Yaşadığımız dünyamızda hər şeyi öz real adı ilə təqdim edir və çağırırlar. Elə təbiət aləmi var ki, insanın ruhunu oxşayır, zövqlərə rəng qatır, elə yerlərdə var ki, insan o yerlərə ayaq basmaq istəmir, əkib-becərməyə də əli gəlmir. İnsanlarda canlı aləmin bir hissəsi olaraq müxtəlif formada özünü təqdim edir. Yəni, insanlar var ki, nəinki sağlığında, haqq dünyasına qovuşduqdan sonra da qəlblərdə yaşayır, bir növ ürəklərdə özlərinə heykəl ucaldırlar. Təəssüf ki, bəşər varlığı arasında elə kəslər olur ki, bir növ şeytan qismində çıxış edirlər. Deyilənlərə və yazılıb təqdim olunanlara görə, şeytan insanların da arasından olur. Qısası, elə şəxslər olur ki, onların adları çəkiləndə, lənət və nifrinlərdən başqa heç nə eşitmək olmur. Azərbaycanın xalqdan ayrı düşən və işləri peşələri ancaq milli və dövlətçilik maraqlarına qarşı sifarişli hədyanlar səsləndirən, məkrli işlər quran Əli Kərimlinin, Cəmil Həsənlinin, Tofiq Yaqublunun, Arif Hacılının və digərlərinin xəyanət xronologiyasına nəzər salsaq, məlum olar ki, elə uzağa getmədən və araşdırma aparmadan qeyd etmək olar ki, bu şəxslər elə şeytanın özüdürlər, sadəcə, insan qiyafəsində görünməyə çalışırlar. Xüsusilə də, hansı əqidəyə xidmət etdiyi müəmmalı olan Tofiq Yaqublunun fəaliyyətinə qısaca nəzər salsaq, bu şəxsin ağlı-qaralı it olduğunu, arada bir şeytan qiyafəsində çıxış edib yenidən bəşər övladlarının gözünə adam kimi göründüyü məlum olar. Çünki bu məxluq Azərbaycan xalqının heysiyyatına toxunan açıqlamalarla çıxış edir, dövlət maraqlarımız haqqında müxtəlif ağalarına kompromatlar ötürür.
Tofiq Yaqublu indi də fars-molla rejiminin əlaltısı rolunda çıxış edir
Sosial şəbəkələrdə məram və məqsədlərini anlamayan insanları çaşdırmaq üçün ağlına deyil, ağzına gələnləri yazaraq paylaşan T.Yaqublu ardabir utanıb, çəkinmədən ermənilərə xoş gəlmək üçün Ermənistandakı terrorçu kimi revanşist fikirlər söyləyir. İddialar irəli sürür ki, Zəngəzur dəhlizi açılmamalıdır. Bu yerdə iyunun 14-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Zəngəzur dəhlizinin açılmasına əngəlləməyə çalışan qüvvələrin adını çəkməsi düşdü. Erməni nazir olanları dilə gətirərək bildirir ki, fars-molla rejimi Zəngəzur dəhlizinin açılmasına mane olmağa çalışır: “Zəngəzur dəhlizinin açılmasına Ermənistan deyil, İran mane olur”. Y.Yaqublunun Zəngəzur dəhlizi ilə bağlı separatçı fikirlər söyləməsi onu deməyə əsas verir ki, bu məxluq özünün deyil, fars-molla rejiminin istəklərini dilə gətirir. Təbii ki, qarşılığında maliyyə vəsaiti əldə edir. Ümumiyyətlə, faktlara əslansaq məlum olur ki, T.Yaqublu üçün əxlaq, mənəviyyat deyilən anlayış yoxdur. Məqsədi və hədəfi ancaq qrant əldə etməkdir. Bu istəyini reallaşdırmaq üçün hər cür iyrənc vasitə və üsüllardan istifadə edir. Onun üçün fərqi yoxdur kimin qucağında və nəyin üstündə oturur. Dünən gözünü Avropanın fondlarına dikmişdirsə, bu gün cibini fars-molla rejiminə açır. “Erməni lobbisinin fəxri üzvü, dayısı” adını daşımaqdan utanmayan bu “siyasətçi” aradabir Rusiyameyilli açıqlamalar verməklə, oradakı erməni lobbisindən maliyyə yardımları almağa ümid bəsləyir və müəyyən hallardan istəyinə də nail olur.
Satqınlıq Tofiq Yaqublunun həyat tərzidir
Azərbaycanın bir sıra siyasi partiya və ictimai təşkilat rəhbərləri, politoloqları, millət vəkilləri istər 44 günlük Vətən Müharibəsi dönəmində, istərsə də parlaq qələbədən sonra Rusiyanın bəzən ikibaşlı, bəzən isə açıq şəkildə erməni maraqlarından çıxış etmələrinə sərt münasibət bildirdikləri halda T.Yaqublu və onun yandaşları bir dəfə də olsun “gül ağız”larını açıb rəsmi Moskvaya etirazlarını bildirməyiblər. İyunun 15-də erməni daşnak ünsürləri Azərbaycanın Laçın sərhəd-keçid məntəqəsini atəşə tutub, bir hərbçimizi yaraladığı üçün bütün ölkə vətəndaşları etiraz səslərini qaldırıblar, “Milli Şura”, AXCP, Müsavat rəhbərləri isə susmağa üstünlük verirlər. T.Yaqublu kimi məxluqlar ermənilərə irad bildirməkdən çəkinirlər, nədən ki, Rusiyanın qaranlıq dairələri belə istəyirlər. Susqunluğun bir adı ola bilər - xəyanət və satqınlıq. Ümumiyyətlə T.Yaqublunun mənəviyyatsızın biri olması faktdır. Onun xarici ölkələrin əlində fiqura çevrilməsi, təxribatçı qüvvələrlə birgə çalışmasını təsdiqləyən çoxsaylı videofaktlar və sənədlər mövcuddur. Doğulduğu Gürcüstana gedərək orada ermənilərlə görüşməsi onlarla razılaşmalar əldə etməsinə dair sübutlar aşkarlanıb. Dağıdıcılıq, ziyankarlıq, xəyanət missiyasını daim tətbiq edərək əqidə dostları arasında qarışıqlıq yaradan T.Yaqublu bu baxımdan qeyri-ciddi şəxs, arzuolunmaz məxluq kimi təqdim edilib. Bu baxımdan proqnozlaşdırmaq olar ki, T.Yaqublunun siyasətdə hay-küy qaldırması uzun çəkməyəcək. Yaxın vaxtlarda Müsavata üzvlüyündən xarici ediləcəyi şübhəsizdir. Bu ehtimalı gücləndirən məqam ondan ibarətdir ki, Müsavatın icra aparatının rəhbəri Gülağa Aslanlının “Tofiq bəy “Milli Şura” da təmsil olunursa, Müsavatda qala bilməz” iki il öncə açıqlaması yenidən müzakirəyə səbəb olub. Partiyanın bəzi Divan üzvləri G.Aslanlıya haqq qazandırır və T.Yaqublu ilə yollarının ayrılmasının məqamının yetişdiyini söyləyirlər. Bütün bunlar yaxın vaxtlarda T.Yaqublunun Müsavatdan uzaqlaşdırılacağından xəbər verir. Bu isə onun “siyasi karyerası”nın sonu olacaq.
İ.ƏLİYEV