Azərbaycan polisinə iftira atan Tofiq Yaqublunun daha əvvəlki xəyanətləri də unudulmamalıdır!
Son bir neçə gündür ki, sosial şəbəkələrdə "Milli Şura" adlı ölü qurumun üzvü, müsavatçı Tofiq Yaqublunun sözdə "siyasi dissident" adı altında Fransada yer tapan Qənimət Zahidin "verilişində" Azərbaycan polisinə qarşı əsassız ittihamları yer almaqdadır. Söz yox ki, işi-gücü ətrafa yalanlar və böhtanlar sırımağa sərf olunan Tofiq Yaqublu bu vasitələrlə Qərbdəki ağalarından aldığı sifarişləri icra edir. Belə bir vəziyyətdə isə Qənimət Zahid də necə deyərlər, ona ortaqlıq edir. Azərbaycan əleyhinə fəaliyyət göstərən Avropa təşkilatlarının əmrlərini yerinə yetirmək belələrinə xoşdur. Onların məqsədləri də bəllidir: təki Azərbaycan düşmənləri sevinsinlər...
44 günlük müharibə digər güc strukturları kimi polislərimiz də ön cəbhədə canlarını Vətən uğrunda qurban verdilər!
Lakin yuxarıda da qeyd edildiyi kimi, bu adamların xəmirləri xainlik üzərində qurulub və düzələn də deyillər. 44 günlük müharibə digər güc strukturları kimi polislərimiz də ön cəbhədə canlarını Vətən uğrunda qurban verdilər və bunun müqabilində Azərbaycan polisinə qarşı yersiz ittihamlar yağdırmaq, yumşaq desək, siyasi həyasızlıqdır.
Yeri gəlmişkən, bu həmin Tofiq Yaqubludur ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsi barədə dedikləri hər kəsi hiddətləndirmişdi. Bir sözlə, bütün bunlar təkcə siyasi hədəfsizlik nümunəsi deyil, bu, həm də anti-azərbaycançılıq yanaşmasıdır. Daha dəqiq ifadə etsək, Tofiq Yaqublunun xəstə zehniyyətə əsaslanan fikirləri Azərbaycana düşməncəsinə baxışdan başqa bir şey deyil!
Müzəffər Ali Baş Komandanın gecə-gündüzlü zəhmətini yerə vurmağa, gözdən salmağa cəhd edən "adamdan" bu xalq, dövlət nə gözləyə bilər?
Bu qədər şəhidin, qələbədə əziyyəti olmuş bu qədər insanın zəhmətini, qanını yerə vuran, qələbəni hansısa ölkənin adına yazan, Müzəffər Ali Baş Komandanın gecə-gündüzlü zəhmətini yerə vurmağa, gözdən salmağa cəhd edən "adamdan" bu xalq, dövlət nə gözləyə bilər? Axı bu "insan" necə azərbaycanlı ola bilər?
Bir "şəxs" ki, Azərbaycanın qələbəsini düşmənlərimiz qədər həzm edə bilmirsə, Qarabağın azad edilməsini gözü götürmürsə, buna başqa hansı adı vermək olar?
İndinin özündə də Yaqubluya sual etməyin yeridir: hazırda Azərbaycan polisinə iftira atırsınız. Bu iftiranın dilinizə gətirilməsindən heçmi utanmırsınız? Hə, əlbəttə, utanmırsınız, çünki gerçək insanda utanan-qızaran sifət olmalıdır. Simasızlarda isə nə sifət olur, nə də...
Xəstə zehniyyətin təzahürü
Bəs, siz Qarabağın azad edilməsini istəmirdiniz? Azərbaycan bu torpaqları azad edib, siz buna sevinmirsiniz? Yəni bunların bu xəstə zehniyyətinin dəyişmədiyini gördükcə adam həqiqətən dəhşətə gəlir, çünki bu gün söhbət təkcə torpaqların azad olunmasından getmir, söhbət ümumilikdə adıçəkilən fərdin "kim" olmasını açıq-aydın ortaya qoyur.
Bunlar anlamırlar ki, başqa bir mövzuda fikir bildirmək olar, hansısa problemlə, nöqsanla bağlı danışmaq da demokratik cəmiyyətin göstəricisidir. Amma Azərbaycanın mühafizəsində gecə-gündüz keşik çəkən, sabitliyi təmin edən, vətəndaşları qoruyan polisə qarşı həqarətlə çıxış etmək düşmənçilikdir! Necə ki, bundan əvvəl də Qarabağın azad olunması barədə bu cür fikirlər bildirmək xəstə zehniyyətin təzahürüdür. Təsəvvür edin ki, torpaqların azad olunmasına sevinməyənlər ən çirkin vasitələrə də əl atmağa hazırdırlar.
Dünyada 21-ci əsrin qlobal inkişafının 3-cü onilliyi gedir və küçə müxalifəti hələ də ötən əsrin 90-cı illərinin ab-havasında çürüməyə davam edir...
Bəli, bu, biabırçılıqdır, bu, sadəcə yanlış zehniyyətin ortaya qoyduğu bir düşüncə tərzi deyil, bu, düşməncəsinə öz dövlətinin mövcudluğuna, həm də gələcəyinə səhv siyasi baxışlarla edilən yanaşmadır. Təbii ki, bu da olduqca təhlükəlidir!
Tofiq Yaqublu özünü müxalifətçi adlandırır, amma bu cür yanaşmaya müxalifətçilik deyilməz, buna başqa ad verilməlidir, çünki bu, müxalifətçilik yanaşması ola bilməz.
Ona görə də növbəti suallar yaranır: düşünün ki, hakimiyyətdə sizin kimilər olsaydı, bu torpaqların bir qarışı azad edilə bilərdimi? Prezident İlham Əliyevin bu tarixi dövrdə Azərbaycan xalqı üçün etdiyini görməzdən gəlmək, xalqın dəstəklədiyi iqtidarın ən mühüm qurumlarından birini - DİN-i hədəfə almaq ucuzluqdur. Bu, Azərbaycana ən qatı düşməncəsinə baxışdan başqa bir şey deyil. Ona görə də bu kimi ucuz düşüncə sahibləri bir də götür-qoy etməlidirlər. Hərçənd buna da inam yoxdur. Çünki belə yanaşmalar artıq məğlubiyyətə düçar olub. Dünyada 21-ci əsrin qlobal inkişafının 3-cü onilliyi gedir və küçə müxalifəti hələ də ötən əsrin 90-cı illərinin ab-havasında çürüməyə davam edir-Tofiq Yaqublunun simasızlığı, satqınlığı və siyasi şou reallığı fonunda...
Afət Tahirqızı