PDF Oxu

Siyasət

  • 3 457

Azərbaycan kosmik sənayenin inkişafı sahəsində yeni uğurlara imza atır TƏHLİL

Azərbaycan kosmik sənayenin inkişafı sahəsində yeni uğurlara imza atır TƏHLİL

Azərbaycan dövlətinin kosmik sənayenin inkişafı sahəsində yeni uğurlara imza atması, xüsusilə də, “Azersky” və “Azerspace-1”in ardınca, “Azerspace-2”-in peykinin orbitə çıxarılmasını təmin etməsi ölkəmizin iqtisadi gücünə güc qatıb. “Azerspace-2” peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək. Peyk regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək.Yeni peyk “Azərkosmosun” xidmət spektrinin və fəaliyyət coğrafiyasının genişləndirilməsi ilə yanaşı, həm də birinci telekommunikasiya peyki - "Azerspace-1" peykinin orbitdəki ehtiyatı olacaq. Bu da, öz növbəsində, “Azərkosmos”a bugünədək ehtiyat peykin olmaması səbəbindən iştirak edə bilmədiyi irihəcmli beynəlxalq tenderlərdə iştirak etmək imkanı yaradacaq. Növbəti peykin orbitə buraxılması ilə əlaqədar Prezident İlham Əliyev Azərbaycan xalqına ünvanladığı təbrikində bildirib ki, bu gün Azərbaycan öz məhsulunu ixrac edir və peyklərin fəaliyyəti nəticəsində ölkəmizə valyuta gəlir: "Azərbaycanın kosmik sənayedə əldə etdiyi uğurlar, eyni zamanda, qeyri-neft sektorumuzu inkişaf etdirir, qeyri-neft sənayemizi irəliyə aparır. Təsadüfi deyil ki, bu ilin səkkiz ayının göstəricilərinə görə, Azərbaycanda qeyri-neft sənayesi təxminən 11 faiz artıb. Eyni zamanda, "Azərsky" müşahidə peyki vasitəsilə biz nəinki ölkəmizin, dünyanın istənilən nöqtəsində baş verən bütün hadisələri daim müntəzəm olaraq izləyə bilirik, nəzarət edə bilirik. Azərbaycanın müdafiə və hərbi potensialının gücləndirilməsi işində "Azərsky" peykinin xüsusi rolu var. Bu peykin fəaliyyəti nəticəsində biz bu sahədə də xaricdən asılılığı tamamilə aradan qaldırdıq və bir çox ölkələr üçün peyk xidməti göstəririk".

Yerli və xarici ekspertlərin gəldikləri qənaətə görə, Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sürətlə inkişaf edərək bütün sahələrdə insan fəaliyyətinin, sosial-iqtisadi münasibətlərin tərkib hissəsinə çevrilib. Hazırda Azərbaycan internet istifadəçilərinin sıxlığına görə MDB ölkələri arasında birinci yerdədir. Avropa məkanında isə 8-ci yerdə qərarlaşır. Xüsusilə də, “Elektron hökumət” layihəsinin həyata keçirilməsi İKT sahəsində müsbət dinamika daha cəlbedici olub. Bu layihənin əsas hədəfi sahibkarlara, əhali quruplarına, biznes sektoruna verilən xidmətləri avtomatlaşdırmaq, eləcə də dövlətin özünün müxtəlif prosedurlarını avtomatlaşdırmaqdır. Xidmətlərin elektronlaşdırılması Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə tədbirlərinin müsbət nəticələr verməsinə imkanlar yaradır.

Kosmik sənaye sektorunun inkişafı sayəsində ölkəmizin siyasi-iqtisadi gücünü artırır

Hazırkı dövrdə, “Elektron hökumət” portalına 45 qurum fiziki olaraq qoşulmuş və Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 428 elektron xidmətdən 280-i vahid portal (bir pəncərə prinsipi) vasitəsilə əhaliyə təqdim olunur. 270 xidmət Vətəndaşlar üçün Elektron Xidmətlər Portalında, 313 xidmət isə dövlət qulluqçuları üçün Elektron Xidmətlər Portalında yerləşdirilib. Azərbaycan Prezidenti İlham Əliyev kosmik sənaye sektorunun inkişafı sayəsində respublikamızın siyasi-iqtisadi gücünün artacağına inandığını ifadə edib: "Bu il biz birinci Azərbaycan telekommunikasiya peykini orbitə buraxacağıq. Bu, tarixi hadisə olacaqdır. Azərbaycan kosmik sənaye yaradır. Azərbaycan kosmik sənayeyə malik olan ölkələr sırasına daxil edilir. Bu, uzaqgörən siyasətimizin nəticəsidir. Mən hesab edirəm ki, Azərbaycan bütün mütərəqqi və qabaqcıl texnologiyaları gətirməlidir. Biz gətiririk, tətbiq edirik, kadrları hazırlayırıq. Beləliklə, ölkəmizin həm siyasi çəkisi, həm iqtisadi gücü artacaqdır".

Azətbaycan Prezidenti İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiqlənən “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında informasiya-kommunikasiya texnologiyalarının inkişafı öz əksini tapmışdır. Konsepsiyaya görə, ölkə əhalisinin İKT və rabitə xidmətlərindən istifadə imkanları daha da genişləndirilməsi, informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində etibarlı təhlükəsizlik sisteminin yaradılması, milli standartların formalaşdırılması və ölkə üzrə tam rəqəmli televiziya yayımının tətbiq olunması nəzərdə tutulmuşdur. Bu gün artıq tam əminliklə, demək olar ki, təsdiqlənən “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında planlaşdırlan hədəflərə və məqsədlərə nail olunub. Görülən işlərin məntiqi olaraq, artıq ölkə əhalisinin 80 faizdən çoxu internet istifadəçisidir. Əhalinin və turistlərin ictimai yerlərdə internetə daha rahat çıxışını təmin etmək üçün Bakının 20 parkında “İctimai Wi-Fi” istifadəyə verilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 9 ayı ərzində İKT sektoru üzrə investisiya qoyuluşu 69 faiz artaraq 225 milyon manat olub. Sektorun gəlirləri isə 1,1 milyard manatdan 1,2 milyard manata yüksəlib, gəlirlərin artım tempi isə 7,7 faiz təşkil edib. Ölkəmizdə beynəlxalq internet kanallarının ümumi tutumu 820 qeqabitədək artırılıb. Beynəlxalq səs trafikinin etibarlılığını və təhlükəsizliyini təmin etmək məqsədilə cari ildən etibarən Beynəlxalq Telefon Stansiyasının üç ehtiyat sistemi istismara verilib.

Azərbaycan birincilər sırasındadır

Avropa və Amerika mütəxəssislərinin birgə səyləri ilə hazırlanan və Azərbaycan bayrağının təsviri ilə kosmosa göndərilən “Azərspase-1” telekommunikasiya peykinin orbitə çıxarılması ölkəmizin iqtisadi imkanlarının genişlənməsinə yeni imkanlara yaradır. “Azərspase-1” peyki Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunu əhatə edir. Azərbaycan Prezidenti İlham Əliyev bu peykin fəaliyyətinin iqtisadi cəhətdən də səmərəli olacağını vurğulamışdır: “Gələcəkdə bu sahənin hər bir ölkə üçün nə qədər vacib olduğunu, əminəm ki, hər kəs görəcəkdir. Hər bir ölkənin uğurlu, dayanıqlı inkişafı üçün informasiya-kommunikasiya texnologiyaları sahəsi həlledici rol oynayacaqdır. Mən buna əminəm. Mən çox şadam ki, biz bu istiqamətdə bütün işləri planlı, məqsədyönlü şəkildə aparırıq. Bütün addımları atırıq ki, ölkəmiz daha da güclənsin, Azərbaycan daha da müasir dövlətə çevrilsin”. Artıq uğur əldə edilib. 2014-cü ildən “Azərspace-1” peyki vasitəsilə Azərbaycanın bütün televiziya və radio kanalları keyfiyyətli yayıma başlayıb. Həmçinin tələb və rəqabətin artması, peyk tutumlarının bazar qiymətlərinə uyğun təklif olunması "Azerspace-1" peykinin əhatə etdiyi regionlarla əməkdaşlığı gücləndirməyə, eləcə də Livan, əfqan, ərəb bazarında fəaliyyət göstərməsinə şərait yaradıb. Hazırda “Azərspace-1” peyki vasitəsilə Azərbaycan, türk, ingilis, gürcü, fars, əfqan və digər dillərdə 120-dən artıq televiziya kanalı yayımlanır. “Azerspace-1” peyki regionda kifayət qədər tanınıb. Bu gün Azərbaycan orbitdə özünün telekommunikasiya peyki olan azsaylı ölkələrdən biridir və kosmik sənayenin inkişafı üçün çox gözəl imkanlar mövcuddur. Qafqazın ilk peyk operatoru olan “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2017-ci ildə ikinci telekommunikasiya (sayca üçüncü) və 2018-ci ildə çox yüksək ayırdetməyə malik olan ikinci müşahidə peykinin (sayca 4-cü) orbitə çıxarıld. Ekspertlərin qənaətinə görə, 2023-cü ildə Azərbaycanda İKT sektorundan əldə olunan gəlirlər neft gəlirlərini üstələyəcək. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan yaxın gələcəkdə regional kosmik sənaye mərkəzinə çevriləcək. Bu istiqamətdə Azərbaycanın dünya ölkələri ilə əməkdaşlığı artır və daha da dərinləşir. Azərbaycan dünyanın sayı o qədər də çox olmayan kosmik klubuna da üzv olub. Bütün bunlar Azərbaycanda uğurla həyata keçirilən dövlət siyasətinin göstəricisidir. Azərbaycan gələcəyə doğru inamla addımlayır. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi "Biz gələcəyə bu cür baxırıq: müasirlik, dinamik inkişaf, texnologiyaların tətbiqi. Bunlar olmasa biz istədiyimiz qədər inkişaf edə bilmərik. Biz isə istəyirik ki, inkişaf etmiş ölkələrin sırasına daxil olaq və imkanlar da var. Əsas məsələ ondan ibarətdir ki, bütün bu strategiyamızı düzgün planlaşdıraq və addımlarımızı düzgün ataq ki, Azərbaycan bu sahədə də birincilər sırasında olsun".

“Azərbaycan qısa müddət ərzində dünyanın kosmik klubunun dəyərli üzvünə çevrilibdir”

Bu gün "Azərspace-1" peyki vasitəsilə Azərbaycan, türk, ingilis, gürcü, fars, əfqan və digər dillərdə 120-dən artıq televiziya kanalı yayımlanır. "Azərspace -1" peykin orbitə çıxarılmasının ardınca 2018-ci il sentyabrın 26-da Fransanın Qvianasında yerləşən Kuru kosmodromundan Azərbaycanın “Azerspace-2” peyki orbitə buraxıldı. Prezident İlham Əliyev “Azərspace 2” peykinin orbitə buraxılması münasibətilə xalqa təbrikində demişdir: “Azərbaycan qısa müddət ərzində dünyanın kosmik klubunun dəyərli üzvünə çevrilibdir. Azərbaycan qarşıya qoyduğu bütün vəzifələri uğurla icra edir. Bizim yolumuz inkişaf yoludur, tərəqqi yoludur və bu gün Azərbaycan dünyada müasir texnologiyaların inkişafında öz dəyərli sözünü deyir. “Azerspace 2” telekommunikasiya peykinin orbitə çıxarılması bizim növbəti tarixi qələbəmizdir. Bundan sonra da Azərbaycan yalnız uğurlar, qələbələr yolu ilə gedəcək”. Yerli və xarici mütəxəssilər o fikirdədirlər ki, 2023-cü ildə kosmik sənayenin inkişafı üçün çox gözəl imkanları olan Azərbaycanda İKT sektorundan əldə olunan gəlirlər neft gəlirlərini üstələyəcək. Bu istiqamətdə Azərbaycanın dünya ölkələri ilə əməkdaşlığı artır və daha da dərinləşir. Bütün bunlar Azərbaycanda uğurla həyata keçirilən dövlət siyasətinin göstəricisidir. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi: "Biz gələcəyə bu cür baxırıq: müasirlik, dinamik inkişaf, texnologiyaların tətbiqi. Bunlar olmasa biz istədiyimiz qədər inkişaf edə bilmərik. Biz isə istəyirik ki, inkişaf etmiş ölkələrin sırasına daxil olaq və imkanlar da var… Əsas məsələ ondan ibarətdir ki, bütün bu strategiyamızı düzgün planlaşdıraq və addımlarımızı düzgün ataq ki, Azərbaycan bu sahədə də birincilər sırasında olsun". “Azerspace-2” peykin orbitə çıxarılması ölkəmizin iqtisadi gücünə güc qatacaq. Çünki "Azerspace-2" peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək və Azərbaycana 400 milyon dollar gəlir gətirəcək. Nəzərə almaq lazımdır ki, 2013-cü il fevralın 8-də orbitə çıxarılan “Azərspace-1” telekomunikasiya peyki 15 illik istisamar müddəti ərzində ölkəmizin iqtisadiyyatına 220 milyon ABŞ dolları gəlir gətirəcək. “Azersky” müşahidə peyki isə, ümumilikdə ölkəmizə 200 milyon avro gəlir gətirəcəyi proqnozlaşdırılır.

Azərbaycan ABŞ, Rusiya, Türkiyə, Fransa, İngiltərə, Yaponiya, Malayziya kimi kosmik sahədə qabaqcıl ölkələrin birləşdiyi dünya “kosmik klub”nun üzvüdür. Bu sahədə uğurlar daha da genişlənməkdədir. Yaxın vaxtlarda daha bir peykin orbitə buraxılmasına hazırlıqlar görülür. Bütün bunlar Yenilməz Sərkərdə, ölkə Prezidenti İlham Əliyevin “Azərbaycan tarix boyu heç vaxt indiki qədər güclü olmayıb” tarixi fikirinin real olduğunu bir daha təsdiqləyir.

İ.ƏLİYEV

Digər xəbərlər