İndiki sivil dünyada özünə dövlət qurmağa nail olmuş iki yüzə yaxın xalq, etnos var. Bu xalqların, etnosların tam əksəriyyətinin keçmişini araşdıranda tarixin müxtəlif dönəmlərində özlərinə dövlət qurduqları, dövlətçilik ənənələrini mənimsədikləri müəyyən edilir, tək bir tayfadan - haylardan başqa.
Bunu ona görə yazmıram ki, bu gün qədim türk tayfalarından birinin adını oğurlayıb da özlərini “erməni” adlandıran haylar yüz əlli ildir ki, bizə, ümumən türk xalqlarına açıq düşmənçilik edir. Sadəcə, bu, bir tarixi gerçəklikdir və tarixi həqiqətləri kimsə təhrif etməyə çalışa bilər, amma onu danmağa heç kimin gücü çatmaz. Hardan olur-olsun, gerçəklər üzə çıxır və saxta cızma-qaraları tarixin zibilliyinə atır. Necə ki, hay-erməni tarixinə dair yazılmış minlərlə saxta tarix cızma-qaraları bu gün gülüş, istehza hədəfinə çevrilib. Tarixən hind, fars, yunan, ərəb, nə yazıqlar ki, bir az da qıpçaq türklərindən döl almaqla formalaşan, faktiki hansı soy-kökə, hansı konkret etnosa malik olduğu bilinməyən hayları, bu baxımdan millət adlandırmaq, əslində tarixə hörmətsizlikdi. Diqqət edin, özlərinə ən qədim dövrə aid tarixi qəhramanlıq simvolu seçdikləri, və ya seçmək istədikləri Artaşesin daş kitabələrdə ortaya çıxan yazılarının türkcə olduğunu dünya tarix elmi də birmənalı qəbul etməyə məcbur oldu. Görkəmli alim, professor Firidun Ağasıoğlunun ortaya çıxardığı bu təkzibolunmaz tarixi mənbədən sonra hayların kimliyi sualı yenidən aktuallaşdı. “Artsax” deyib bağırdılar, sübut olundu ki, “artsax” deyil, “ərsaq”dı və ərsaqlar da türk tayfalarından biri olub. “Erməni” milli adının isə xristian qıpçaq türklərinə mənsub olduğu, sadəcə, dini məzhəb kimi formalaşdığı da qaçılmaz tarixi gerçəklikdir. “Hay” tayfaları isə ayrı-ayrı xalqlardan zaman-zaman qaçaq düşüb ayrılmış qaraçı mənşəli, etnik kökü bilinməyən tör-töküntüdür. Bu barədə çox da geniş yazıb vaxt almaq istəmirəm. Tarixi öyrənmək də, öyrətmək də tarixçilərin işidir. Amma mən tarixçilərimizin son zamanlar ortaya qoyduqları təkzibolunmaz tarixi faktlarla tanış olduqca, istər-içimdə bu suala cavab öyrənməyk istəyi yarandı: əcəba, o zaman kimdi bu haylar və ya ermənilər? Kimlikləri hələ ki, dünya tarix elminə məlum olmayan bu tayfanın tarixdə ilk dəfə bəxtlərinə qismət olan dövlət qurmaq şansından yararlana bilməmələri də, onların tarixən vətənsiz, söykökü bilinməyən bir tayfa olduqlarını sübut edir. 1918-də xristian dünyasının təzyiqi ilə, düşdüyü çətin durumda öz torpaqlarından pay verib ilk dövlətlərini qurmaq üçün şərait yaradan Azərbaycan türklərinə düşmənçilik etmələrinin də kökündə məhz bu amillər dayanır. Deyəsən, sözümün “mus-musu”u çox uzun oldu. Keçək “mustafa”ya ki, oxucum bu yazıdan nə demək istədiyimi anlasın. SSRİ dağılanda Ermənistan adlanan layihə-dövlətin dörd milyona yaxın əhalisi var idi. İndi heç üç milyon da qalmayıb. Yəni artmaq əvəzinə, ilbəil azalır. Düzdü bir səbəbi haykaların türklərdən uzaq düşmələridir(?-T.N.) Amma Dövlətdən, dövlətçilikdən dəm vuran bu tayfa, əcəba nədən dövlətlərini qurmaq, onu gücləndirmək haqqında deyil, özləri üçün rahat yaşayış yeri axtarmaq haqqında düşünürlər? Çünki tarixdə heç vaxt dövləti, Vətəni olmayan bu tayfa, günü harada xoş keçibsə, oranı özünə məskən çeçib və orda yaşayıb. Ona görədir ki, dünyanın hansı ölkəsinə gedirsən, orda az-çox erməni-hay nümayəndələrinə rast gəlirsən. Vətənin, dövlətin nə olduğunu anlamadıqlarından, muzdlu döyüşçü kimi gəlib bir-iki güllə atıb, bir az təhlükə görən kimi dabanına tüpürüb qaçmağa başlayırlar. Yəni Vətən naminə deyil, pul-para üçün örtaya atılan zümrənin döyüşmək, savaşmaq istəyi ola bilməz. Əgər Qarabağ, yaxud indi Ermənistan adlandırılan Qərbi Azərbaycan türk torpaqları onların vətəni (dilim-ağzım qurusun-T.N.) olsaydı, həm də içlərində zərrə qədər Vətən duyğusu olsaydı, şübhəsiz, mənzərə tamamilə başqa cür olardı. Yaxud, dövlətin və dövlətçiliyin nə demək olduğunu anlamayan bu zavalsız tayfanın başbilənləri 32 ildə dövlətin ən vacib əsaslarını qurmağa belə nail ola bilməyiblər. Köçaryan, Sarkisyan kimi əl buyruqçuları ölkənin bütün İqtisadi və hərbi rıçaqlarını Rusiyaya peşkəş edib, onu de-fakto Rusiyanın bir quberniyası elədilər. Qərbin gücü ilə zorla hakimiyyətə gətirilən Paşinyan, məhz qərb dairələrinin dəstəyi ilə Rusiyanın for-postluğundan qurtulmaq istəsə də, dövlətçilik fəlsəfəsindən baş çıxarmadığına görə qalıb çabalaya-çabalaya. Dönüb olub futbol topu. Qərb və Rusiya komandaları alıblar araya, o vurur bu tərəfə, bu vurur o tərəfə. Sonda qələbə qolunu kimin vuracağı da hələ müəmmadı.
Bir sözlə, “dünəni olmayanın sabahı da olmaz” məşhur deyiminin fəlsəfəsi də elə budur. Həm bir millət kimi, həm bir dövlət kimi tarixin heç bir dönəmində mövcud olmayan erməni-hay tayfaları bütün xristian dünyasının dəstəyyinə baxmayaraq hələ də nə millət ola bilir, nə dövlət qura bilir, nə də Vətən yarada bilir. Niyə? Dünəni olmayıb axı, demək, sabahı da olması mümkün deyil!
Təhmasib Novruzov