Azərbaycan xalqının taleyində elə əlamətdar günlər var ki, onun gələcək həyatını müəyyən edən mühüm prinsiplərin əsasları qoyulub. Belə əlamətdar günlərdən biri də, Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 15 iyun - Azərbaycan xalqının Milli Qurtuluş Günüdür. 1993-cü il iyunun 15-i Azərbaycan üçün həqiqətən tarixi əhəmiyyət kəsb edən, ölkənin inkişafını tamam başqa istiqamətə çevirən, Respublikanı onu təhdid edən bir çox bəlalardan xilas edən hadisə oldu. Bu gün Azərbaycan xalqı üçün təkcə adi təqvim bayramı deyil, onun böyük ictimai, siyasi və tarixi əhəmiyyəti var. Bu tarixnin yaradıcısı isə, Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmləndirilməsində, inkişafında müstəsna rol oynamış, daim xalqına arxalanan, onun dayağı olan Ulu Öndər Heydər Əliyevdir. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi-siyasi fəaliyyət strategiyası, hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
1991-ci ilin oktyabrında dövlət müstəqilliyini əldə edən gənc Azərbaycan, 1993-cü il iyunun 15-dək böhranlar, xaos və çaşqınlıqlarla üzləşdi. 1992-ci ilin mayında Ayaz Mütəllibov hökuməti, anti-dövlət siyasəti nəticəsində süqut etdi və Azərbaycan Xalq Cəbhəsi (AXC) hakimiyyətə gəldi. Xalq Cəbhəsinin hakimiyyəti illərində, idarəçilikdə yol verilmiş kobud səhvlər, o cümlədən ağır sosial-iqtisadi gərgin vəziyyət, Azərbaycanı vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoymuşdur. 1993-cü ildə Gəncədə baş vermiş iyun iğtişaşları vəziyyəti daha da gərginləşdirdi. Məhz bu məqamda, xalqın və hökumətin təcili xahişi ilə, böyük siyasətçi Heydər Əliyev Bakıya dəvət olundu. İyunun 9-da Bakıya gələn Heydər Əliyev həlledici məqamda xilasetmə missiyasını yerinə yetirdi. Ümummilli lider Heydər Əliyevin uğurlu siyasəti nəticəsində, daxili və xarici düşmənlərin bütün planlarının iflasa uğradığını qeyd etməl mütləqdir. O, bu hadisələrin baş verdiyi Gəncəyə səfər edərək, çox qısa müddətdə Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. Həmin il iyunun 15-də, Heydər Əliyev yekdilliklə Azərbaycan Ali Sovetinin sədri seçildi. Həmin gün parlamentin tarixi iclasında çıxış edən dahi Lider qeyd etdi ki, o Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyətinin - Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunmasını özünün əsas vəzifələrindən biri hesab edir. 15 iyun tarixə Milli Qurtuluş Günü kimi düşdü və Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə, Azərbaycanın Böyük oğlu Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı günü, rəsmən Azərbaycan xalqının Milli Qurtuluş Günü elan edilmişdir. Ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev prezident seçildi və fəlakətli günlər nəhayyət arxada qaldı. Ulu Öndər o zaman ölkədə baş verənlər haqqında demişdir: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.
1993-cü ildə Azərbaycan xalqının xilaskarı Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə, ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq münasibətlərdə dönüş yarandı, beynəlxalq norma və prinsiplərə uyğun olaraq müstəqil dövlət quruculuğu prosesi başlandı. Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli maraqlarının keşiyində durmağa qadir nizami Silahlı Qüvvələrin yaradılması, torpaqlarımızın müdafiəsi ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən isə atəşkəsə nail olmaq üçün bütün diplomatik və siyasi vasitələr istifadə olundu. Təbii ki, ölkəmizdə hər bir sahənin inkişafı müşahidə olunurdu və bunun əsasında kifayyət qədər amillər, o cümlədən əvəzsiz əziyyət, vətənə və xalqa məhəbbət dururdu.
Dövrünün ən nüfuzlu siyasətçilərindən biri olan Ümummilli lider Heydər Əliyevin Azərbaycanın müasir simasının, xalqımızın zəngin irsinin təbliğində, beynəlxalq münasibətlər sistemində ölkəmizin layiqli mövqe tutmasında müstəsna rolu olmuşdur və vətənimizin müstəqilliyinin qorunub saxlanması, inkişafı, ölkədə sabitliyin, həmrəyliyin təmin olunması bilavasitə onun adı ilə bağlıdır. Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli, Ulu Öndərin qarşıya qoyduğu ən mühüm vəzifə olub, tarixi ədalətin bərpası üçün ölkəmizin bütün imkanlarını, xalqın potensialı səfərbər edilib. Ulu Öndərin baş tacı olan Qüdrətli Azərbaycan dövləti, Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə, 44 günlük Vətən müharibəsində şanlı qələbə qazanaraq, öz suverenliyini və müstəqilliyini qorumağa qadir olduğunu sübut etdi. Azərbaycan xalqının tarixində parlaq səhifələrədən olar olan bu gün, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə milli qurtuluş ideologiyasının təntənəsi olaraq, ölkəmizin davamlı inkişafında özünü göstərir, Azərbaycanın regionda və dünyada nüfuzu gündən-günə artır. Müasir Azərbaycan dövlətinin memarı və yaradıcısı, dünya şöhrətli siyasi xadim, Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi xalqımızın çoxəsrlik tarixinə möhtəşəm, taleyüklü siyasi hadisə kimi daxil tarixə düşdü. Bu gün, Azərbaycanın inkişaf yolu Ümummilli lider Heydər Əliyevin dühası işığında aydınlaşdırılır və xalqın daha da parlaq gələcəyini təmin etmək üçün Dövlət Başçısının rəhbərliyi ilə möhkəm və sağlam təməl üzərində qurulur.
Masil Dəmirov
YAP Yasamal rayon təşkilatının fəal üzvü