Dünya türklərinin bayram şadlığı,
Prezidentdir: Rəcəb Tayyib Ərdoğan
Azərbaycan-Türkiyə qardaşlığı,
"Bir millət, iki dövlət"dir Gündoğan!...
Müdrikliyi Ulu Öndər Heydərin
Ürəkdən-ürəyə sevgi oyatdı!
Dostluq-qardaşlığın qoydu təməlin!
Dünyada o, pak nümunə yaratdı!...
Bir ürək, bir yumruq rəmzi alındı
Cahanı birliyə səslədi simvol!
Türkiyədə "Vətən" himni çalındı
Rəhbərə təbriklər, xoş gün – uğur, yol!...
Allah dayaq oldu zəfər yoluna!
Qüdrətli ölkənin rəhbəri oldun!
Bizim xalq gül-çəçək səpir yoluna
Yaxşı ki, bizimlə həmsirdaş oldun!,,,
Mürsəlova Ofelya Mürsəl qızı
ADPU-nun pedaqoqika kafedrasının sabiq baş müəllim