1988-ci illin sonlarında Azərbaycanlıların kütləvi şəkildə Ermənistandan qovulmasına və etnik təmizlənmə siyasətinə SSRİ rəhbərliyinin göz yumması, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağda separatizmə dəstək verməsi,həmin bölgəyə müxtəlif terror qruplaşmalarının rahatlıqla keçməsinə şərait yaratması, azərbaycanlılara qarşı nümayiş etdirilən digər ədalətsizlik və haqsızlıqlara qarşı etiraz səsini ucaldan xalqın kütləvi mitinqləri geniş vüsət alırdı. Kommunist rejimin bütün cəhhdlərinə baxmayaraq bu etirazların qarşısı alına bilmirdi və etirazların qarşısını almaq üçün 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə, ondan sonrakı bir neçə gün ərzində Azərbaycan xalqı SSRİ rəhbərliyinin həyata keçirdiyi qanlı terror aktına məruz qaldı. Bakının küçə və meydanlarına çıxaraq dinc şəkildə öz qəti etirazını bildirən əliyalın xalqın üzərinə sovet ordusunun ağır texnika və silahlarla təchiz edilmiş döyüş hissələri yeridildi. Lakin bu, xalqımızı mübarizədən çəkindirmədi, əksinə xalqın qəti olaraq azadlıq yolunu seçməsi ilə nəticələndi.
1991-ci ilin oktyabr ayında Azərbaycantam müstəqillik əldə etdi. Xalqımız illərlə gözlədiyi bu yolda, uğrunda yüzlərlə şəhid verdiyi azadlıq kimi əvəzolunmaz bir nemətə qovuşdu. Müstəqilliyimizin ilk günlərindən başlayaraq Azərbaycan qorxunc mərhələlərlə üzləşdi. Azərbaycana qarşı ərazi iddiaları irəli sürmüş Ermənistan Azərbaycanın işğal etdiyi dağlıq Qarabağ ərazisində separatçı rejim qurmaqla elan olunmamış müharibəni davam etdirirdi. Üstəlik Azərbaycan etnik əlamətə görə parçalanıb yox olmaq təhlükəsi ilə üz-üzə idi. Paytaxtda və regionlarda hakimiyyətsizlik hökm sürürdü. 1993-cü ildə hadisələr daha da gərginləşdi. Bu dəfə Azərbaycan xalqı vətəndaş müharibəsi təhlükəsiilə üz-üzə dayanmışdı. Həmin ilin iyun ayında Gəncədə bir qrup zabit hərbi birlik yaradaraq mövcud hakimiyyətə qarşı qiyam qaldırdı. Hərbi qiyamı yatırmaq üçün iqtidarda olan hakimiyyət Gəncəyə 3000-dək canlı qüvvə, ağır hərbi texnika yeritdi. Lakin qiyamçılar Gəncəyə yola düşən dövlət nümayəndələrini girov götürdü və hökumət qüvvələrini məğlub etdi. Bütün bunlar ölkəni tamamilə xaosa sürükləmiş, Azərbaycanın bir dövlət kimi varlığına bir dəfəlik son qoyulması planını tam gücü ilə işə salmışdı.
Yaranmış bu ağır şərait milli birliyi təmin etməklə xalqı öz arxasınca apara biləcək və ölkəni bu bəlalardan xilas edə biləcək güclü bir liderə ehtiyacı olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, yenicə müstəqillik qazanmış ölkəni düşmüş olduğu bu ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət böyük idarəçilik və siyasi təcrübəyə malik, xalqımızın milli mənəvi dəyərlərinə daim sadiq olmuş Azərbaycanın görkəmli oğlu Heydər Əliyev idi. Lakin Vəzirov-Mütəllibov rejimi, daha sonra Xalq Cəbhəsi –Müsavat cütlüyü Azərbaycanı Heydər Əliyev yolundan döndərməyə çalışıb.
Mövcud hakimiyyət dövləti məhv olmaqdan xilas etmək üçün Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etmək qərarına gəlmişdir. Heydər Əliyev vətəni Azərbaycanın düşdüyü bu ağır vəziyyətə, xalqın bu çətin gününə şübhəsiz ki, kənardan baxa bilməzdi və 1993-cü il iyunun 9-da xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Bu möhtəşəm gəliş ölkənin bəlalardan qurtulma mərhələsinin başlanğıcı idi.
Xalqın inadlı tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikasının Ali Sovetinin sədri seçildi. Vəziyyəti yerində öyrənən Heydər Əliyev görüşlər, danışıqlar apararaq problemin həll yollarını göstərdi. Bununla da Azərbaycan vətəndaş müharibəsi və parçalanmaq təhlükəsindən xilas olundu. Bu böyük bir qurtuluş idi. Məhz buna görə də 15 iyun xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu.
“Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi. Həm də Azərbaycan kimi böyük coğrafi strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı” – Ulu öndər Heydər Əliyev
1993-cü ilin oktyabr ayında prezident seçildikdən sonra Ümummilli Lider ilk növbədə ölkədə sosial- iqtisadi yüksəlişə yol açan ən mühüm amil kimi xalqın milli birliyini və ictimai siyasi sabitliyi bərqərar etdi. Müstəqil dövlətimizinərazi bütövlüyünün bərpası və müdafiəsi üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirdi və məhz bunun sayəsində Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısı alındı. Milli məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu uğurla həyata keçirdi. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi və sosial-iqtisadi sabitlik bərpa olundu. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missisiyası ilə ölkəmizin müstəqilliyini qorudu. Respublikada tüğyan edən ictimai siyasi böhranı aradan qaldırdı və gələcək inkişafın təməlini qoydu.
Müstəqilliyimizin memarı olan Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan həqiqətlərinindünya ictimaiyyətinə çatdırılmasına xüsusi diqqət yetirildi. Bu məqsədlə o, yerli və xarici jurnalistlər üçün mətbuat konfransları, brifinqlər keçirib, bir sıra ölkələrin diplomatları ilə görüşdü. Bu sahədə yürüdülən məqsədyönlü siyasət nəticəsində Respublikanı informasiya blokqdasından çıxardı. Dünya Azərbaycanlılarının təşkilatlanması və onların ana vətən Azərbaycan ətrafında sıx birləşməsi istiqamətində mühüm addımar atdı. Nəticədə dünyada ölkəmizlə bağlı formalaşan fikir müsbət yöndə dəyişdivə bir çox dövlətlər Azərbaycana strateji tərəfdaş kimi baxmağa başladı. Bu isə beynəlxalq enerji layihələrinin və xarici sərmayələrin ölkəyə cəlb edilməsinə səbəb olmaqla Azərbaycanın düşdüyü ağır iqtisadi vəziyyətdən çıxmağına şərait yaratdı.
Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil resplikamızın davamlı inkişafında özünü biruzə verir. Regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Milli qurtuluş fəlsəfəsi sözün əsil mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi.
Ümumilli liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması qətiyyəti uzaqgörənliyi böhrana son qoydu. Xalqımız Azərbaycan və azərbaycançılq ideyaları ətrafında birləşdi. Ümummilli liderin müdrikliyi və qətiyyəti sayəsində azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu. Ölkəmiz xaosdan siyasi çəkişmələrdən, sosial iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil demokratik hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu. Əmin amanlıq, siyasisabitlik yarandı. Xalqımızın həmrəyliyi, milli birliyi təmin edildi. Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı. Qədirbilən xlqımız böyük xilaskarının xidmətlərini unutmur.
Bu gün ulu öndər Hydər Əliyevin ali ideyalarının gerçəkləşməsində müstəsna xidmətləri olan dövlət başçımız İlham Əliyev ümummilli liderin müəllifi olduğu dövlətçilik prinsiplərini müvəffəqiyyətlə həyata keçirir. Onun atdığı addımlar Azərbaycanı güclü, eyni zamanda stabil və yüksək inkişaf tempinə malik davamlı inkişaf edən dövlət kimi dünya birliyində öz layiqli yerini tutması ilə nəticələnmiş və bu mövqeyini getdikcə möhkəmləndirməkdədir. 44 günlük Vətən Müharibəsində qazanılan möhtəşəm Zəfər də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsidir.
Günay Məmmədli
YAP Yasamal rayon Təşkilatı, “Azərsu” ASC üzrə Ərazi partiya təşkilatının sədri