PDF Oxu

Siyasət

  • 2 712

Böyüklüyün, ucalığın, əbədiyaşarlığın ünvanı - Hüseyn Cavid ŞƏRH

Böyüklüyün, ucalığın, əbədiyaşarlığın ünvanı - Hüseyn Cavid ŞƏRH

Cavidin söykəndiyi həqiqətin bircə mənası olub: xalqını, millətini azad, xoşbəxt, vətənini isə sivil dövlətlərin sırasında görmək! Bu həqiqəti tapmaq və ona qovuşmaq yolunda Cavid dövrünün sərt qadağaları, sədləri ilə üzbəüz dayanıb. Onun bədii düşüncəsi, yazıları sənət tariximizin əvəzsiz nümunələrindən biridir. Ümummilli lider Heydər Əliyev unudulmaz dramaturqun yaradıcılığını çox yüksək dəyərləndirərək demişdir: “Hüseyn Cavidi Şərqin Şekspiri adlandırırlar. Ancaq onu bəlkə də Höte ilə müqayisə etmək düzgün olardı. Əsərlərindəki fəlsəfi fikirlərinə görə, ola bilsin, Cavid Şekspirdən də yüksək səviyyəyə qalxmış adamdır. Xalqımız, tariximiz nə qədər yaşayacaqsa, Hüseyn Cavidin irsi də o qədər yaşayacaqdır, yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir.Mədəniyyət Nazirliyinin 1991-ci il 16 aprel tarixli əmrinə əsasən adı çəkilən binanın 5 otağı Hüseyn Cavidin ev-muzeyi üçün ayrılmışdı. Lakin bina həmin bina olsa da, ayrılmış 5 otaq Cavidlərin yaşamadığı otaqlar idi. Yeganə üstünlük onda idi ki, Hüseyn Cavid vaxtı ilə bu otaqlarda dərs demişdi. Əlyazmalar İnstitutunun o zamankı rəhbərliyi səhv olaraq belə fikirləşirdi ki, bina instituta məxsus olduğu üçün, Hüseyn Cavidin vaxtı ilə yaşadığı və əsərlərini yaratdığı otaqlarda muzey yerləşə bilməz. Ancaq zaman göstərdi ki, Hüseyn Cavidin ev-muzeyi başqa otaqlarda deyil, məhz onun və ailəsinin yaşadığı və ölməz əsərlərini yaratdığı otaqlarda yerləşməlidir. Binada isə, əslində, hansı idarənin və ya institutun yerləşməsinin heç bir əhəmiyyəti yoxdur. Cavid şəxsiyyəti, Cavid yaradıcılığı yerləşdiyi məkana, məxsus olduğu millətə ancaq şərəf gətirər. 10 iyun 1995-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin yanında tarixi müşavirə keçirildi və 14 illik fasilədən sonra Hüseyn Cavidin Naxçıvanda məqbərəsinin, Bakıda ev-muzeyinin yaradılması ilə əlaqədar məsələlər müzakirə olundu və dərhal öz həllini tapdı.Bununla əlaqədar Nazirlər Kabinetinin 1995-ci il 160 saylı qərarı ilə Hüseyn Cavidin ev-muzeyinin yaradılması, onun Azərbaycan EA-nın tabeliyinə verilməklə ədibin yaşadığı binanın, (İstiqlaliyyət küçəsi,8) 2-ci mərtəbəsində giriş də daxil olmaqla, 3-cü mərtəbəsində yerləşməsi və Hüseyn Cavidin ev-muzeyi adlandırılması məsələsi həll olundu. Həmçinin, Turan Cavidin fəaliyyəti ilə bağlı olan materiallar nümayiş edilir. Hüseyn Cavidin yazı masası, Mişkinaz xanıma məxsus tikiş maşını, radioqəbuledici, yemək masası və bir çox eksponatlar ekspozisiyada əsas yer tutur.Ekspozisiyanın tərtibatı zamanı bir neçə görkəmli sənət xadimlərinə süjetli əsərlər sifariş olunmuş və bu əsərlər ekspozisiyanı daha da zənginləşdirmiş, onu baxımlı və maraqlı etmişdir. Muzeydə məxsusi olaraq 1 otaq, Cavidin iş otağı, repressiya otağı kimi ayrılıb. Bu otaqda O. Sadıqzadənin böyük ürək yanğısı ilə işlədiyi "1937-ci ilin repressiya qurbanları" əsəri və V. Ucatayın "Zordan üstün" əsəri həm Hüseyn Cavidə, həm də Azərbaycanın digər repressiya qurbanlarının xatirəsinə rekviyem kimi qəbul olunur. Muzeyin əsas fondunda 5000, elmi-köməkçi fondda isə 300 əşya qorunub, mühafizə olunur. Hüseyn Cavidin ev-muzeyi Naxçıvanda yerləşən Hüseyn Cavidin ev-muzeyi ilə mütəmadi yaradıcılıq əlaqələri saxlayır, ona lazımi metodiki yardım göstərir. Hüseyn Cavidin ev-muzeyi gələcəkdə də Cavidlər irsinin tədqiqi, öyrənilməsi, qorunması və təbliği istiqamətində öz fəaliyyətini müvəffəqiyyətlə davam etdirəcək.

Könül İbrahimova

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin

Fiziologiya İnstitutu üzrə Ərazi partiya təşkilatının sədri

Digər xəbərlər