Siyasət

  • 1 589

Dövlətlərarası iqtisadi və siyasi əlaqələrə yeni yanaşma ŞƏRH

image

Cari ilin may ayının 31-də 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışı oldu.Açılışda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həm iştirak həm də çıxış etdi. Bu çıxış təkcə sərgilərin fəlaliyyətə başlamasının bildirişi deyildi, şübhəsiz, açılış həm də sərgilərin dövlətlərarası münasibətlərə, iqtisadi və siyasi əlaqələrə yeni yanaşmaların mahiyyətini də tənzimlməyə kömək edəcək. 1994-cü ilin sentyabrın 20-də Bakıda “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi” haqqında dünyanın 11 ən iri neft şirkəti ilə bağlanmışdır. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlanmışdır. ‎Bu müqavilə 150 illik tarixi olan Azərbaycan neft sənayesinin dönüş nöqtəsi və yenicə müstəqillik əldə etmiş Azərbaycan ‎Respublikasında neft strategiyasının həyata keçirilməsinin başlanğıcı hesab edilir. “Əsrin müqaviləsi” adı ilə tarixə düşən bu ‎beynəlxalq neft layihəsinin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması və ‎möhkəmləndirilməsində müstəsna əhəmiyyəti oldu. Bu saziş sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanması üçün yol açdı. İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları qoyuluşunun 57,6 milyardı dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldilmişdir. “Əsrin müqaviləsi” Azərbaycanda digər böyük layihələrin həyata keçirilməsi üçün zəmin yaratdı. Azərbaycan Prezidentinin rəhbərliyi ilə indiyədək həyata keçirilən bir sıra nəhəng transmilli layihələr -Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Dəyəri 40 milyard dollardan artıq olan Cənub Qaz Dəhlizi layihəsi isə yüksək sürətlə reallaşdırılıb və 2018-ci il mayın 29-da Bakıda, həmin il iyunun 12-də isə onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimləri keçirilib. TAP layihəsinin reallaşdırılması da qrafik üzrə gerçəkləşib. Azərbaycan Prezidenti İlham Əliyev mayın 31-də Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışında çıxışı zamanı "İndi hamı açıq şəkildə görür ki, biz bunun hər ikisini həyata keçiririk. Biz həmçinin ölkələr, şirkətlər, beynəlxalq maliyyə institutları ilə əməkdaşlıqda çox maraqlıyıq" xüsusi qeyd etdi.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər