PDF Oxu

Siyasət

  • 1 579

Xainlərin sərsəm fikirləri ciddiyə alınmır - MÖVQE

Xainlərin sərsəm fikirləri ciddiyə alınmır - MÖVQE

“XX əsrin 90-cı illərini yaşamış bir azərbaycanlı kimi deyə bilərəm ki, bu gün Azərbaycanın uğurlarını görməmək mümkün deyil. Görüb və bu uğuru görməzdən gələnlər isə Tofiq Yaqublu kimilərdir ki, onlar xain və xalqa düşməndirlər”. Bu fikirləri YAP Yasamal rayon təşkilatının Fizika İnstitutu ərazi partiya təşkilatının sədri Şəhla Xəlilova səsləndirib.

Ş.Xəlilova vurğulayıb ki, xarici donorlardan əldə etdikləri qrant hesabına ermənipərəst mövqe sərgiləyən belə qaragüruhçular hər çıxışlarında özlərini ifşa edirlər: “Bir anlıq düşünək, siyasi baxışından asılı olmayaraq öz dövlətinin uğurlarını görməzdən gəlib əsrlər boyu xalqımıza qarşı bütün qəddarlıqları edən ermənilərə həsəd aparanlara nə ad vermək olar?”.

O qeyd edib ki,bu cür qaragüruhçular ölkəmizin uğurları artdıqca daha da aqressivləşir və bir o qədər də özlərini rüsvay edirlər. Amma düşünmürlər, anlamırlar ki, Vətən müharibəsində qazanılan Zəfər üçün hansı işlər görülüb, iqtisadiyyatımız möhkəmləndirilib, ordu quruculuğumuz üçün nə qədər nəhəng planlar həyata keçirilib: “Bundan əlavə, postmüharibə dövründə ölkəmizin dünyada nüfuzu beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilir. Bu reallığı qəbul etmək əvəzinə həmin xəyanətkarlar özlərini ifşa etməklə məşğuldurlar. Belə xainləri xalqımız yaxşı tanıyır və onların sərsəm fikirləri ciddiyə alınmır”.

Digər xəbərlər