Aparılan düzgün, məqsədyönlü siyasət nəticəsində Azərbaycanın dünya miqyasında nümunəvi inkişaf modeli formalaşıb. Yenilməz Sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbəriliyi ilə ordumuzun 30 il işğal altında olmuş torpaqlarımızı erməni terrorçu dəstələrindən azad etməsi Azərbaycanın gücünə güc qatdı. Artıq bütün dünya Azərbaycanın gücünü, qüdrətini qəbul edir və onun istənilən təklif və ideyalarını müzakirəsiz qəbul edib dəstəkləyir. Söz yox ki, bu gün işğaldan azad edilən əraziləri cənnətə çevirmək, insanların o yerlərdə daha firavan və təhlükəsiz yaşayışının təmin olunması üçün birliyin möhkəmlənməsinə ehtiyac var. Lakin görünən ondan ibarətdir ki, 44 günlük Vətən Müharibəsində təxribatları ilə tanınan, hər fürsətdə hərbi qələbələrə, uğurlu əməliyyatlara kölgə salmağa çalışan müxalif ünsürlər yenə də ənənəvi amplualarında çıxış edirlər. Bu baxımdan əsaslı şəkildə demək olar ki, AXCP, “Milli Şura” və Müsavat kimi qurumların rəhbərinin vicdanları yoxdur, mənəviyyat və ləyaqət hissindən uzaqdırlar. Əli Kərimli, Tofiq Yaqublu, Arif Hacılı, Cəmil Həsənli və digərləri ancaq xarici maraqlı dairələrin sifarişlərinə uyğun fəaliyyət göstərirlər. Düzdür, xaricdən aldıqları maliyyə yardımları hesabına əyin-başlarını və yaşayış durumlarını dəyişiblər, ancaq düşüncə və davranışları 1988-1990-cı illərdə olduğu kimi qalmaqdadır.
“Tofiq Yaqublu ağlını itirib”
Müxalifətin xarici fondlardan maddi və mənəvi cəhətdən asılı olan ünsürləri Azərbaycanın milli maraqlarına qarşı qərəzli mövqe sərgiləyir, dövlətçiliyə qarşı əsassız ittihamlar irəli sürür, xarici maraqlı dairələrin sifarişləri əsasında Bakının mərkəzində icazəsiz aksiyalar keçirməyə cəhdlər göstərirlər. Son günlər isə hansı əqidəyə qulluq etdiyi məlum olmayan Tofiq Yaqublu dövlətçiliyimiz əleyhinə ağlına deyil, ağzına gələni danışmağa başlayıb. Bu məxluq hər şey haqqında danışır və sayıqlayır. Deyir ki, erməni qardaşlığı güzəştlər üzərində qurulmalıdır. Gah da Azərbaycan dövlətini erməni terrorçu qüvvələrlə müqayisə edir. Sayıqlamalarında insanları dövlətə qarşı itaətsizliyə, qanunlara məhəl qoymamağa çağırır. Bu yerdə Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının bir qədər əvvəl T.Yaqublu haqqında dediyi əsaslı və məntiqli fikirləri yadıma düşür. F.Ağamalı faktlara istinad etməklə T.Yaqublunun ağlını itirdiyini bildirir: “Tofiq Yaqublu AXCP sədrinin xüsusi tapşırıqlarını yerinə yetirir və bu cür vicdana sığmayan açıqlamalar verir, sosial şəbəkələrdə ağına-bozuna baxmadan nə gəldi danışır. Bu adam artıq ağlını itirib, özünü idarə edə bilmir, dediyi sözlərin məsuliyyətini də anlamır. Baxmayaraq ki, ölkə Prezidenti ona səhvləri müqabilində hər zaman mərhəmətini göstərib, cinayət əməlinə rəğmən azadlığa, ailəsinə qovuşmasını təmin edib. Yenə də o, artıq özü-özünü idarə edə bilmədiyini göstərməyə başlayıb”.
F.Ağamalı haqlıdır. Doğrudan da, T.Yaqublu ağlını itirib. Ona dəli deyib damğalamaq hələ tez olsa da, görünən ondan ibarətdir ki, ötən il başını divara vurmaqla aldığı tramvanın ağır fəsadları bu gün özünü daha açıq şəkildə göstərməkdədir. Ağılı başında olan və özünə azərbaycanlı deyən şəxs “Zəngəzur dəhlizi” ideyasını “Azərbaycan dövlətinin avantürası” adlandıra bilərmi? Digər tərəfdən hansı azərbaycanlı Koçaryan, Sarkisyan, Ohanyan kimi əlləri azərbaycanlı uşaqların qanına batmış qatillər kimi revaşist açıqlamalar verər və Qaragöl ətrafında, Ermənistanla şərti sərhəddə Azərbaycan ordusunun yerdəyişməsini “sülhə zərbə” adlandıra bilər?
Tofiq Yaqublu ağasız yaşamağa can atarsa, o zaman ac qalar
Sual olunur, nəyə görə T.Yaqublu və ona zəhər verən ağaları Ermənistanın Naxçıvanla sərhəddə iri metallurgiya zavodu tikməsinə etiraz etmirlər? 4 aya yaxın Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda QHT-lərin, ekoloqların, könüllülərin və digər təbəqələrdən olan insanların iştirakı ilə etiraz aksiyası keçirildi, niyə T.Yaqublu bir dəfə ağzını açıb aksiya iştirakçılarına dəstək verdiklərini söymədi? Bir dəfə bu barədə sual vermişdim, yenidən təkrarlamaq məcburiyyətindəyəm, nədən Fransa prezidenti Makron və parlamenti Azərbaycana qarşı qərəzli mövqe sərgiləyib Qarağla bağlı separatçı qətnamə qəbul edərkən T.Yaqublu süni də olsa əsib-çoşub ən azı Q.Zahidin, S.Osmanqızının internet TV-lərində etirazını bildirmədi? Njde Qaregenin abidəsi ucaldılarkən T.Yaqublu niyə narazılığını bildirmədi? Sullar çoxdur, cavabları isə yoxdur. Çünki T.Yaqublu ağılı olmayan və boynundakı ipinin müəyyən Azərbaycana düşmən kəsilən qüvvələrin əlində olan şəxsdir. Düşünmürəm ki, o nə zamansa boynundakı ipdən imtina etsin. Cəsarətə gəlib ağasız yaşamağa can atsa, o zaman ac qalar və dəyəri yüz min manat olan maşınından, bahalı mənzilindən, bağ evindən məhrum oluna bilər. Bu baxımdan, hər zaman T.Yaqublunun sərsəm və böhtan xarakterli fikirləri ilə rastlaşacağıq. Aradabir dövlətçiliyimizə qarşı Koçaryan, Sarkisyansayağı ittihamlar da eşidəcəyik. Hətta müəyyən hallarda evində, küçədə və ya hansısa ofisdə başını divara vurub, özünü “döydürəcək” də. Beləcə, T.Yaqublu boş və mənasız, həm də tüfeyli həyatını yaşayacaq, əgər belə rüsvayçı həyata yaşamaq demək mümkündürsə.
İ.ƏLİYEV