PDF Oxu

Siyasət

  • 12 219

"Ermənilərin Laçın sərhəd-keçid məntəqəsində törətdiyi təxribatı cavabsız qalmayacaq" MÜNASİBƏT

"Ermənilərin Laçın sərhəd-keçid məntəqəsində törətdiyi təxribatı cavabsız qalmayacaq" MÜNASİBƏT

“Azərbaycan Prezidentinin Ermənistan hakimiyyətinin qətiyyən gözləmədiyi addımı atması və bu ilin 23 aprel tarixində Həkəri çayı üzərindəki sərhəddə nəzarət-buraxılış məntəqəsi yaratması müasir tariximizin ən mühüm hadisəsi sayılmalıdır. Həmin hadisədən iki ay əvvəl dövlət başçımız Münhen təhlükəsizlik konfransında həm Zəngəzur, həm də Laçın dəhlizlərində bu cür məntəqələrin yaradılması təklifini vermişdi. Azərbaycanın son dərəcə ədalətli təklifinə Ermənistan hakimiyyətindən “erməni” cavabı gəlmişdi. Cavab vermişdilər ki, Zəngəzur dəhlizi Ermənistanın suveren ərazisindən keçdiyinə görə orada nəzarət-buraxılış məntəqələri mütləq yaradılmalıdır”. Bunu “Alyans” strateji araşdırmalar mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Səs" qəzetinə açıqlamasında deyib.
Onun sözlərinə görə, eyni məntəqə Azərbaycanın suveren ərazisindən keçən Laçın dəhlizində qurula bilməz: “Çünki 10 noyabr bəyanatına görə Laçın dəhlizi rus sülhməramlılarının nəzarətində olmalıdır. Bu cavabı göndərən və dayanmadan səsləndirən cahillər unudurdular ki, bəyanatda rus sülhməramlılarının sərhəddə dayanması nəzərdə tutulmayıb. Sənəddə aydın şəkildə yazılıb ki, rus sülhməramlıları Laçın dəhlizi boyunca, uzununa 22 km-lik əraziyə nəzarət edə bilərlər. Üstəlik həmin bəyanatda açıq mətnlə Zəngəzur dəhlizinin heç bir məhdudiyyət qoyulmadan Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhədçilərinin nəzarətində olacağı qeyd olunub. Əlavə olaraq bu dəhlizdə insanların və nəqliyyatın hərəkətinə heç bir maneçilik törədilməməsi, “maneəsiz” hərəkətin təmin olunması tələbi də mövcuddur. Belə bir “maneəsiz hərəkət” tələbi Laçın dəhlizində nəzərdə tutulmayıb. Bütün bunlara baxmayaraq ermənilər hələ də iddia edirlər ki, Həkəri çayı üzərindəki sərhəddə nəzarət-buraxılış məntəqəsi qurula bilməz. Bu mövqeni ifadə edərkən onlar ilk növbədə KTMT-dəki “baş müttəfiqləri” olan Rusiyaya və onun bölgədə yerləşən hərbi qüvvələrinə, sonra isə Fransa və ABŞ-a güvənirdilər. Ancaq bu dəfə də ermənilərin “güvəndiyi dağlara qar yağdı” və gözlənilən dəstək gəlmədi. Laçın dəhlizindəki nəzarət-buraxılış məntəqəsinin mövcudluğunu qəbul etmək istəməyən ermənilər son çarəni sərhəddə təxribatlar törətməkdə və Azərbaycana böhtanlar atmaqda görürlər. Sonuncu təxribat-nəzarət buraxılış məntəqəmizin atəşə tutulması bu çarəsizliyin nəticəsidir. Şübhə yoxdur ki, “çoxillik havadarlarından” gözlədikləri dəstəyi ala bilməyən ermənilərin bu son çırpıntıları da heç bir nəticə verməyəcək və onlar reallıqları qəbul etmək, Azərbaycanın haqlı tələbləri əsasında hazırlanan “sülh sazişi”ni imzalamaq məcburiyyətində qalacaqlar”.

GÜLYANƏ

Digər xəbərlər