Quba rayonunda 15 iyun - Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər davam edir.15 iyun 2023-cü il tarixdə Milli Qurtuluş Günü münasibətilə Ulu Öndər Heydər Əliyevin abidəsi rayon rəhbərliyinin, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vahid Əhmədovun və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə ziyarət olunmuş, daha sonra Quba “Yaşıl Teatr”ında respublikamızın tanınmış ifaçılarının iştirakı ilə konsert proqramı keçirilmişdir.