Milli Qurtuluşumuzdan 15 iyun 1993-cü il tarixindən artıq 30 il ötür. Azərbaycan öz müstəqilliyini əldə etmiş olsa da həmin zamandakı mövcud şərait onun itirilməsi təhlükəsi ilə ölkəmizi üz-üzə qoymuşdur. Belə bir zamanda Azərbaycan xalqının Memarı və Qurucusu, Görkəmli Şəxsiyyət, Ulu Öndər Heydər Əliyev müstəqilliyimizin qorunmasında, milli dövlət quruculuğu prosesində xidmətləri ilə tariximizə yeni səhifə yazmış oldu. 15 iyun 1993-cü il tarixində Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə, xilaskarlıq missiyasını yerinə yetirməklə dövlətçiliyimizi yox olmaq təhlükəsindən qurtardı. Ulu Öndər Heydər Əliyev respublikanın müstəqilliyini qorudu, ölkədə baş ictimai-siyasi böhranı aradan qaldırdı, ölkəni parçalanmaq təhlükəsindən xilas edərək, müstəqilliyini qoruyub-saxlaya bildi. Azərbaycan böyük təhlükə qarşısında idi. Ölkəmizdə yaranmış hakimiyyətsizlik, xaos, anarxiya vəziyyəti getdikcə ağırlaşdırmışdı. Baş verən hakimiyyət dəyişikliyi nəticəsində siyasi böhranı daha da dərinləşmişdi və qeyri-qanuni silahlı birləşmələr insanları vahimə içində yaşadırdı. Müstəqilliyini itirməklə yanaşı, onu parçalanmaq, yox olmaq, dünya xəritəsindən birdəfəlik silinmək təhlükəsi insanların rahatlığını pozmuş, gələcəyə olan inam hissini belə öldürmüşdür. Məlumdur ki, 1993-cü ilin iyununda Gəncədə hərbi qiyam baş vermişdi. Cənub bölgəsində qondarma "Talış-Muğan Respublikası" yaratmağa çalışırdılar. Vəziyyət olduqca gərgin idi. Şimalda "Sadval" separatizmi, eləcə də mərkəzdə müxtəlif siyasi qüvvələr arasında hakimiyyət uğrunda çəkişmə və mübarizə ölkədə ictimai-siaysi vəziyyəti daha gərginləşdirmişdir. Hadisələrin gedişi belə bir mənzərə yaratmışdır ki, milli dövlətçiliyimiz ikinci dəfə məhv ola bilər. Belə bir zamanda, xalq milli dövlətçiliyi qorumaq və vətəndaş müharibəsinin ağır fəsadlarından qurtulmaq üçün Ümummilli Lider Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Ulu Öndər Heydər Əliyev 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəldi. Ulu Öndərin bu qayıdışı Vətənin xilası və xalqın qurtuluşu idi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Ümummilli Lider Heydər Əliyev Azərbaycanın siyasi hakimiyyətinə gəlməsəydi, nə müstəqil ölkəmizdən, nədə ki, bugünki əmin-amanlıqdan və inkişafdan danışmaq olmazdı. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi-siyasi və mənəvi-psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Ümummilli Lider Heydər Əliyev "Müstəqilliyin qoruması onu əldə etməkdən qat-qat çətindir" məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başladı., Dahi Şəxsiyyət Heydər Əliyevin siyasi kursu nəticəsində, Azərbaycan özünün müstəqilliyinin sütunlarını möhkəmlətdi, onun dünyaya inteqrasiya olunmasına töhfələrini verdi. Belə ki, qısa bir zamanda qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son qoyuldu, ilk parlament seçkiləri keçirildi. 1995-ci il noyabrın 12-də Azərbaycan xalqı çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, ümumxalq səsverməsi - referendum yolu ilə özünün ilk milli Konstitusiyasını qəbul edərək, onu ideya və dəyərlər sistemi kimi təsbit etmiş oldu. Konstitusiyanın qəbulundan sonra ölkəmizdə hüquqi dövlət quruculuğu və insan haqlarının təmini sahəsində əhəmiyyətli dəyişikliklər baş verdi. referendum yolu ilə Konstitusiya qəbul edildi, siyasi islahatlara start verildi.
Ölkədə nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. "Əsri müqaviləsi" imzalandı və Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. Bu müqavilə Heydər Əliyev müdrikliyinin bariz nümunəsi idi. Dünyanın nəhəng şirkətlərini regiona cəlb etmək əlbəttə ki, uzaqgörənlik və müdriklik tələb edirdi.
Ümummilli Lider Heydər Əliyev Azərbaycanı yüksəldən, onu tanıtdıran, inkişaf etdirən Lider kimi hər birimizin qəlbində əbədiyyətə qədər yaşayır və yaşayacaqdır. Ulu Öndər Heydər Əliyevin siyasətinin davamçısı Cənab İlham Əliyevin uğurlu diplomatik siyasəti ilə Azərbaycan güclü iqtisadiyyata malik olan dövlətə çevrilib. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkəmizin tərəqqisinə, inkişafının davamlı xarakter daşımasına, dövlət müstəqilliyinin möhkəmlənməsinə, idarəetmənin təkmilləşdirilməsi və demokratik inkişaf prosesinə töhfələr verir. Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrində uğurlar əldə edilib, ardıcıl olaraq sosial-iqtisadi islahatlar həyata keçirilib. Azərbaycan dövləti bu gün öz tarixinin böyük tərəqqi ilə xarakterizə olunan dövrünü yaşayır, öz inkişafının keyfiyyətcə yeni və daha yüksək mərhələsinə qədəm qoyub.
Bu gün Azərbaycan qalib ölkə kimi dünyada tanınır. Vətən müharibəsi Azərbaycan xalqının nə qədər vətənpərvər, böyük xalq olduğunu, milli birliyini, həmrəyliyini bütün dünyaya sübut etdi. Mükəmməl texnologiyamız, döyüş ruhumuzun yüksəkliyi Azərbaycanın qalib dövlət kimi adını tarixə yazdı. Bu gün Azərbaycan bayrağı işğaldan azad edilmiş bölgələrdə ucaldılıb və əzəli torpaqlarımızda abadlıq quruculuq işləri sürətlə aparılır. Bütün bu uğurlar, Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsidir. Ulu Öndər dəfələrlə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirmişdir. Bu gün Onun arzuları reallaşmışdır. Ümummilli Liderin siyasi zəkasının məhsulu olan qüdrətli Azərbaycan bu gün öz inkişaf tempinə görə, dünyanın lider dövlətləri sırasındadır. Millətin məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında Qurucu və Xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır.
Azər SÜLEYMANOV
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri