PDF Oxu

Siyasət

  • 1 785

Azərbaycan dövlətçiliyinin tarixində əhəmiyyəti olan 15 iyun ŞƏRH

Azərbaycan dövlətçiliyinin tarixində əhəmiyyəti olan 15 iyun ŞƏRH

Azərbaycan Respublikasının Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Artıq, bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir və bu dünyada Azərbaycanın nüfuzunu daha da artırır. Ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin məhz hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir. Müassir Azərbaycanın bütün qazanılan nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla və yüksək inkişaf xətti ilə davam etdirməsi faktı dayanır. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın ən dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə, ölkəsinə çevrilib. Azərbaycan Respublikası ötən dövr çərçivəsində böyük iqtisadi uğurlara imza ataraq regionda ve beynəlxlaq aləmdə söz sahibinə çevrilmiş bir ölkədir. 1993-cü il iyunun 13-də Azərbaycan Respublikası Milli Məclisinin fövqəladə iclası keçirildi. Ümummilli lider Heydər Əliyev Bakıya qayıdıb vətəndaş müharibəsi təhlükəsini sovuşdurmaq məqsədi ilə Milli Məclisin təklifini qəbul etdi və iyunun 15-də onun sədri seçildi. 15 iyun 1993-cü il Azərbaycan tarixinə «Qurtuluş günü» kimi daxil oldu. Ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsi respublikanın tarixi müqəddəratını həll etdi. Vətəndaş müharibəsinin qarşısı alındı, torpaqların işğalı dayandırıldı, respublikanın parçalanması təhlükəsi aradan qaldırıldı. Azərbaycan xalqında ölkənin gələcəyinə inam yarandı. Azərbaycan xalqı hakimiyyətə ulu öndər Heydər Əliyevi çağırmaqla ümidlərinin doğrulduğunu və respublikanı gələcəyə inamla aparan yeganə liderinə daha çox etimad və etibar etdiyini göstərdi. 15 iyundan sonrakı dövrlərdə respublikanın müxtəlif yerlərindən Prezident Aparatına, Milli Məclisə və digər dövlət orqanlarına göndərilən məktublarda, müraciətlərdə Heydər Əliyevin siyasi hakimiyyətə qayıtması gününü - 1993-cü il iyunun 15-ni Azərbaycan xalqının Milli Qurtuluş günü elan edilməsi xahiş olunurdu. Azərbaycan Respublikasının Milli Məclisi bütün təklif və müraciətləri nəzərə alaraq, 1997-ci il 27 iyun tarixli iclasında deputatların təklifi ilə Azərbaycan dövlətçiliyinin müqəddəratı tarixində taleyüklü əhəmiyyəti olan 15 iyun gününü Milli Qurtuluş günü elan etdi.

Fərid Mustafayev

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun YAP ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər