Rusiya Baş nazirinin müavini Aleksey Overçuk TASS-a müsahibəsində bir sıra maraqlı və vacib məqamlara aydınlıq gətirib. A. Overçuk qeyd edib ki, Azərbaycan, Ermənistan və Rusiyanın Baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli işçi qrupu görüş keçirib və bunun nəticəsində kompleks sənəd hazırlanıb. Rusiya Baş nazirinin müavini açıqlayıb ki, regionda nəqliyyat əlaqələrinin açılması Arazdəyən-Culfa-Mehri-Horadiz dəmir yolunun bərpası ilə başlayacaq və bu, tərəflərin suverenliyinə hörmət əsasında əsas yanaşmaları müəyyənləşdirir: “Hamı anlayır ki, Azərbaycan və Ermənistan arasında sülhə alternativ yoxdur və sülhə nail olmağın ən yaxşı yolu insanların qarşılıqlı əlaqəsi üçün imkanlar açmaq, ümumi yol çəkməkdir.
Tərəflərdən heç biri şübhə etmir ki, bu yolun ayrı-ayrı hissələri onların ərazisində yerləşdiyi ölkənin yurisdiksiyasında olacaq. Belə ki, bu yola münasibətdə istər Azərbaycanda, istərsə də Ermənistanda yerli qanunvericilik tətbiq olunacaq”.
Mətləb Salahov