PDF Oxu

Siyasət

  • 1 683

Yasamal rayonunda Tibb işçilərinin peşə bayramı gününə həsr olunmuş tədbir keçirilib FOTOLAR

Yasamal rayonunda Tibb işçilərinin peşə bayramı gününə həsr olunmuş tədbir keçirilib FOTOLAR

Yeni Azərbaycan Partiyası Yasamal Rayon təşkilatı və “A.M.Şərifzadə küç.762” ünvanı üzrə (Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanası) birgə 17 İyun Tibb işçilərinin peşə bayramı gününə həsr olunmuş tədbir keçirilib.Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov, YAP Yasamal rayon təşkilatının və Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının əməkdaşları, ərazi üzrə Partiyanın üzvləri iştirak edib.Tədbirin rəsmi hissəsindən əvvəl Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarı ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın suverenliyi və azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Daha sonra tədbirdə “Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı videoçarx nümayiş olunub.Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov tədbiri giriş sözü ilə açaraq hər il 17 iyunun Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunmasının Heydər Əliyevin ölkə səhiyyəsi üçün gördüyü mühüm işlər sırasında xüsusi rol oynadığını diqqətə çatdırıb. Ümummilli Liderin ölkəmizdə səhiyyənin inkişafı sahəsində gördüyü işlərdən danışaraq onu müstəqil Azərbaycan dövlətinin və səhiyyəsinin memarı adlandırıb:"Təsadüfi deyil ki, Ulu Öndər səhiyyə sektorunun inkişafına xüsusi önəm verirdi və bunu əsas prioritet istiqamətlərdən birinə çevirmişdi. Əhalinin sağlamlığının qorunması, tibbi xidmətin yüksək səviyyədə təşkili Ulu Öndərin ən çox diqqət göstərdiyi məqamlardan idi. Məhz onun ölkəyə rəhbərliyi dövründə müasir səhiyyə ocaqlarının istifadəyə verilməsinə başlandı. Nəinki paytaxt Bakıda, ən ucqar regionlarda, kəndlərdə belə ən müasir tibbi mərkəzlər yaradıldı ki, bu mərkəzlərdə tibb işçilərinin fəaliyyəti üçün geniş imkanlar vardı".

Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Yasamal Rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, Ümummilli liderin ölkə rəhbərliyinə qayıdışından dərhal sonra onun həyata keçirməyə başladığı islahatlar tibb sahəsində də öz bəhrəsini verdi, səhiyyənin səmərəsinin yüklədilməsi və intensivləşdirilməsi üçün baza yaradıldı, beynəlxalq əlaqələr genişləndirildi. Bu gün Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Prezident cənab İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunur. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzindədir.Qeyd edilib ki, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasət kursunu layiqincə davam etdirən Prezident cənab İlham Əliyevin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait ildən-ilə artırılır. Bu da tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açır.Prezident cənab İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar göstərir ki, milli səhiyyə sistemimiz sürətlə müasirləşir, vətəndaşlarımız dövlətin yaratdığı tibb xidmətlərindən yüksək səviyyədə yararlanır. Səhiyyə sistemində aparılan islahatlar vətəndaşların sağlamlığının etibarlı təminatına xidmət edir. Azərbaycan səhiyyəsinə göstərilən bu diqqət və qayğı içərisində tibb işçiləri peşə bayramlarını qeyd edirlər.Bu istiqamətdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diabetli, talassemiyalı xəstələrə göstərdiyi qayğı, onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunmasının yaxşılaşdırılmasında gördüyü işlər xalqımız tərəfindən çox böyük razılıq və rəğbətlə qarşılanır.Tədbir Respublika Klinik Xəstəxanasının Baş həkimi Sərdar Əsədov və 2-ci Cərrahiyyə şöbəsinin müdiri, professor Sahib Hüseynovun çıxışları ilə davam edib. Çıxışlardan sonra bir qrup üzvə fəxri fərman təqdim olunub.

Tədbirə bədii hissə ilə yekun vurulub.

Digər xəbərlər