PDF Oxu

Siyasət

  • 7 584

Ulu Öndər Heydər Əliyev və Azərbaycan şairləri ŞƏRH

Ulu Öndər Heydər Əliyev və Azərbaycan şairləri ŞƏRH

“Bədii söz insanların ağlına və ürəyinə daha tez yol tapır, daha dərindən nüfuz edir, onlara son dərəcə böyük təsir göstərir”

Ulu Öndər Heydər Əliyev

Ulu Öndərin sözə, sənətə, poeziyaya verdiyi dəyər zaman-zaman diqqət çəkmiş, Azərbaycan poeziyasının nadir bilicilərinin şeirlərinə profiosional şəkildə yanaşması və dəyərləndirməsi bütün ədəbiyyat adamlarını diqqətindən yayınmamışdır. Ulu Öndərin klassik Azərbaycan ədəbiyyatına böyük maraq və sevgisi, klassik şairlərimizdən Füzulinin, Nizaminin, Nəsiminin, Vaqifin şeirləri haqqında qiymətli fikir söyləməsi, onların anım günlərinin möhtəşəm şəkilə qeyd edilməsi və Bakı şəhərində Azərbaycanın klassik şairlərinin abidələrinin qoyulması, onların adlarını yaşadan küçələrin salınması Ulu Öndərin klassik Azərbaycan şairlərinə verdiyi ən böyük dəyərdir. Ulu Öndərin yazıçı və şairlərimizə verdiyi qiymət V, VII və 1997-ci ildə isə Azərbaycan yazıçılarının X qurultayındakı nitqində ədəbiyyata, sözə, poeziyaya bağlılığını özünəməxsusluğla ifadə etmişdir: “ Şəxsən mən ədəbiyyatı çox sevən adamam və gənc vaxtlarımdan, hətta uşaqlıqdan, məktəbdə ilk ədəbiyyat nümunələrini oxuyandan ədəbiyyatı sevmişəm... Mənim bir insan kimi formalaşmağımda, təhsilimdə, əxlaqımda, mənəviyyatımda ədəbiyyatın, mədəniyyətin çox böyük rolu olmuşdur. Mən orta məktəbdə oxuyarkən Azərbaycan şairlərinin, yazıçılarının bütün əsərlərini sevə-sevə oxumuşdum... O illərdə, o uşaqlıq və gənclik illərində onlar mənə o qədər təsir edib ki, mən onları unutmamışam. Bu “oxumuşam, unutmamışam” sözləri sadəcə bir fikir deyil. Yəni onlar mənə təsir edib, mən onlardan bəhrələnmişəm, mənəvi qida almışam”( Ulu Öndər Heydər Əliyev)

Biz Ulu Öndərin klassik şairlərlərin yaradıcılığına olan münasibətini və rəğbətini şairlərdən bəhs etdiyi məruzələrdən, nitqlərdən şahidi oluruq. Ulu Öndərin ədəbiyyata xalqın milli- tarixi varlığının, mənəviyyatının üzvi tərkib hissəsi kimi baxmış, ədəbiyyatı, cəmiyyəti və insanı dəyişdirib inkişaf etdirən bilik və hikmət xəzinəsi kimi dəyəndirmişdir. Ulu Öndərin Məhəmməd Füzuliyə dünya miqyaslı filosof, böyük alim kimi dəyər verərək onun yubleyinin çox çətin şəraitdə həyata keçirməsi məsələsini qldırması və Ulu Öndər Füzulinin timsalında Azərbaycan xalqının tarixi köklərə malik olduğunu və Füzulinin filosof, böyük və əvəzsiz bir mütəfəkkir kimi dünya ədəbiyatına töhfə vermiş ədəbi şəxsiyyət kimi dünyay bəyan etmişdir. 1994-cü ildə Füzulinin Türkiyədə, 1996-cı ilədə isə Bakıda 500 illik yubleyinin keçirilməsi klassik şairlərimizə verilən əvəzsiz qiymətdir. Ulu Öndərin Vaqifin, Mirzə Şəfi Vazehin, Hüseyn Cavidin, Vurğunun, Cəfər Cabbarlının, Bəxtiyar Vahabzadənin və s. şairlərimizin yaradıcılığı haqqında fikir və düşüncələri Azərbaycan şairlərinin yaradıcılığlarını bir mükəmməl ədəbiyyatşünas kimi izləməsindən xəbər verir. 1967-ci ildə Molla Pənah Vaqifin 250-illiyi keçirilmiş, 1976 -cı ildə Şuşada məqbərəsi ucaldılmışdır. Bu məqbərə Vaqifin timsalında mədəniyyət mərkəzi Şuşamızda ucalması Azərbaycan şairlərinə ən böyük sevginin, dəyərin göstəricisidir. Şuşa erməni vandallarından təmizləndikdən sonra Ali Baş Komandan və ziyalılar tərəfindən ilk ziyarətinə gedilən abidələrdən biridir. Hüseyn Cavid poeziyası və şəxsiyyəti Ulu Öndər tərəfindən böyük rəğbətlə seçilmiş və dəyərləndirilmişdir. Ulu Öndər Cavidin nəyinki Azərbaycan şairləri ilə müqaisə etmiş, eyni zamanda böyük Cavidi dünya ədəbiyyatının tanınmış yazarları- Şekspir, Höte ilə müqayisə etmişdir. Hüseyn Cavidin nəşinin Azərbaycana gətirilməsi, onun 1992-ci ildə Naxçıvanda 110-illiyinin təntənəli şəkildə qeyd edilmiş, ev-muzeyi yenidən qurulmuş, məzarı üzərində məqbərəsi yaradılmışdır. Səməd Vurğun şeirlərinin vurğunu olan Ulu Öndər “Azərbaycan” şeirinə dəyər vermiş, nitqlərində, məruzələrində şeirin misraları ilə sadə və səmimi xarakterinin duyğusal notlarına köklənmişdir. Bu şeiri söyləyərkən Ulu Öndərin əvəzsiz Vətənpərvərliyi, Azərbaycana və azərbaycan xalqına sevgisi gözlərimiz qarşısından çəkilmir. Azərbaycan kəlməsinin onun damarlarından, qanından, canından keçdiyi xatirələrimizdən silinmir:

El bilir ki, sən mənimən,

Yurdum, yuvam, məskənimsən,

Anam doğma Vətənimsən!

Ayrılarmı könül candan?

Azərbaycan, Azərbaycan !

(S.Vurğun)

Bəli, Könül candan ayrılmaz və ayrılmadı! Ulu Öndər Heydər Əliyevin Ədəbiyyata sevgisi və verdiyi dəyər onun Azərbaycan Ədəbiyyatında ədəbiyaşar obrazının yaaranmasına səbəb oldu. Cismani yoxluğu Onun bütün sahələrdə olduğu kimi Ədəbiyyatımızın da səhifələrində yaşamasına, izinin, sözünün əbədi olmasına çevrildi.

Mərziyyə Nəcəfova

YAP Yasama rayonu AMEA Ədbiyyat İnstitutu üzrə

ərazi partiya təşkilatının sədri

Digər xəbərlər