“Paşinyan hakimiyyətinin Qarabağdakı erməni silahlıların tərksilah olunacağını bəyan etməsi bu günün reallıqlarından irəli gəlir”. Bunu millət vəkili Azər Badamov "Səs" qəzetinə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan Laçın yolunun Ermənistanla birləşən sərhədində nəzarət keçid məntəqəsini qoymaqla yeni reallıq yaratmışdır: “Nəzarət keçid məntəqəmiz Ermənistandan Qarabağa silahlıların və silahların daşımasına davam etməsinin qarşısını almışdır. Bu da Qarabağda qalmaqda davam edən erməni silahlıları üçün çətinlik yaratmışdır. Yəni, təminatın və rotasiyanın davamlı olmaması Qarabğda silahlıların qalmasını çətinləşdirmişdir. Bu da Paşinyan hakimiyyətinin məlum bəyanatı səsləndirməyə məcbur etmişdir. Erməni silahlıların Qarabağdan çıxarılması həm də 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın tələbidir. Azərbaycanın qətiyyətli və dəyişilməz mövqeyi Ermənistanı 10 noyabr üçtərəfli bəyanatı icra etdirməsinə məcbur edir. Hesab edirəm ki, növbəti mərhələlərdə Azərbaycan Ermənistan arasındakı danışıqlarda yeni müsbət irəliləyişləri müşahidə edəcəyik”.
GÜLYANƏ