PDF Oxu

Siyasət

  • 4 919

Döyüş meydanında zəfər qazanan Azərbaycan Ordusu ŞƏRH

Döyüş meydanında zəfər qazanan Azərbaycan Ordusu ŞƏRH

Ordumuzun qarşısında duruş gətirə bilməyən, sarsıdıcı zərbələr altında geri çəkilən Ermənistanın silahlı birləşmələri yenə də öz çirkin ənənələrinə sadiq qalaraq müharibə cinayətləri törətməkdən çəkinmədilər. İşğalçı erməni faşistləri beynəlxalq hüquq və beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, mülki əhalini və infrastrukturu hədəfə alıb qadağan edilmiş kütləvi qırğın silahlarından istifadə etdilər. Döyüş meydanından kənarda yerləşən Gəncə, Mingəçevir, Yevlax, Daşkəsən, Xızı və Siyəzəni, cəbhəyanı Tərtər, Bərdə, Goranboy, Beyləqan və Ağcabədini müxtəlif istiqamətlərdən atəşə tutması nəticəsində azyaşlı uşaqlar, məktəbli yeniyetmələr daxil olmaqla yüzdən çox dinc sakinimiz erməni terrorunun qurbanı oldular. Mənfur düşmənin bizə qarşı həyata keçirtdiyi hərbi cinayətlər və terror aktları Azərbaycan xalqının məğrurluğunu və iradəsini qıra bilmədi. Qəlbində Vətən sevgisi yaşadan igidlərimiz işğalçı Ermənistanın layiqli cavabını verdilər.

Azərbaycana qarşı törədilən terror aktlarının əsas məqsədi, riyakar və mənfur düşmənin ölkə rəhbərliyi döyüş meydanındakı məğlubiyyətini pərdələyərək mülki şəxsləri qətlə yetirməklə nüfuzunu yüksəltməyə çalışır. İşğalçı Ermənistan silahlı qüvvələrinin cəbhədən kənarda yerləşən Bərdə şəhərini raket atəşinə məruz qoyaraq humanitar atəşkəs rejiminin şərtlərini növbəti dəfə kobud şəkildə pozması nəticəsində vətəndaşlarımızın həlak olması düşmənin açıq-aşkar beynəlxalq hüquq normalarını və prinsiplərini heçə sayması deməkdir. “Smerç” qurğusundan buraxılmış kasetli raketlərlə atəş nəticəsində 21 nəfər həlak olub, 70 nəfər isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. 2020-ci il sentyabr ayının 21-dən etibarən Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, habelə elan edilmiş humanitar atəşkəs rejiminin tələblərinə məhəl qoymaması dünya ictimaiyyəti tərəfindən ümumbəşər dəyər və beynəlxalq hüquq prinsiplərinin pozulması kimi qəbul edilməli və hərbi cinayət aktları qəti şəkildə pislənməlidir!

Beynəlxalq səviyyədə, bu hücumlar Türkiyə tərəfindən qınandı və müharibə cinayəti adlandırıldı. Azərbaycandakı Qətər, İsveçrə, Malayziya və Britaniya səfirləri hücuma görə təəssüf etdiklərini ifadə etdilər və başsağlığı verdilər. Avropa İttifaqı hücumu qınamışdır və BMT-nin baş katibi Antonio Quterreş bunu qəbuledilməz adlandırdı. 16 oktyabr tarixində Birləşmiş Krallıqda yaşayan azərbaycanlılar, İran azərbaycanlıları və türklər Amnesty Internationalın Londondakı mərkəzi qarşısında toplaşaraq erməni silahlı qüvvələrinin Gəncə, Mingəçevir, Tərtər və digər mülki şəxslər yaşayan şəhərlərə raket hücumlarını qınayan etiraz yürüşü etdilər. Sonrakı gün ABŞ azərbaycanlıları Çikaqoda etiraz yürüşü edərək raket hücumlarını qınadılar. Daha sonra Britaniya azərbaycanlıları Londondakı Azərbaycan səfirliyinin qarşısında hücumlar zamanı həyatını itirənləri anarkən, Gürcüstan azərbaycanlıları Tiflisdəki parlament binasının qarşısında yürüş etdilər, Rusiya azərbaycanlıları Moskvadakı Azərbaycan səfirliyinin giriş qapısının bir hissəsini 17 oktyabr hücumunda həyatını itirən şəxslərin xatirəsinə həsr etdilər.

Bütün iqtisadi-siyasi uğurlarına görə regional gücə sahiblənən Azərbaycan istər siyasi, istərsə də sosial-iqtisadi sahələrdə dünya ölkələri ilə bütün istiqamətlərdə uğurlu əməkdaşlıq edən dövlətlər sırasındadır. İşğalçı Ermənistanın mülki əhalimizə qarşı cinayətkar terror hücumlarına Azərbaycan dövləti yalnız və yalnız döyüş meydanında layiqli şəkildə cavab verdi və həlak olan mülki şəxslərimiz və şəhidlərimizin qisasını aldı! Ali Baş Komandanın rəhbərliyi və liderliyi ilə ordumuz, hərbi güc və potensialımızın möhkəmlənməsi uğrunda həyata keçirilmiş dövlət siyasətinin nəticəsində ən yüksək resurs və təminata malikdir və bu uğurlar Azərbaycan ordusunun qələbəsinin təminatı oldu! Müzəffər ordumuz ən müasir silah və texnikalara sahibdir və döyüş meydanında heç bir kənar qüvvələrin təsiri olmadan zəfər çaldı! Mənfur düşmən isə terrorçu qruplaşmaları ilə birgə, havadarlarının dəstəyinin olmasına baxmayaraq döyüş meydanında məğlubiyyətə düçar oldu. Ölkəmiz nəinki öz ərazi bütövlüyü uğrunda döyüşür, eyni zamanda regionda daimi sülhün və sabitliyin təmin olunması üçün beynəlxalq terrorizmlə mübarizə aparır. Dünyaya Ermənistan dövlətinin terrorçu və işğalçı siyasəti məlumdur. Xocalı soyqırımının eyni adlı ssenarisi ilə Gəncə, Bərdə, Tərtər və digər rayon və şəhərlər atəşə tutulur. Azərbaycan məğlubedilməz və şanlı Azərbaycan Ordusunun yüksək döyüş əzmi və ruhu ilə regionda sülhün və sabitliyin təmin olunmasına nail oldu. Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə, daha sonra Bərdə, Tərtər və digər rayon və şəhərlərin mülki əhalisinin sıx yaşadığı ərazilərin xüsusi olaraq seçilməsi və davamlı atəşə tutulması mənfur düşmənin azğınlaşmış hərbi və siyasi rəhbərliyinin birbaşa göstərişi və tapşırığı ilə həyata keçirilir.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər