Azərbaycan Respublikası müstəqilliyini elan etdikdən sonra İsrail onu ilk tanıyan ölkələrdən biri oldu. Azərbaycanla İsrail arasında olan dostluq münasibəti tarixən yüksək səviyyədə olmuş və bu ənənə müasir dövrdə də uğurla inkişaf etdirilir. Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəvəti ilə İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri dövlətlərimiz arasında rəsmi əlaqələrin inkişafında mühüm hadisədir. Səfər zamanı dövlət başçımızın mətbuata bəyanatında bir çox sahəni əhatə edən ikitərəfli münasibətlər haqqında ətraflı məlumat verildi.Ticarət, enerji təhlükəsizliyi, irriqasiya və kənd təsərrüfatı, turizm və kibertəhlükəsizlik sahələri ilə yanaşı müdafiə sənayesi sahəsində əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında bildirdi ki, “təhdidlərdən danışarkən, həmçinin müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlığı məmnuniyyətlə qeyd etmək istəyirəm. Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır”.Son illərdə İsrail ilə Azərbaycan arasında hərbi sahədə əməkdaşlığın artdığını xüsusi qeyd etmək lazımdır. Birinci Qarabağ müharibəsi vaxtı Azərbaycanla Ermənistan arasında baş verən müharibə zamanı İsrail silah yardımı etdi. Bu silah yardımı mütəmadi olaraq artan tempdə davam etdirildi.İşağlda olan torpaqlarımızın geri qaytarılması üçün Azərbaycan silahlı qüvvələrin modernləşdirilməsi məsələsi olduqca zəruri idi, müvafiq problemin həll üçün xüsusi proqram həyata keçirildi. Bu proqram çərçivəsində İsrailin hərbi sənayesi Azərbaycan ordusunu müasir hərbi təyyarələr, pilotsuz uçuş aparatları, artilleriya, tank əleyhinə və piyadaya qarşı silahlarla təchiz etdi.27 sentyabr 2020-ci ildə başlayan “Dəmir yumruq” əməliyyatı 9 noyabr 2020-ci ildə uğurla başa çatdı, bu əməliyyat nəticəsində Azərbacan silahlı qüvvələri tarixi zəfərə imza atdı. Azərbaycanın Dağlıq Qarabağı azad etməsinə, ordumuzun irəliləməsinə Türkiyə və İsrail pilotsuz təyyarələri böyük dəstək verdi.Heç şübhəsiz ki, ordumuzun bu zəfər salnaməsində Azərbaycan əsgərinin rəşadəti ilə yanaşı müasir silahlar da böyük rol oynamışdır. Dövlət başçımızın qeyd etdiyi kimi, təhdidlərin mövcud olduğu bir zamanda müdafiə qüdrətimizin müasir tələblər səviyyəsində gücləndirilməsi günün əsas və zəruri tələblərindən biridir. Məhz bu nöqteyi-nəzərdən də ordumuzun İsrailin inkişaf etmiş hərbi texnologiyasından yararlanması xüsusi önəm daşıyır. Ölkəmizdə yəhudilərə qarşı tolerant münasibətin mövcud olması, xalqlarımızın dərin tarixi əlaqələri İsrail və Azərbaycanı bir-birinə daha da yaxınlaşdırmışdı. Gələcəkdə də, İsrail ilə Azərbaycan arasında hərtərəfli əməkdaşlıq geniş müstəvidə davam edəcək, İsrail və Azərbaycan dostluğu möhkəm və əbədi olacaqdır.
Rövşən Əhmədov,
YAP Ağcabədi rayon təşkilatının sədri