orada doğma yurd-yuvasına qayıdan sakinlərlə görüşü, sadə insanların yanında olması bir daha onun Azərbaycanın güclü lideri olmasının sübutudur. Bu baxımdan, dövlətimizin başçısının rayonlarda çoxsaylı təməlqoyma mərasimləri və açılışlarda iştirakı, xüsusilə ilk 20 ailənin Laçında məskunlaşması müstəqillik günündə onun xalqımıza hədiyyəsidir. Bu gün Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər möhkəm olmasını bir daha göstərir.
Həmin gün ilk 20 ailə Laçında yerləşdirildi və cənab prezident onlara evlərinin açarlarını şəxsən özü təqdim etdi, onlarla bu sevinci birlikdə yaşadı. Görüş zamanı bildirildi ki, cəmi 7-8 ay ərzində Laçının böyük hissəsi tamamilə yenidən qurulub. İyun ayının sonuna qədər bura əlavə bir çox ailələr qayıdacaq. Birinci mərhələdə Laçında 4 minə yaxın insan məskunlasaçaqdır. Bütövlükdə Laçında 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilərlər. Bu gün dövlətimiz Azərbaycan-Ermənistan sərhədi istiqamətində çox əlverişli mövqelərə sahib olub. Biz mövqelərimizi gücləndiririk. 44 günlük Vətən müharibəsinin gedişində bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycanın nəzarətinə keçdi. Laçın şəhərinə 2022-ci ilin avqust aylarının sonlarında alternativ yol çəkildi və Azərbaycan da bu gün orada abadlıq, quruculuq işlərini həyata keçirir: Azərbaycan da Qarabağ və Şərqi Zəngəzur üzrə fərqli idarəetmə üsulu həyata keçirir. Bu yeni idarəetmə üsuluna uyğun olaraq cənab Prezidentin xüsusi nümayəndələri təyin edilir. Laçın rayonuna da xüsusi nümayəndənin təyin olunması bu idarəetmə formasının bir tərkib hissəsidir. Düşünürəm ki, Ağdamda, Qarabağda, Şuşada və Şərqi Zəngəzurda həyata keçirilən yeni idarəetmə üsulu Laçında da öz müsbət nəticələrini verəcək. Ötən müddət ərzində biz Qarabağda və Şərqi Zəngəzurda xüsusi ilə Şuşa şəhərində sürətli inkişafın şahidiyik. Laçına da xüsusi nümayəndənin təyin edilməsi də bu qəbildən hesab olunur. Biz qısa bir zamanda Laçının çiçəklənməsinin və inkişaf etməsinin şahidi oluruq.Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Artıq işğaldan azad olunan ərazilərdə aparılan abadlıq-quruculuq işlərinin effektiv nəticəsi özünü göstərməkdədir. Belə ki, Böyük Qayıdış proqramı reallaşmaqdadır. Mayın 28-də Laçın şəhərinə də ilk qrup əhali qayıdıb. Onlara yeni evlərinin açarlarını Prezident İlham Əliyev təqdim edib. Prezident İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşündə deyib ki, Laçında bütün lazımi şərait yaradılır: Hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun.
Nicat İsmayılov
YAP Yasamal rayon “Akim Abbasov küçəsi 73 E” ünvanı üzrə ərazi partiya təşkilatının sədri