PDF Oxu

Siyasət

  • 1 386

“Paşinyan çalışır ki, Azərbaycanı və Türkiyəni razı salan addımlar atsın” MÜNASİBƏT

“Paşinyan çalışır ki, Azərbaycanı və Türkiyəni razı salan addımlar atsın” MÜNASİBƏT

“Ermənistanın baş naziri Paşinyanın bölgədə dinc-yanaşı yaşama istəyinin olduğunu demək çətindir. Əlbəttə, ermənilərin son iki əsrdə azərbaycanlılara qarşı törətdikləri terror əməllərini xatırlayanda bu, qənaətə gəlmək olar. Lakin dünya dəyişir və yeni dünya nizamında türk dünyasının tutduğu və tutacağı yeri yaxşı anlayırlar”. Bunu "Səs" qəzetinə açıqlamasında "Azadlıq Hərəkatçılar Birliyi"nin sədri Təhmasib Novruzov deyib.

Təhmasib Novruzov tarixi faktlara istinad etməklə bildirdi ki, haylar tarixən güclünün yanında olmağa, onun kölgəsinə sığınıb yaşamağa meyilli tayfa olub: “İndiki yeni dünya düzənində türk dünyasının, əlbəttə ki, başda Türkiyə və Azərbaycanın tutacağı güclü mövqeni Paşinyan və az-çox ağlı başında olan hər bir erməni anlayır. Belə olduqda Azərbaycanla və Türkiyə ilə düşmənçiliyi davam etdirməyin gələcəkdə onlara nələrə başa gələcəyini də hesablayırlar. Hayların bu regionda dövlət olaraq yaşamaları, projelikdən çıxıb gerçək bir dövlət qurmaq üçün yeganə yolu Azərbaycanla münasibətləri düşmənçilik formatından çıxarıb mehriban qonşuluq formatına keçirmələrindən keçir. Bunu anlayan Paşinyan hər vəchlə çalışır ki, Azərbaycanı və Türkiyəni razı salan addımlar atsın, nəhayət ki, sülh əldə edilsin. Ermənistanda hələ də köhnə ab-havadan çıxa biməyən qüvvələr, revanşistlər bu yolda Paşinyana hər cür əngəllər törədirlər və əminəm ki, hələ uzun müddət bu yeni erməni siyasətini mənimsəyə bilməyəcəklər və Paşinyanın hər addımını erməni "xalq"ına xəyanət kimi qələmə verəcək, ona qarşı ayaqlanmağa çalışacaqlar”.

T.Novruzov onu da bildirdi ki, beynəlxalq güclərin, xüsusilə, ABŞ-nin Paşinyana dəstəyinə arxalanıb indki hakimiyyət bütün bunların qarşısında duruş gətirəcəyinə əmin olduğundan bu addımları atır və ya atmağa məcbur edilir: “Əslində, Qarabağdakı erməni silahlı dəstələri Rusiya "sülhməramlı"ları bölgəyə daxil olduqda, paralel şəkildə əraziləri tərk etməli idilər. 2020-ci ilin 10 noyabr Bəyanatında bu, birmənalı, hüquqi dillə desək, düzünə qeyd edilmişdir. Lakin məhz revanşistlərin təpkiləri qarşısında Paşinyana bunu gecikdirmək zorunda qaldı. İndiki vəziyyətdə isə Azərbaycanın qətiyyəti qarşısında başqa yol görmür və dinc-yanaşı yaşamaq istəyini reallaşdırmaq yolunda növbəti addım atmaq istəyir. Düzdü, tez-tez Paşinyanı dediklərinin üstündə durmamaqda qınayırıq. Amma gəlin nəzərə alaq ki, ona həm daxildəki revanşistlər, həm erməni lobbisi, həm erməni katolik kilsəsi, təbii ki, həm də Rusiya tərəfindən güclü təzyiqlər var və Paşinyan bu təzyiqlər qarşısında sülhə doğru addımlar atırsa, bunu təqdir etmək gərəkdir. 10 noyabr Bəyanatı da sülh yolunda atılmış ilk addım idi və bu baxımdan belə addımların atılması həmin Bəyanatın icrasını reallaşdırmaq, başqa sözlə, sülhə, dinc yanaşı yaşamağa doğru növbəti addım kimi dəyərləndirmək olar”.

GÜLYANƏ

Digər xəbərlər