PDF Oxu

Siyasət

  • 4 457

Qurtuluş Gününün müasir sədaları ŞƏRH

Qurtuluş Gününün müasir sədaları ŞƏRH

1993-cü ilin 15 iyununda dünyaşöhrətli siyasi şəxsiyyət və görkəmli dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin xalqın çağırışı ilə respublikamıza rəhbərliyə qayıdışı Azərbaycanın müqəddəratını tənəzzüldən tərəqqiyə doğru dəyişdi. Ulu öndərimiz özünün siyasi müdrikliyi, zəngin dövlətçilik təcrübəsi, qətiyyəti və yorulmaz fəaliyyəti ilə o zaman respublikadakı xaos və anarxiyanın, vətəndaş qarşıdurması təhlükəsinin, getdikcə dərinləşən sosial-iqtisadi böhranın, kəskin tənəzzülün qarşısının alınmasını, dövlət müstəqilliyimizin bütün təhlükələrdən xilas olmasını və ildən-ilə güclənməsini, sarsılmazlığını təmin etdi. Xalqımız Ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşərək, Milli Qurtuluşun açdığı yolla öz böyük gələcəyinə - dövlətin, ölkənin böyük perspektivlərinə doğru səfərbər oldu. Milli iqtisadiyyat dirçəldildi, sosial sahədə gerilik və ətalət aradan qalxdı. Respublikada planlı təsərrüfatdan bazar iqtisadiyyatına uğurlu keçid prosesi təmin olunmaqla, köklü istisadi islahatlar şəraitində əhalinin sosial müdafiəsinin gücləndirilməsi Ulu öndərimiz Heydər Əliyevin fəaliyyətində aparıcı istiqamət olmuşdur. Onun rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi, sosial müdafiə sahəsində də konkret və məqsədyönlü addımların atılması, sosial siyasət kursunun etibarlı əsası formalaşması təmin edildi.

Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu sabitlik və davamlı inkişaf kursunun ardıcıllığı bu gün Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə təmin edilir. Bunun da sayəsində respublikamız bütün sahələrdə uğurlara nail olub. Bu gün ölkəmizin hər bir vətəndaşı güclü Azərbaycanla qürur duyur. Respublikamızın iqtisadi, maliyyə potensialının genişlənməsi ilə paralel şəkildə, beynəlxalq nüfuzu da əhəmiyyətli dərəcədə artıb. Ölkəmizin müasir mənzərəsini göz önündə canlandıran uğurların sayı kifayət qədər çoxdur. Prezident cənab İlham Əliyev Azərbaycanın bugünkü müsbət mənzərəsinə diqqəti çəkərək “2003-cü ildən sonra Azərbaycanın dinamik inkişafı təmin edilmişdir. Biz güclü, qüdrətli dövlət qura bilmişik. Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan ölkədir. Bu gün dünya xəritəsində belə ölkələrin sayı o qədər də çox deyil”, - deyə vurğulayıb. Məhz Ulu öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində inamla irəliləyən Azərbaycanın uğurlarından söhbət açarkən Silahlı Qüvvələrimizin ötən il 44 günlük Vətən müharibəsində şanlı qələbə qazanmasını, ölkənin ərazi bütövlüyünü təmin etməsini xüsusi vurğulamaq lazımdır. Vətən müharibəsindəki qələbə müstəqil Azərbaycanın gücünü bütün dünyaya göstərdi. Bu şanlı qələbə xalqımızın tarixində əbədi qalacaq.

Xaləddin Tağıyev

YAP Ağdam rayon təşkilatı Ağdam Dövlət Sosial-İqtisadi Kolleci ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər