PDF Oxu

Siyasət

  • 3 115

Təxribatçı, həm də xəyanətkar - Tofiq Yaqublu

Təxribatçı, həm də xəyanətkar - Tofiq Yaqublu

Ataların bir məsəli var, "meşə çaqqalsız olmaz", amma baxır çaqqala. Bu dördayaqlı məməlilərin də instiktiv davranışları var, aralarında həddini aşıb acgözlük edənləri də yox deyil.. Vay o gündən ki, çaqqal pis əməlində adətkar ola, onun işi qalır bir Allaha. Meşə qanunlarından fərqli olaraq cəmiyyətdə yanaşmalar fərqlidir, ən azından bəzi insanlara səhvini düzəltməsi üçün daha çox şans verilir. O vaxta qədər ki, adam ağlını itirməsin, ziyankarlıq etməsin, bir növ adətkar olmasın...

Bu gün Azərbaycanda demokratik cəmiyyətlərə xas rəngarəng mühit formalaşıb. Amma bu mühitə alışmaq istəməyənlər də tapılır içimizdə. Yəni fürsətçil, təxribatçı və nəhayət xəyanətkarlıq pasportu daşıyırlar ciblərində. Bu xarakterdə olanlar yaşadığı ölkənin qanunlarını tanımaqda ərköyünlük edirlər. Çünki, onlarla demokratik cəmiyyətlərə xas, qanunlar çərçivəsində davranılacağına əmindirlər. Məhz buna görə, lazım gəldi, gəlmədi küçə və meydanlarda insanları narahat etməkdən çəkinmirlər. Çox istədikləri Amerika, Fransa və digər ölkələrdə eyni hərəkəti edənlərin aqibətinin nə ilə sonuclandığını bilsələr, yəqin ki, "qələt" kitabını qoltuq ciblərində gəzdirərlər. Artıq bilirlər, amma yenə...

Mətləbə keçməyə də ehtiyac yoxdur, çünki söhbətin kimdən getdiyini yəqin ki, tuta bildiniz. Harda aş, orada baş Tofiq Yaqubludan söhbət açacağıq. Yox, bu adam təxribatda, ara qarışdlrmaqda, xəyanətkarlıqda və ümumiyyətlə şər işində yeni sima deyil. Kifayət qədər təcrübəli adamdır. Hətta, onun bu fərasəti nəinki okeanın bu tayındakıların, hətta o tayındakıların da diqqətini cəlb edə bilib. Dağdan ağır Corc Soros da Tofiqin adını dəftərinin bir küncünə yazıb. Niyə də yazmasın, Tofiq onun üçün asanca ələ gələn yemdir. Halbuki, Tofiq Yaqublu kimi bir təxribatçını, vətənini, dövlətini, xalqını 3 qəpiyə satanın birisini Soros ətək-ətək pul tökməklə, həm də uzun bir vaxtda hazırlayır, əhəlləşdirir, müxtəlif simulyasiya təlimləri keçir, özünəxəsarət metodları üzərində işləyir. Tofiq isə hazırca tikədir, qoca Corcun boğazından asanlıqla həzm-rabeyə ötürülən loxma.

Tofiq Yaqublu təkcə vətənini yox, hər şeyini satmağa adət etmiş birisidir. Onun dövlətinə qarşı üzəduranlıq etməsini anladıq, "Milli Şura" adlı ölü qurumda təmsil olunan "ölü canları", guya məsləkdaşlarını satdığına, Sorosdan daha çox para alması üçün bu qurumdakıların intim videolarını toplayıb ağasına göndərməsinə nə deyirsiniz? Beləsindən, necə deyərlər, heç it də xeyir görməyib. Bəd əməllələrinə övladlarını da şərik edən atadan nə gözləmək olar? Adını da mübarizlik qoyub.
Son vaxtlar ayrı-ayrı qalmaqalları ilə yadda qalan müsavatçı Tofiq Yaqublu indi də virtual müzakirələr zamanı "əqidə yoldaşı" Əli Kərimlini hədəfə alıb. Düzdür, o bu əməlini əvvəllər gizli edib, indi isə işini açıq görməyə üstünlük verir. Onun AXC-Müsavat iqtidarı zamanı Elçibəyə qarşı xəyanətkarlıq etməsi, "bəy"in impiçmenti ilə bağlı əlaltından işlər görməsi barədə Tofiq Yaqublu əvvəllər dediklərini yenidən ictimailəşdirməsi açıq səmada sanki şimşəyin çaxması effekti yaradıb. Bəli, bunu Əlinin dostu Tofiq deyib.

Dediyimiz kimi, bu xəbər təzə deyil, hamı Əli Kərimlinin Elçibəyə qarşı hansı mənfur və iyrənc planlar cızdığından, ona qarşı kampaniyalar aparmasından məlumatlıdır. Amma faktın məhz Tofiq Yaqublunun dili ilə səslənməsi artıq bu adamın xəyanətkarlıqda mütəxəssis olduğunu bir daha təsdiq edir. Tofiq Əlini son zamanlar mitinq təşkil edə bilməməkdə suçlayır və onunla vidalaşmanın vaxtının çatdığına işarə vurur. Məqsəd bəllidir, biri var etiraza təkbaşına və cılız istəklər naminə qalxasan, biri də var müxalif partiya təmsilçilərini də arxana alıb meydanlarda təxribatla məşğul olasan, fərq bundadır. Bəli, söhbətin nədən getdiyini siz də tuta bildiniz. Tofiq Yaqublu Müsavatın sifarişi, daha doğrusu Sorosun təlimatı ilə Əlinin komandasını mənimsəmək, onların lideri olmaq istəyir. Yəni bir güllə ilə iki Əli, yaxud dovşan vurmaq...

Tofiq Yaqublunun dövlətə, xalqa qarşı çıxdığını subut etmək niyyətində deyilik. Zatən, görünən dağa nə bələdçi. Onsuz da xəyanətkarlığı ortadadır. Sadəcə, olaraq onun Əli Kərimli barəsində topladığı və Sorosa göndərdiyi kompramatlar barədə qarşı tərəfində məlumatı var. Əli Kərimli də eyni işləri görür, Tofiq haqqında ifşaedici faktlardan onda da var. Yəni taylı tayını, təxribatşı da təxribatçını tapıb. Tofiq Yaqublunun “süddən çıxmış ağ qaşıq” olmadığını hər kəs bilir, xüsusən də Kərimli.

Tofiq Yaqublunun I Qarabağ müharibəsində iştirak etdiyi barədə məlumatlar dolaşır. Bəzən onun bu "xidmətinə" görə bağışlanmasını istəyirlər. Gəlin, "Vətən" və "xəyanətkarlıq" sözlərini yanaşı qoyaq, bunları bir qazanda qaynatsan belə qarışmaz. Tofiq Yaqublu ilə Vətən, Qarabağ kəlmələrini də yanaşı qoya bilmərik. Canından keçməyə hazır olduğun, uğrunda gecə-gündüz döyüşdüyün, qarlı-çovğunlu, yağışlı-boranlı havalarda səngərdə yatdığın Vətəni satmaqmı olar? Tofiq Yqublu adlı siyasət dəllalının Qarabağ müharibəsində iştirak etməsi inandırıcı görünmür. Fikrimizi bir az da konkretləşdirsək daha maraqlı məqamları üzə çıxaracağıq. Sosial problemlərlə bağlı etiraz aksiyalarını başa düşdük, bəs Azərbaycan xalqı, ordusu Ali Baş Komandanın rəhbərliyi altında Qarabağı işğaldan azad etmək üçün silaha sarılanda Tofiq Yaqublu və ona oxşar ikiayaqlıların reaksiyasına, etirazına, qaralama kampaniyasına nə deyirsiniz? Vətənə, orduya, dövlətə müxalif olmaq nə deməkdir?

Bəli, mövzunun nə olduğu, etirazın hədəfinin hansı ünvan olduğu Yaqublunu heç maraqlandırmır da. Təki etiraz, təxribat, qarqaşa, münaqişə və nəhayət müharibə olsun. Onda Tofiqin işi "xod" gedəcək, hər təxribatın da öz qiyməti. Bu ikiayaqlı hələ də öz ampluasındadır. Yəqin ki, "qozbeli qəbir düzəldər" ifadəsi lap yerinə düşər. Bir el məsəli qaldı, "dəyirman öz işindədir, çax-çax baş ağrıdır". "İt hürər, karvan keçər" də demək istərdik.

Siyasət şöbəsi

Digər xəbərlər