Laçın… Azərbaycanın dilbər güşələrindən biri… IX- XVII əsrlərə aid Ağoğlan qəsri, Dəmrovlu Pir Məbədi, Məlik-Əjdər türbəsi, Uşaq qalası, Kar kümbəz və X-XIX əsrlərə aid birtağlı və ikitağlı körpülər, çoxsaylı su dəyirmanları var. Bu tarixi abidələr ərazidə türk tayfalarının yaşadığını təsdiqləyir. Laçın əvvələr Abdallar adlandırılıb. 1924-cü ildən isə şəhər statusu alan Laçın şəhəri 1930-cu ildən rayon mərkəzi olub. Laçın adı yaxınlıqda olan dağın adı ilə bağlıdır və mənası "məğrurluq" deməkdir. Ümumi sahəsi 1835 kvadrat kilometr olan bu ərazi 1 şəhər, 1 qəsəbə, 125 kəndidən ibarət idi.
İşğal zamanı 13745 yaşayış evi yandırılıb, 267 nəfər şəhid olub, 66 laçınlı girov götürülüb. İndi 28 il işğal altında olan Laçına laçınlılar qürarla qyıdırlar. Artıq biz işğaldan deyil, qazandığımız Zəfərdən, Laçında olan inkişafdan danışırıq, əlbəttə, tarixi unutmayaraq.
Prezident İlham Əliyev: “Mən həmişə deyirdim ki, Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qayıtmasa, heç bir razılaşma ola bilməz”.
Bəli, Laçınsız, Kəlbəcərsiz və Şuşasız Azərbaycan yaşa bilməzdi.
Laçın şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan küçənin, Vətən müharibəsində şanlı Qələbənin şərəfinə adlandırılan Zəfər küçəsinin və 28 May küçəsinin açılışı oldu.
Mayın 28-də, Azərbaycanın Müstəqillik günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb onlara evlərin açarlarını təqdim etmək özü bir tarixdir. Və bu heç də təssadüf deyil.
Prezident İlham Əliyev: “Bu görüşü məhz 28 May tarixində təşkil etməyimizin böyük rəmzi mənası var. Bu gün müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda, bu gün müstəqil Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir. Bu gün yeni Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir”.
Laçın rayonu 9 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə birgə Bəyanat imzalandıqdan sonra geri qaytarılır. Azərbaycan Respublikası 2020-ci il dekabrın 1-də Ermənistanın işğalı altındakı Laçın rayonunu öz yurisdiksiyasına qaytardı.
44 günlük Vətən Müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz tərəfindən işğaldan azad olan ərazilərə yeni nəfəs gəlir, canlanır. Bu gün bu ərazilərdə bərpa işləri aparılmağı davam edir, infrastruktur bərpa olunur, strateji obeyktlərin tikintisi aparılır.
Allah şəhidlərimizə rəhmət eləsin!
Yaşasın Ali Baş Komandan!
Eşq olsun Müzəffər Azərbaycan Ordusuna!
Qarabağ Azərbaycandır!
Şəhla Xəlilova
YAP Yasamal rayon Fizika İnstitutu üzrə ərazi partiya təşkilatının sədri