Medianın İnkişaf Agentliyi tərəfindən jurnalistlər üçün müxtəlif istiqamətlər üzrə təlimlər keçirilir. SİA keçirilən tədbirlərin əhəmiyyəti ilə bağlı olaraq media kapitanlarının fikirlərini öyrənib:
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid:
“Medianın İnkişafı Agentliyinin keçirdiyi təlimlər öz kreativliyi, texnologiyanın inkişafı ilə yeni medianın da müxtəlif istiqamətlərdə inkişafı baxımından olduqca önəmlidir. Vaxtilə bu cür təlimlərdə baş redaktorlar da iştirak edib. Xüsusilə ADA universitetində keçirilən təlimlər jurnalistlərin inkişafı baxımından önəmli rol oynayır. Jurnalistlərin yeni texnologiyalara bələdliyinin artırılması baxımından bu cür tədbirlərin böyük əhəmiyyəti var”.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli:
"Jurnalistlərin ixtisaslaşması, peşəkarlığının artırılması vacib haldır. Beynəlxalq trendlər sürətlə dəyişir və jurnalistlərin bu terendlərə uyğun davranması gərəkdir. MEDİA Agentliyi ölkəmizdəki bu boşluğun aradan qaldırılması üçün sistemli addımlar atır. Onların hər il keçirdikləri təlimlərdə yüzlərlə jurnalistlər iştirak edərək yeni bacarıqlar əldə edirlər. Jurnalistlərin peşə-bacarıqlarının inkişaf etdirilməsi ümumilikdə media məkanının inkişaf etməsinə və Azərbaycanın informasiya mühitinin sağlamlaşmasına töhvələr verir. Bu baxımdan keçirilən təlimləri yüksək qiymətləndiririk və bunu ölkəmizin informasiya məkanının sağlamlaşdırılması, inkişaf etdirilməsi üçün vacib amil kimi dəyərləndiririk".
Müəllif: Səbinə Hüseynli