PDF Oxu

Siyasət

  • 2 864

Şuşa Bəyannaməsi regionda sülhə xidmət edir ŞƏRH

Şuşa Bəyannaməsi regionda sülhə xidmət edir ŞƏRH

Azərbaycan-Türkiyə münasibətləri Ümummilli lider Heydər Əliyevin “Bir millət iki dövlət” və Mustafa Kamal Atatürkün “ Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunur. Bu münasibətlər Prezident ilham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi ilə özünün zirvə mərhələsinə qədəm qoydu. Çünki düz yüz il əvvəl imzalanan Qars müqaviləsinə istinadən hazırlanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyətə malikdir. Bununla Azərbaycanla Türkiyənin regional və beynəlxalq çəkisi artır. Prezident İlham Əliyev iyunun 15-də Şuşa Bəyannaməsinin imzalamsından sonra Türkiyə respublikasının Prezident Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatlarla çıxışında Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” tarixi sözlərinə istinad edərək “ Biz bu vəsiyyətə sadiklik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk “- deyə, qeyd etdi. Buna görə də Şuşa Bəyannaməsi məhz keçmişə sadiqlik, gələcək üçün isə yol göstəricisi kimi xarakterizə olunur. Bəyannamə müttəfiqliyin geostrateji əhəmiyyətini artırır. Mövcud şəraitdə Ermənistan ciddi miqrasiya problemləri yaşayır. Demoqrafik böhran yaşayan ölkə həm də işçi qüvvəsi, istehsal qüvvəsi, müdafiə qüvvəsi çatışmazlığı ilə üzləşəcək. Deməli, erməni toplumu savaş yox, sülh imkanları axtaracaq. Bütün bunlar göstərir ki, ermənilərin çıxış yolu Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan, regionun gələcəyinə, inkişafına hesablanan çağırışlara qoşulmaqdan keçir.Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir.Şuşa Bəyannaməsi sülhə və inteqrasiyaya yol açır. Şuşa Bəyannaməsi əhatəli sülhə yol açır. Şuşa Bəyannaməsi bölgədə inteqrasiya proseslərini stimullaşdırır. Bəyannamə Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün əlavə imkanlar yaradır.Şuşa Bəyannaməsi əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdıracaqdır.Regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaqdır. Şuşa və Şuşa ətrafının gözəl turizm imkanları açılacaq.Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkənin beynəlxalq nüfuzunu artıracaq.

Nicat İsmayılov

YAP Yasamal rayon “Akim Abbasov küçəsi 73 E” ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər