PDF Oxu

Siyasət

  • 2 697

Azərbaycanın uğurlu layihəsi ŞƏRH

Azərbaycanın uğurlu layihəsi ŞƏRH

Müasir iqtisadiyyat böyük miqdarda enerji tələb edir: binaların sadə işıqlandırılmasından müəssisələrdə texnikasına qədər. XXI –ci əsrdə bütün məişət texnikası ilk növbədə elektrik enerjisi ilə işləyir. Bəzilərini enerji ilə doldurmaq lazımdır. Hətta əvvəllər çuqun batareyaları ilə təmin edilən istilik də elektrik enerjisinə keçdi. Böyük sənaye və müəssisələr güclü avadanlıqlardan istifadə edirlər, onların işləməsi elektrik şəbəkəsindən alınan enerjiyə əsaslanır. Sənaye və kənd təsərrüfatının heç bir sahəsi elektrik enerjisi olmadan edə bilməz. Hər şey elektrikləşdirilmiş və mexanikləşdirilmişdir, müvafiq olaraq enerji istehlakı və yanacaq ehtiyatları tələb olunur.Elektrik enerjisi sənayesi iqtisadiyyatın əsas sahəsidir, çünki o, əhalinin və xalq təsərrüfatının tələbatını elektrik və istilik enerjisi ilə təmin edir, digər qonşu ölkələrə elektrik enerjisi ixrac edir. Bu sənayenin düzgün işləməsi iqtisadiyyatın inkişafında mühüm amillərdəndir. Son dövrlərdə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və cənab prezidentimiz, ali baş komandanımız İlham Əliyevin sayəsində elektroenergetika sənayesində sənayenin dövlət tənzimlənməsi sistemi dəyişib.Müasir enerji texnologiyasında neft və ətraf mühitin kimyəvi çirklənməsini məhv edən bioyanacaqlardan istifadə olunur. Hazırda alimlər osmos effektindən enerji sektorunda, su elektrik stansiyalarının istismarında istifadə edirlər. Stansiyalarda şirin və duzlu su arasındakı təzyiq fərqi turbinlərin fırlanmasına və elektrik enerjisi istehsal etməsinə səbəb olur ki, bu da su elektrik stansiyalarının tikintisindən xeyli ucuz başa gəlir. Elm adamları enerjini naqilsiz məsafəyə ötürmək məsələsi ilə - "enerji İnterneti" ilə məşğul olmağa başladılar. Misal üçün simsiz smartfon şarj cihazını göstərmək olar.31 may-3 iyun tarixlərində Bakı şəhəri Bakı Enerji Həftəsinə ev sahibliyi etdi. Bu tədbir üç mötəbər tədbiri birləşdirdi: 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil&Gas", 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi "Caspian Power" və 28-ci Bakı Enerji Forumu.Son illərdə dünya ölkələri ənənəvi karbohidrogenlər əvəzinə bərpa olunan enerji mənbələrindən daha çox istifadə edirlər. Günəş və külək ekoloji cəhətdən təmizdir və istifadə zamanı istehlak edilmir. Yaxın 20 ildə bərpa olunan enerjisi dünya enerjisinin ən sürətlə inkişaf edən seqmenti olacaq. 2035-ci ilə qədər bərpa olunan enerjini qlobal elektrik enerjisi istehsalında payı əhəmiyyətli dərəcədə artacaq.Azərbaycan 200 GVt-a yaxın bərpa olunan enerji potensialına malikdir. Bunu Prezident İlham Əliyev Əbu-Dabi Davamlı İnkişaf Həftəsinin açılış mərasiminin iştirakçıları qarşısında çıxışı zamanı demişdir. “Azərbaycan bərpa olunan enerji mənbələri sahəsini inkişaf etdirməklə nəinki ixracı şaxələndirə, həm də iqtisadiyyatın ekoloji cəhətdən təmiz sektorunu yarada biləcək”. Cəmi iki il əvvəl Azərbaycan öz tərəfdaşları ilə birlikdə Azərbaycandan Cənubi Avropaya 3500 km uzunluğunda inteqrasiya olunmuş boru kəməri sistemi olan “Cənub Qaz Dəhlizi” enerji meqalayihəsini başa çatdırıb.

Cənab prezident İlham Əliyev: “30 ildir - 1994-cü ildən etibarən Xəzər neft-qaz sərgisi Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə imkan yaradır. Biz 1994-cü ildə neft strategiyamızın - Ulu Öndər Heydər Əliyevin neft strategiyasının astanasındaydıq. Bu il biz müasir Azərbaycanın yaradıcısı Ulu Öndərin 100 yaşını qeyd edirik. 1994-cü ildə ilk neft-qaz sərgisi keçirildi və həmin il məhz “Əsrin müqaviləsi” imzalandı ki, o, ölkəmizdə vəziyyəti kökündən dəyişdi, sərmayələr cəlb edildi, geniş iqtisadi sabitlik təmin olundu və əlbəttə ki, Azərbaycanın firavan gələcəyinin təməli qoyuldu”.80-ci illərin sonu 90-cı illərin əvvəllərində Azərbaycanda yeni iqtisadi-maliyyə münasibətləri, infrastruktur yaratmaq zərurəti yarandı. Xarici dövlətlərlə əlaqələrin qurulması xammal və materialların ixracına səbəb oldu. Ermənistanla ölkədə hərbi əməliyyatların dayandırılması ilə bağlı müqavilə imzalandıqdan sonra asayişin və sabitliyin bərpasına başlandı, xaricdən sərmayələr axını başlandı. 1999-cu ildə hökumətin səyləri nəticəsində elektrik enerjisi istehsalı artdı, ölkənin enerji sisteminin gücü artmağa başladı, enerji müəssisələrinin köklü modernləşdirilməsi layihələri həyata keçirilməyə başlandı, Azərbaycanın enerji sisteminin beynəlxalq elektrik əlaqələri quruldu. Hazırda elektrik stansiyaları tikilib ki, bu da elektrik enerjisi istehsalını artırıb. Ölkə iqtisadiyyatının elektrik enerjisi sənayesində təmin edilməsi zərurəti elektrik enerjisi sənayesi iqtisadiyyatının əsas vəzifəsidir. Bundan əlavə, dövlətin enerji təhlükəsizliyini də unutmaq olmaz ki, burada əsas vəzifə enerji ehtiyatlarının emalı, istehsalı, istifadəsi, idxalı və ixracıdır.

Azərbaycan Respublikasının enerji sənayesi Qafqazda əsas sənayedir. SSSR-ri dağıldıqdan sonra hər bir respublikanın hökuməti öz ölkəsini ayağa qaldırmağa çalışırdı. Belə çətinliklər Azərbaycanda da oldu. Qeyd etmək vacibdir ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi sayəsində Azərbaycan böyük uğurlara imza atmışdır. 1990-cı illərin əvvəllərində sənayenin və iqtisadiyyatın bütün sahələrində, o cümlədən energetikada dağıdıcı proseslər dayandırıldı. Təbii ki, Azərbaycanda elektrik stansiyaları hələ sovet dövründə - Cənubi Qafqazda 2400 MVt gücündə "Azərbaycan" EEE, 402 MVt gücündə Mingəçevir SES-i tikilib. 2020-ci ildə Azərbaycanda elektrik stansiyalarının gücü 7621,6 MVt idi.Bildiyimiz kimi, mənfur düşmən torpaqlarımızda 30-dan çox elektrik stansiyasını dağıdıb. 2021-ci ildən bu stansiyaların bərpasına başlanılıb və beş stansiya gücü 27 meqavata çatdıralaq “Azərenerji” tərəfindən bərpa edildi.Cənab prezident İlham Əliyev: “Bizim qaz təchizatımızın dinamikasına nəzər salsaq görərik ki, ötən il 8 milyard kubmetr idi, bu il 12 milyard kubmetr nəql edəcəyik. Bu, bizim ümumi ixracımızın yarısıdır və 2027-ci il üçün biz bu rəqəmi 20 milyarda çatdıracağıq. Bunun üçün mənbələr artıq var, onlardan biri bizim nəhəng “Şahdəniz” yatağımızdır, digər yataq “Abşeron”dur. Ümid edirəm ki, olduqca qısa bir zamanda “Abşeron”dan çox yaxşı xəbərlər alacağıq. Oradan çox qısa bir zamanda ilk qaz alacağımıza dair xəbər gözləyirik”.Yunanıstan-Bolqarıstan interkonnektorunun açılışı vacib hadisələrdən biridir. Azərbaycan Bolqarıstana qaz nəql edəcək və bu da digər ölkələrə də Azərbaycan üçün qazın nəqli imkanlarını yaradacaq. Qeyd etmək lazımdır ki, Rumıniya bu formatda azərbaycanla əməkdaşlıq edir. Bu ilin sonuna qədər qazın Macarıstana və Serbiyaya nəql edilməsi planlaşdırılır. Qaz ixracının coğrafiyası genişlənməsi əlbəttəki iqtisadi tərəfdən çox önəmlidir.Bərpa olunan enerji - enerji mənbəyindən alınan enerjidir. Bu enerji mənbələrinə misal olaraq günəşi və küləyi göstərmək olar. Bərpa olunan mənbələr böyük miqdarda enerji təmin edə bilər. Bərpa olunan enerji mənbələrin tam əksi kömür, neft və qaz sayılır ki, onlardan enerji alınan zaman havaya karbon dioksid kimi zərərli maddələr buraxılır. Bu problemlə, demək olar ki, bütün ölkələr məşqul olur və enetjinin alınmasının daha alternativ yolları araşdırılır.Buxarest şəhərində yaşıl enerjiyə dair digər bir mühüm tədbirdə yaşıl enerjiyə və transmissiyaya dair müvafiq sənəd imzalanıb. Layihə çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorundan əldə olunacaq külək enerjisini ötürücü xətlər və Qara dənizin dibi ilə çəkiləcək sualtı kabel vasitəsilə Avropa bazarlarına nəqli nəzərdə tutulub.Cənab prezident İlham Əliyev: “Bərpaolunan enerji haqqında danışarkən deyim ki, Azərbaycanın nəhəng potensialı var. Onun artıq ilkin hesablaması aparılıb, 157 qiqavat həcm yalnız Xəzər dənizində var. Quruda isə bizim potensialımız çox böyükdür. Beynəlxalq investorlarla imzalanmış iki müqavilə növbəti bir il, ya da il yarım ərzində 500 meqavata yaxın “yaşıl enerji” əldə etməyə imkan verəcək”.Bu il tədbirdə 35 ölkəni təmsil edən 320 fərqli şirkət iştirak edir. Bu da keçən ilin sərgisi ilə müqayisədə 25-30 % çoxdur.

Şəhla Xəlilova

YAP Yasamal rayon Fizika İnstitutu üzrə

ərazi partiya təşkilatının sədri

Digər xəbərlər