PDF Oxu

Siyasət

  • 3 673

Strateji tərəfdaş olan Azərbaycan İsrail münasibətləri ŞƏRH

Strateji tərəfdaş olan Azərbaycan İsrail münasibətləri ŞƏRH

Cari ilin 30 may tarixində İsrail Dövlətinin prezidenti İsxak Hersoqun Azərbaycana səfəri çərcivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və İsrail dövlətinin prezidenti İsxak Hersoqun iştirakı ilə “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023–2028-ci illər üçün əməkdaşlıq planı” imzalanıb, bu əməkdaşlıq həm də gələcək strateji əməkdaşlıq üçün müəyyənləşən bir yoldur. İsrail Dövləti 1992-ci il aprelin 7-də Azərbaycanın müstəqilliyini tanıyıb. Azərbaycan İsrail ölkələri arasında münasibətlərin inkişafına iki ölkənin dövlət başçılarının görüşləri təkan verib. 28 yanvar 1995-ci ildə Prezident Heydər Əliyev İsveçrədə keçirilən Dünya İqtisadiyyat Forumunda İsrailin xarici işlər naziri Şimon Pereslə, elə həmin il 22 oktyabrda BMT Baş Məclisinin iclasında İsrailin baş naziri İsak Rabinlə, 11 yanvar 1996-cı ildə Fransanın keçmiş prezidenti Fransua Mitteranın dəfn mərasimində İsrailin artıq baş naziri olan Şimon Pereslə, 2 dekabr 1996-cı ildə isə ATƏT-in dövlət başçılarının Lissabonda toplantısı çərçivəsində İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb, qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib. Qeyd etməliyəm ki, 29 avqust 1997-ci ildə İsrailin baş naziri Benyamin Netanyahu Azərbaycana qısamüddətli səfər edib və Prezident Heydər Əliyevlə görüşüb. Heydər Əliyev ATƏT-in Lissabon zirvə toplantısında Natenyahu ilə görüş və danışıqlarından, həmçinin onun İsrail hökuməti adından Azərbaycanın qarşılaşdığı problemlərin aradan qaldırılmasında lazımı köməklik göstərməyə hazır olduğu barədə bəyanatından məmnun qaldığını bildirib. Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident Heydər Əliyev münaqişənin Lissabonda irəli sürülən prinsiplər əsasında həll olunmasına tərəfdar olduğunu vurğulayıb. Görüşdə iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün işçi qrupunun yaradılması qərara alınıb. Azərbaycanın sülhsevər və çoxmillətli ölkə olduğunu qeyd edən Heydər Əliyev yəhudilərin əsrlər boyu burda azərbaycanlılarla dost və mehribancasına yaşadığını bildirib: "Yəhudilər azərbaycanlılarla birlikdə Azərbaycanda əsrlər boyu dostluq, mehribanlıq şəraitində yaşayıblar. Bu gün də yəhudilər Azərbaycanın tam bərabər hüquqlara malik vətəndaşlarıdır və Azərbaycan onlar üçün doğma vətəndir. Bunların hamısı bizim əməkdaşlığımız üçün yaxşı imkan yaradır." Azərbaycan və İsrail ölkələri arasında mədəni əlaqələrin inkişafında diasporun rolu böyükdür. Yəhudi icması Azərbaycanda ən fəal icmalardan biri hesab olunur.Nəzərinizə çatdırmalıyam ki, Azərbaycanda 3 yəhudi icması mövcuddur: əsasən Quba (Qırmızı Qəsəbə) və Bakıda yaşayan dağ yəhudiləri; əsasən Bakı və Sumqayıtda yaşayan yəhudi aşkenazlar; Gürcüstanla sərhəddə yaşayan Gürcüstan yəhudiləri. İsrail ölkəmizin qara qızılımız olan Azərbaycan neftinin ən iri alıcılarından biridir. O, neftə olan tələbatının 30 faizini Azərbaycan nefti hesabına ödəyir. İsrail həmçinin Azərbaycandan böyük həcmdə neft məhsulları idxal edir. Hazırda İsrail Azərbaycan qazını almağa maraq göstərir. 1993-cü ildən Azərbaycanın AZAL şirkəti Bakı və Tel-Əviv arasında hava reysini həyata keçirir. Azərbaycanda mobil telefon sahəsində ilk dəfə İsrail şirkəti - "Bakcell" investisiya yatırıb və Azərbaycan bazarında ilk mobil telefon operatoru olub. 2007-ci ilin fevralında iki ölkə arasında ilk iqtisadi sənəd olan İnvestisiyaların Qorunması və Təşviqi haqqında razılaşma imzalanıb.
Prezident İsxak Hersoq mayın 30-da Bakıda, Heydər Əliyev Mərkəzində İsrail Dövlətinin Müstəqillik Günü (14 may) münasibətilə təşkil olunan rəsmi qəbulda çıxışı zamanı ölkələrimiz arasındakı əlaqələrin əhəmiyyətini bir daha vurğulayıb. Qeyd edib ki, bu il İsrail öz müstəqilliyinin 75-ci ildönümünü qeyd edir. Eyni zamanda ölkələrimiz arasında diplomatik əlaqələrin 30 illik tarixi var. İki ölkənin müstəqillik günləri bir-birinə yaxın tarixlərdə qeyd olunur. Ölkələrimiz arasındakı sıx əlaqələr yalnız qarşılıqlı marağa deyil, hər şeydən əvvəl ortaq dəyərlərə əsaslanır: “Yəhudilər üçün Azərbaycan təhlükəsiz məkandır, onlar burada inkişaf edib, öz mədəniyyətlərini qoruyub saxlayıblar. Yəhudilər yalnız öz icmaları çərçivəsində deyil, Azərbaycanın zəngin siyasi və mədəni mühitində də tərəqqi tapıblar. Bu, kiçik məsələ deyil. Dinlərarası əməkdaşlıq və xalqlararası tolerantlıq, qarşılıqlı hörmət hər iki ölkənin üstünlük verdiyi dəyərdir”.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər