PDF Oxu

Siyasət

  • 2 872

Dünya səviyyəli yeni münasibətlər modeli ŞƏRH

Dünya səviyyəli yeni münasibətlər modeli ŞƏRH

Dünya birliyinin müasir inkişafı mərhələsində, ölkələrin xarici siyasət fəaliyyətində xarici siyasətinin əsas aspektləri ilə yanaşı, dövlətin iqtisadi amilin rolunun, xarici siyasət institutlarının rolunun artması, o cümlədən milli dövlət maraqlarının və xüsusilə milli biznesin, ticarətin, maliyyənin, informasiya və innovativ texnologiyaların maraqlarının təmin edilməsində dövlət hakimiyyəti mexanizmi müşahidə olunur. Yeni dünya düzəni dövründə geosiyasi mənzərənin dəyişməsi dünyada baş verən hadisələrin sonrakı dinamikasına, bəzi dövlətlərin, xüsusən də Türkiyənin güc balansına və xarici siyasət istiqamətlərinə mühüm təsir göstərmişdir. Son zamanlar Türkiyə diplomatiyası xarici siyasətinin fəallığı ilə xarakterizə olunur ki, bu da ilk növbədə özünün geosiyasi və iqtisadi mövqelərinin möhkəmlənməsi ilə bağlıdır. Bu günə qədər beynəlxalq aləmdə demək olar ki, bütün məsələlərdə, xüsusən də Yaxın Şərqdə gedən proseslər kontekstində türk faktoru mühüm rol oynamağa başlamışdır. Rəsmi Ankara öz xarici siyasət kursunu fəal şəkildə formalaşdırmağa, geniş spektrli məsələlər üzrə maraqlarını müəyyən etməyə çalışır. Şübhəsiz ki, Azərbaycan Türkiyənin beynəlxalq əlaqələr sistemində xüsusi yer tutur. Bunun üçün ikitərəfli münasibətlərin tarixi və hüquqi bazası var. Seçkilərdə inamlı qələbə qazanan cənab Ərdoğanın, cari ilin İyunun 13-də ilk Dövlət səfəri Azərbaycana olması, bizim münasibətimizə xüsusi status verir, həm də dünya səviyyəli yeni münasibətlər modeldir. Münasibətlərimizin dərin tarixi bağlılıq və qardaşlıq bazasının mövcudluğu və gələcəkdə bu dinamikanın daha da inkişafına dair məsələlər haqqına, Türkiyə Cumhurbaşkanın Azərbaycana rəsmi dövlət səfəri çərçivəsində, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarında toxunublar.

Azərbaycan ilə Türkiyə arasında münasibətlərin qədim tarixi var. Ortaq köklər, dil, dini birlik, oxşar mədəniyyətlər, adət-ənənələr bu əlaqələri şərtləndirən amillərdəndir. Türkiyə və Azərbaycan tarixinin ən çətin dövrlərində bir-birinə dəstək olublar. Hər iki tərəf Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında maraqlıdır. Əgər Türkiyə Azərbaycan üçün beynəlxalq aləmdə müttəfiq və dayaqdırsa, Azərbaycan dövlətinin gücü Türkiyənin dünya siyasətində gücünün və rolunun artması deməkdir. Ona görə də bu iki dövlət arasında münasibətləri beynəlxalq hüquq normalarından irəli gələn prinsiplər əsasında inkişaf etdirmək lazımdır. Heydər Əliyevin “Biz bir millət, iki dövlətik”, Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, İlham Əliyevin isə “Bir millət, iki dövlət”, Bir yumruq” kəlamları həm Türkiyədə, həm də Azərbaycanda tarixi, iki ölkə arasında münasibətlərin reallığı və perspektivlərini dəqiq ifadə edən ən mükəmməl düstur kimi qəbul edilir.

Qardaş Türkiyədə çoxsaylı insanın tələfatına və xəsarət almasına səbəb olan güclü zəlzələ nəinki Türkiyə üçün, həmdə bütün dünya üçün bir sınaq oldu. Azərbaycan hökumətinin və xalqının, zəlzələ baş verən andan qardaş Türkiyəyə göstərdiyi diqqət və qayğı, Azərbaycanın və Türkiyənin həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmasını bir daha sübut etmişdir. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi dövründə, ilk saatlardan başlayaraq son günə qədər, bütün Türkiyə xalqı, başda cənab Rəcəb Tayyib Ərdoğan olmaqla Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyindən, 2021-ci ilin iyun ayında Qarabağın tacı olan Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi imzalanması və bizim əlaqələrimiz rəsmən müttəfiqlik səviyyəsinə qaldırılmasından, Türkiyənin son 20 ildə Cümhurbaşqanı cənab Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçməsi, dünyada söz sahibi olması, güc mərkəzinə çevrilmisindən, bu gün dünyada Türkiyənin nüfuzundan, o cümlədən Türkiyənin hərbi gücündən, müdafiə sənayesi sahəsində böyük uğurlarından xəbər verir. Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün Türk dünyası üçün önəmli şərtdir. Dövlətimizin Başçısı, 2022-ci ildə Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilmiş Zirvə görüşündə, Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsini, onun Türk dünyasının gücləndirilməsində böyük xidmətlərininin sübutu kimi, bundan sonra da uzun illər ölkələrimiz arasındakı qardaşlıq əsasında qurulmuş əlaqələrin daha da möhkəmləndirilməsinə böyük töhfələr verəcəyinin bir simvoludur.

Türkiyə dövlətinin xarici siyasətinin əsas istiqamətləri milli təhlükəsizliyin təmin edilməsi, dövlətin iqtisadi və siyasi gücünün artırılması, beynəlxalq mövqelərinin möhkəmləndirilməsidir. Son onilliklərdə Türkiyənin regional və qlobal səviyyədə nüfuzunun artması dünyada güc balansının formalaşmasına ciddi təsir göstərir. Unikal geostrateji mövqeyə malik olan Türkiyə Balkanlar, Qara dəniz və Zaqafqaziya, Yaxın Şərq və Aralıq dənizi dövlətlərinə ciddi təsir potensialına malikdir. Yaxın Şərqin ən böyük ordusuna, NATO-nun isə ikinci böyük ordusuna, dinamik iqtisadiyyatına və əhəmiyyətli xarici siyasət çəkisinə malik olan Türkiyə regional və dünya siyasətində artan rol oynayır.

Bütün beynəlxalq ictimaiyyətə mənfi təsir göstərən Rusiya ilə Ukrayna arasında hərbi münaqişə fonunda, Ankaranın dünya siyasətində artan rolu getdikcə özünü büruzə verir. Konfliktin ilk günlərində Türkiyə münaqişə tərəfləri arasında vacib vasitəçi oldu. Ankara həm Moskva, həm də Kiyevlə yaxşı münasibətlər saxlayır. Türkiyə Moskva və Kiyev arasında yaz danışıqlarının platformasına çevrildi, Ukraynanın təhlükəsizliyinin müharibədən sonrakı qarantlarından biri kimi hesab olundu, İsveç və Finlandiyanın NATO-ya daxil olması üçün şərtlər irəli sürdü, Ukrayna taxılının ixracının təşkilində iştirak etdi, Odessa limanı, Rusiya Federasiyası ilə Ukrayna arasında son əsir mübadiləsində vasitəçilik etdi. Bu günki gündə, Türkiyə iki ölkə arasında gələcək sülh danışıqları üçün ən çox ehtimal olunan yer olaraq qalır.Türkiyənin müdafiə sənayesinin artan əhəmiyyəti, onu silah bazarında mühüm oyunçuya çevirib. Türkiyə istehsalı olan Bayraktar TB-2 döyüş pilotsuz uçan aparatları son illərdə çoxsaylı münaqişələrdə özünü doğruldub. Bayraktarların münasib qiyməti Türkiyəni bahalı hərbi texnika ala bilməyən ölkələr üçün unikal tərəfdaş edir.Silahlı qüvvələrinin döyüş hazırlığına görə Türkiyə bəzi məlumatlara görə dünyanın ilk onluğuna, bəzilərinə görə isə ilk beşliyə daxildir. Ankaranın hərbi xərcləri artmaqdadır və son 10 ildə təxminən iki dəfə artaraq ildə təxminən 20 milyard dollar təşkil edir. Ayrı-ayrılıqda ölkə hərbi-sənaye kompleksini inkişaf etdirir: beşinci nəsil qırıcılar, gəmilər, silahlar yaradır. 2022-ci ildə isə Türkiyənin üç müdafiə müəssisəsi Aselsan, Turkish Aerospace Industries (TAI) və Roketsan mənfəət baxımından hətta ilk 100 dünya lideri sırasına daxil oldu. Türkiyə ordusu İraqdan Somaliyə qədər ən azı səkkiz ölkədə, eləcə də Şimali Kipr Türk Cümhuriyyəti ərazisində mövcuddur və Qətərdə böyük hərbi bazaya malikdir. Bundan əlavə, Türkiyə bir sıra transsərhəd əməliyyatlardan sonra Suriyanın şimalındakı ərazilərin bir hissəsinə nəzarət edir.Sadalanan amillər Türkiyənin artan gücünün sadəcə bir hissəsidir ki, onun mühüm istiqamətlərindən biri də “yumşaq güc”dür - məcburiyyət yolu ilə deyil, könüllü iştirak və ya simpatiya əsasında digər ölkələrdən lazımi qərarların əldə etmək bacarığıdır.Mövcud qeyri-sabit regional və beynəlxalq mühitdə Türkiyənin xarici siyasəti ölkənin maraqlarını qorumaqla, eyni zamanda davamlı sülh və inkişaf üçün şərait yaratmağı hədəfləyir, ətrafda sülh, firavanlıq və sabitliyin qurulmasına öz töhfəsini verir. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk tərəfindən irəli sürülmüş “Yurdda sülh, dünyada sülh” hədəfini rəhbər tutaraq, türk xalqının təşəbbüskar ruhu və humanitar dəyərləri Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın fəaliyyətində əks etdirilir.

Masil Dəmirov

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Digər xəbərlər