PDF Oxu

Siyasət

  • 1 815

"Ermənistan məğlubiyyətini etiraf edir" MÜNASİBƏT

"Ermənistan məğlubiyyətini etiraf edir" MÜNASİBƏT

“Son günlər Ermənistan və Azərbaycanın təmas xəttində yaşanan gərginlik və hər iki tərəfdən olan tələfat münaqişə tərəfləri arasında yekun sülh danışıqlarını pozmaq və təxribat törədərək tərəflər arasında etmadsızlığın yenidən güclənməsinə rəvac verə biləcək hadisələr olaraq qiymətləndirilə bilər”. Bunu politoloq Elşən Manafov "Səs" qəzetinə açıqlamasında deyib.

Onun sözlərinə görə, ötən ayın 22- də Ermənistanın baş naziri rəsmi İrəvanın Azərbaycanın sovetlər dönəmindəki sərhədlərini tanıması ilə bağlı verdiyi açıqlama tərəfləri sülhə aparacaq danışıqlarda mühüm bir mərhələ kimi qəbul olundu: “Moskvanın moderatorluğu ilə mayın 25-də baş tutmuş görüşdə sülh danışıqlarının davam etdirilməsi ilə bağlı verilmiş açıqlamalar da uzun müddət qeyri-müəyyənlikdən sonra erməni tərəfinin nəhayət ki, yekun sülhə hazır olmasıi ilə bağlı təəssüratlar doğurdu. Ermənistanın Qarabağın təhlükəsizliyinə beynəlxalq təminatların verilməsi ilə bağlı, ilk növbədə, Qərbdəki havadarlarına olan müraciəti isə bir daha rəsmi İrəvanın mövqeyindəki qeyri-müəyyənliyin Qərbdən qidalanması ilə bağlı fikirlərin təsdiqi oldu. Belə ki, Paşinyan Vaşinqton görüşündən sonra erməni tərəfinin ABŞ-la razılaşdırdığı sülh müqaviləsinin mətni ilə bağlı sayca 4-cü dəfə redaktə edilmiş şərtlərə Azərbaycan tərəfindən hələ də cavab almadığı ilə bağlı açıqlama ilə çıxış etdi, erməni tərəfinin növbəti riyakarlığı ilə rəsmi Bakını Ermənistana ünvanlanmış tələbləri haqlı olaraq daha da sərtləşdirməyə sövq etdi, Azərbaycan Prezidenti yekun sülh müqaviləsinin imzalanması üçün zamanında özü tərəfindən irəli sürülmüş məlum 5 şərtin qüvvədə qaldığını təsdiq etməklə yanaşı bəyan etdi ki, Ermənistanın qeyri-konstuktivkiyi rəsmi Bakını Qarabağda antiterror əməliyyatları keçirməyə sövq edə bilər və bu, Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş haqqıdır, Prezident eyni zamanda xəbərdarlıq etdi ki, Azərbaycanı saxlaya biləcək regional qüvvə də yoxdur. İstisna deyil ki, rəsmi Bakının sərt addımlar atma ehtimalları erməni millətçilərini sərhəd xətti boyunca təxribat törədərək baş vermiş insidentə görə Azərbaycan tərəfini məsul tutmaq, məhz onun sülh danışıqlarına mane olmaq üçün təmas xəttindəki gərginlikdən əyləc mexanizmi kimi çıxış etmək mövqeyində olması ilə bağlı gerçəkliklərdən uzaq olan mənzərəni beynəlxalq təminatçıların diqqətinə çatdırmaqdan ibarət olub. Baş verənlər bir daha göstərir ki, erməni iqtidarı müstəqil siyasi qərar qəbul etmək imkanlarından məhrumdur, Qarabağakı separatçı rejimin rəhbərlərinin, nəhayət ki, təslim olması, separatçı rejimə tabe olan qeyri-qanuni hərbi birləşmələrin tərksilah edilməsi ilə bağlı rəsmi Bakının tələbləri də Qarabağakı separatçi rejimi də belə bir təxribata getməyə sövq edə bilər. İndi orada separatçı rejimə kimlərin rəhbərlik edə biləcəyi ilə bağlı müxtəlif klan və geosiyasi qütblərə bağlı şəxslər arasında getdikcə güclənməkdə olan rəqabət də sərhəddəki toqquşmalara gətirib çıxarmış hadisələr sırasına aid edilə bilərlər”.

GÜLYANƏ

Digər xəbərlər