PDF Oxu

Siyasət

  • 2 733

"Sülh müqaviləsi bir görüşlə imzalamaq mümkün olacaq" MÜNASİBƏT

"Sülh müqaviləsi bir görüşlə imzalamaq mümkün olacaq" MÜNASİBƏT

“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imnzalanmasına əsas var. Bu əsas torpaqlarımızın işğaldan azad olunması və ölkəmizin suverən ərazi bütövlüyünün təmin edilməsidir”. Bunu millət vəkili Azər Badamov "Səs" qəzetinə açıqlamasında deyib.
Onun sözlərinə görə, sülh müqaviləsinin imzalanması uzun bir prosesdir: “Bunun üçün razılaşdırılmalı və eyni məxrəcə gətirilməli bir çox məsələlər var. Bunun üçün Azərbaycanla Ermənistan arasında görüşlər çox keçirilməlidir. O cümlədən, Vaşinqtonda keçirilməsi nəzərdə tutulan görüşü də alqışlayıram. Bu, o deməkdir ki, ölkələrimiz arası münasibətlərin normallaşmasına və regionda əməkdaşlıqın yaranmasına ABŞ-da maraqlıdır. Hesab edirəm ki, Ermənistan danışıqlarda konstruktiv mövqe nümayiş etdirsə, qısa bir zamanda sərhədlərin delimitasiyası və demarkasiyasına başlamaq olar. Sərhədlərin delimitasiyası və demarkasiyası bu gün gündəlikdə müzakirələr zamanı mövqelərimizin yaxınlaşmasına mane olan bir çox məsələlərin həllinə yol açacaq. Azərbaycanla Ermənistan arasında sərhədlər rəsmi şəkildə təsdiq olunduqdan sonra Sülh müqaviləsi bir görüşlə imzlamaq mümkün olacaq.”

GÜLYANƏ

Digər xəbərlər