İstanbulda Ələt Azad İqtisadi Zonasının təqdimatı keçirilib
Azərbaycan-Türkiyə əlaqələri dostluq, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulub. Bu dostluq əlaqələri bu gün dünənkindən daha dərin və ürəkaçandır. Təbii ki, sabah və sonrakı günlər, illər sonra da münasibətlər sıx olacaq. Ulu Öndər Heydər Əliyevin “Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir”, Türk xalqının Böyük Öndəri Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri - kədərimiz, sevinci - sevincimiz” tarixi kəlamları Azərbaycanla Türkiyə arasında münasibətləri Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən düzgün və məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq inkişaf etdirilməkdədir. İqtisadi əlaqələrin inkişaf etdirilməsi hər iki ölkə əhalisinin firavan yaşayışının təminatına yeni imkanlar yaradır. Rəsmi məlumatlara istinad etməklə qeyd etmək olar ki, bu gün Türkiyə Azərbaycan iqtisadiyyatına ən çox investisiya qoyan ölkələrdəndir. Hazırda Türkiyədən Azərbaycana cəlb edilmiş birbaşa investisiyaların həcmi 13,3 milyard ABŞ dolları təşkil edir. Türk şirkətləri, əsasən, enerji, sənaye, telekommunikasiya, bank və sığorta, inşaat, nəqliyyat, qida, yüngül sənaye (tekstil), səhiyyə kimi sahələrdə fəaliyyət göstərir. Hər iki dövlətin birgə həyata keçirdiyi layihələr əsasında dünyamiqyaslı layihələri reallaşdırmaq mümkün olub. Bakı-Tbilisi-Ceyhan neft kəməri (BTC), Bakı-Tbilisi-Ərzurum qaz kəməri (BTƏ), Trans-Anadolu təbii qaz boru xətti (TANAP), Trans-Adriatik boru xətti (TAP) və Bakı-Tbilisi-Qars dəmir yolu xətti (BTQ) layihələri bu baxımdan ən ümdə nümunələrdir.
Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanla Türkiyənin birgə layihələri mühüm rol oynayır
Azərbaycanla Türkiyənin birgə təşəbbüsü ilə həyata keçirilən digər beynəlxalq əhəmiyyətli təşəbbüs Cənub Qaz Koridorunun mühüm komponentlərindən olan TANAP layihəsi Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi və təchizatının diversifikasiyası baxımından böyük önəm daşıyır. TANAP çərçivəsində Türkiyəyə ilk qaz nəqlinə 2018-ci ildə başlanmışdır. Əvvəldə illik 16 milyard kubmetr (bunun 6 milyard kubmetrini Türkiyə alır) təşkil edəcək qaz nəqlinin həcminin mərhələli surətdə əvvəlcə 24 milyard kubmetrə, sonra 31 milyard kubmetrə yüksəldilməsi mümkündür. 1850 kilometrlik TANAP xətti 2019-cu ilin sonlarından etibarən Cənub Qaz Koridorunun digər mühüm komponenti olan Trans-Adriatik Təbii Qaz Boru Xəttinə (TAP) bağlanaraq, Yunanıstan, Albaniya, Bolqarıstan və İtaliya üzərindən Avropaya çatdırılır.
Azərbaycan da Türkiyə iqtisadiyyatına ən çox investisiya yatıran ölkələrdəndir. Hazırda Türkiyədə Azərbaycan sərmayəli 2000-ə yaxın şirkət fəaliyyət göstərir. 1995-2021-ci illər ərzində Azərbaycandan Türkiyəyə yatırılan birbaşa investisiyaların həcmi 20,3 milyard ABŞ dolları olmuşdur (17.1 milyard ABŞ dolları neft-kimya sektoruna, 3,2 milyard ABŞ dolları qeyri-neft sektoruna). Sadəcə, SOCAR-ın 2018-ci ilin sentyabr ayında 6,3 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda “Petkim” neft-kimya kompleksinin ərazisində inşasını tamamlayaraq istifadəyə verdiyi “Star” neft emalı zavodu Türkiyəyə birdəfəlik yatırılan ən böyük investisiya hesab olunur. Ümumilikdə, Türkiyədə investisiya qoyan azərbaycanlı iş adamları həm firma sayı, həm də investisiya həcmi baxımından Mərkəzi Asiya və Qafqaz ölkələri arasında ilk yerdədir. Türkiyə və Azərbaycan arasındakı ticarət davamlı artmaqdadır. Türkiyə Azərbaycanın həm idxalda, həm ixracda, həm də ikitərəfli dövriyyədə 2-ci əsas ticarət tərəfdaşıdır. Bu gün Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin həcmi 4.661,85 mln. ABŞ dolları (12,06%), o cümlədən idxalın həcmi 1.843,71 mln. ABŞ dolları (18,00%), ixracın həcmi 2.818,14 mln. ABŞ dolları (8,48%) təşkil etmişdir. Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərən 4797 Türkiyə şirkəti qeydiyyatdan keçmişdir. Türkiyə şirkətləri həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində də aktiv şəkildə fəaliyyət göstərməkdədir. Hazırda həmin ərazilərdə müxtəlif istiqamətlər üzrə 107 layihə Türkiyə şirkətləri tərəfindən həyata keçirilməkdədir.
“Ələt Azad İqtisadi Zonası”nın təqdimatı keçirilib
Bu günlər isə İstanbulda Türkiyə-Azərbaycan İşgüzar Şurasının ev sahibliyi ilə Azərbaycanda yaradılmış “Ələt Azad İqtisadi Zonası”nın təqdimatı keçirilib. Görüşdə Azərbaycan Respublikasının Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyə-Azərbaycan İş Şurasının sədri M.Kəmal Koloğlu və AFEZ-in İdarə Heyətinin sədri Valeh Ələskərov, eləcə də tikinti, logistika, turizm, Türkiyədə avtomobil, enerji, e-ticarət və Hüquq sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər. İclasda çıxış edən Azərbaycan Respublikasının Türkiyədəki səfiri Rəşad Məmmədov uzun illərdir ki, bu layihənin müzakirə olunduğunu və nəhayət reallaşdığını bildirib.Türkiyə-Azərbaycan İş Şurasının sədri M.Kəmal Koloğlu son 5 ildə Azərbaycanın iş dünyası ilə inteqrasiya istiqamətində bəzi islahatların aparıldığını qeyd edib: "Neft və qazdan başqa sektorlara investisiyalar üçün yeni stimullar verilir. Yeri gəlmişkən, qəbul edilmiş ən mühüm tənzimləmələrdən biri də beynəlxalq PPP-dir, tik-işlət-təhvil qanunu parlament tərəfindən qəbul edilib və təsdiq edilib.Bir vacib məqamı qeyd etmək istərdim. Niyə Azərbaycan?Hər gün İstanbul, Ankara, İzmirdən iki, 13 qarşılıqlı reys həyata keçirilir.Üç, inkişaf etmiş nəqliyyat infrastrukturu var.15 min kilometrə yaxın hamar asfalt yollar, 8 hava limanı, ikisi beynəlxalq, Bakı-Tbilisi- Qars dəmir yolu bildiyiniz kimi, İngiltərə ilə Çini birləşdirir.Azərbaycan onun ortasındadır.Bundan başqa, yeni tikinti bitə bilər, dəqiq bilmirəm, amma yeni Ak-Bakı Beynəlxalq Yük Limanı 11 milyon ton tutum. Çox qısa müddətdə istifadəyə veriləcəksə, Zəngəzur dəhlizi ilə Azərbaycan birbaşa Türkiyə ilə birləşdiriləcək. Buna görə də, bu andan etibarən üçüncü ölkəyə girmədən bir giriş-çıxış səfəri etmiş olacağıq. Axı o, həm də Azərbaycan İpək Yolunun əsas ölkəsidir. Daha iki vacib məqam var. Onlardan biri Qarabağdır, Azərbaycan Qarabağla birlikdə 16 min kvadratkilometrlik əvvəlki torpaqlarını qaytarıb. Bu torpaqlarda demək olar ki, heç nə, ermənilərdən bir daş parçası da qalmayıb. Bu, çox məhsuldar və çox böyük torpaqdır. Bu torpaq daxilində Azərbaycan sürətlə yollar, dəmir yolları, hava limanları tikir. 10-15 il perspektivdə 1 milyona yaxın insanın orada məskunlaşacağına qərar verilib. Onun infrastrukturu hazırlanır. Bildiyiniz kimi, bu infrastruktur hazırlanarkən ən vacib məsələlərdən biri də qoyulacaq investisiyalardır. Bu investisiyalara böyük miqdarda dəstək və stimullar verilir. Kəndlər və şəhərlər yenidən qurulduqca əhalinin məşğulluğunu təmin etmək üçün yeni iş yerləri, zavodlar açılmalıdır. Belarusu, Ukraynanı, Rusiyanı, Qazaxıstanı, Qırğızıstanı, Tacikistanı, Monqolustanı və hamısını hesablasaq, bu gün Azərbaycanın təxminən 250 milyon əhalisi və ticarət həcmi 1 trilyon 800 milyard dollardır".
AFİZ-in İdarə Heyətinin sədri Valeh Ələskərov isə çıxışında deyib: "Ölkə olaraq məqsədimiz Azərbaycan iqtisadiyyatını yaxın illərdə biliyə əsaslanan və beynəlxalq rəqabətədavamlı iqtisadiyyata çevirməkdir. Bu məqsədə çatmaq üçün etməli olduğumuz şey iqtisadiyyat, enerji, nəqliyyat, tranzit, logistika sahələrində qeyri-neft sektorlarının rolunu daha da gücləndirmək.İnfrastrukturunun inkişafını davam etdirməklə ən yüksək dünya standartlarına çatmaq.Biliyə əsaslanan, şaxələndirilmiş və ixracyönümlü dayanıqlı iqtisadiyyat yaratmaq. Yüksək əlavə dəyər təmin edən texnologiyalar. Qeyd olunmuş məqsədlərə doğru əzmlə irəliləyən ölkəmiz və Ələt Azad İqtisadi Zonası ölkəmizin baxışlarının reallığa çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərdə xüsusi yer tutur”.
Bir sözlə, Azərbaycanla Türkiyə bütün sahələrdə bir-birinə dəstək verirlər. 30 il düşmən tapdağı altında olmuş torpaqlarımızın işğaldan azad edilməsində hərtərəfli dəstəyini əsirgəməyən Türkiyə dövləti, onun rəhbərliyi Qarabağda aparılan təmir, tikinti, bərpa işlərində də yaxından iştirak edir. Tam qətiyyətlə demək olar ki, bütün dünya üçün nümunəyə çevrilən Azərbaycan-Türkiyə qardaşlığı bundan sonra da, xüsusilə də, gələcək nəsillər tərəfindən də dönməzliyi və davamlığı təmin olunacaq.
İ.ƏLİYEV