PDF Oxu

Siyasət

  • 3 088

Azərbaycan İsrail əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Azərbaycan İsrail əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

İsrail Prezidentinin Azərbaycana səfəri də bunun bariz nümunəsidir. Bundan öncə Azərbaycanın Təl-Əvivdə səfirliyi fəaliyyətə başladı. İki ölkə arasında strateji təmaslar mövcuddur. Bu əlaqələr siyasi, iqtisadi və mədəni sahələri əhatə edi. Azərbaycanla İsrail arasında iqtisadi münasibətlər də genişlənir. Müxtəlif sahələrdə əməkdaşlıq formatları qurulub. İsrail Azərbaycanın ərazi bütövlüyünü fəal dəstəkləyən ölkələrdən biridir. 44 günlük Vətən müharibəsi zamanı da biz bunu aydın gördük. Azərbaycan neftinin əsas alıcılarından olan İsrail Azərbaycanın əsas hərbi sənaye idxalçılarından biridir. Bu səfər ikitərəfli münasibətlərin inkişafına təkan verəcək.

Son illər Azərbaycanla İsrail dövləti arasında qarşılıqlı münasibətlər intensiv şəkildə inkişaf etməkdədir. İsrail Azərbaycanın 1991-ci ildə bərpa etdiyi dövlət müstəqilliyini ilk olaraq tanıyan ölkələrdən biridir. İki ölkənin diplomatik münasibətləri 1992-ci ilin aprelində qurulub, Bakıda onun səfirliyi fəaliyyətə başlayıb. Azərbaycanın bu dost ölkəyə münasibəti hər zaman loyal olsa da, Yaxın Şərqdə baş verən məlum geosiyasi problemlər səbəbindən son zamanlaradək İsraildə rəsmi Bakının diplomatik nümayəndəliyinin təsis edilməsi müəyyən maneələrlə üzləşirdi. Lakin rəsmi Yerusəlimin Ermənistan tərəfindən ərazilərimizin işğalı nəticəsində yaranmış Qarabağ probleminə münasibətdə hər zaman Azərbaycanın yanında olduğunu nümayiş etdirməsi, beynəlxalq təşkilatlarda haqq səsimizi dəstəkləməsi və nəhayət, 44 günlük Vətən müharibəsinin gedişində Azərbaycanla çətin günün dostu olduğunu sübut etməsi, eləcə də qardaş Türkiyə ilə münasibətlərin müsbət məcraya yön alması sonda beynəlxalq dəyərlər sistemi kontekstində, həm də milli maraqlar baxımından Azərbaycan-İsrail qarşılıqlı münasibətlərinə yeni baxışın zərurətini ortaya qoydu. Beləliklə, bu ilin aprel ayında ölkəmizin İsraildə səfirliyinin açılması ilə bu münasibətlər daha sürətli inkişaf yoluna qədəm qoymuşdur.30 may tarixində İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana rəsmi səfəri və bu çərçivədə bir sıra görüşlərin keçirilməsi, “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı” Planının imzalanması, kibertəhlükəsizlik, turizm, irriqasiya və kənd təsərrüfatı, ticarət dövriyyəsinin şaxələndirilməsi və bir çox digər istiqamətlərdə qarşılıqlı fayda əsaslanan əməkdaşlığın perspektivləri ətrafında məhsuldar müzakirələr bu münasibətlərin inkişafına mühüm töhfədir.

Azərbaycan-yəhudi qardaşlığının kökündə yalnız İsraillə hərbi-siyasi əməkdaşlıq dayanmır. Yəhudilər yüz illərdir ki, Azərbaycan cəmiyyətinin ayrılmaz və qiymətli bir hissəsidir. Prezident İlham Əliyevin dediyi kimi, "yəhudi icmasının üzvləri - Azərbaycan vətəndaşları ölkəmizin müasir inkişafına çoxlu töhfə vermiş və töhfə verən insanlardır. Onlar bizim müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda bizimlə və bütün digər azlıqların nümayəndələri ilə çiyin-çiyinə vuruşublar".

Nicat İsmayılov

YAP Yasamal rayon “Akim Abbasov küçəsi 73 E” ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər