Ulu Öndər Heydər Əliyevi yazıçılara bağlayan başlıca tel - doğma xalqına olan sədaqəti, həyatı boyu milləti yolunda, Azərbaycan naminə çalışması idi. O, bu etibarı xalqının, vətəninin parlaq sabahına sarsılmaz inamıyla qazanmışdı.Ulu Öndər Heydər Əliyevin ədəbi mühitlə əlaqələrinin ən fəal və parlaq dövrü (1993-2003) müstəqillik illəridir. Bu, Ümummilli liderin özünü həyatda, fəaliyyətində, xalqı və milləti qarşısında, o cümlədən ədəbi-mədəni aləmdə ən azad, sərbəst, yaradıcı, zəngin, dahiyanə miqyasda mükəmməl hiss elədiyi illərdir. Bu dövrdə Ulu Öndərin qəlbi, fikri, düşüncəsi birbaşa xalqla, milli toplumla, ziyalılarla, cəmiyyətin düşünən kəsimi ilə birgə döyünür, yaradıcı və qurucu əməllərində gerçəkləşir, intişar tapır.Ulu Öndər uzaqgörən, müdrik sələflərinin yolunu davam etdirərək, müstəqil Azərbaycan dövlətinin başçısı kimi həmin mədəniyyət kontekstinin inkişafına rəvac vermişdir. Böyük Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubileyinin 1994-1996-cı illərdə Bakıda, Türkiyədə, İraqda, Moskvada, Parisdə, "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyinin 1997-2000-ci illərdə Bakıda, Türkiyədə, Drezdendə, Parisdə YUNESKO səviyyəsində geniş qeyd olunması bundan xəbər verirdi. Məhz Ulu Öndərin müdrik siyasəti müstəqillik illəri Azərbaycan ədəbiyyatı və mədəniyyətinə tarixi kontekstlərini bərpa etməyə şans verdi. Türk xalqlarını bir araya gətirən Türksoy yarandı.Klassiklərə hər yeni qayıdış ilk əvvəl Heydər Əliyevin özünün yaradıcılıq dühasına böyük enerji verir və bu tükənməz qüvvəni o, xalqı ilə bölüşür, topluma ötürürdü. Məhəmməd Füzulinin beş əsrlik şöhrəti və qüdrəti haqqında deyirdi: "Məhəmməd Füzulinin 500 illik yubileyi üç ildir ki, Azərbaycanın hər bir guşəsini fəth edibdir və dünyanı dolaşır... Məhəmməd Füzulinin yaradıcılığı, əsərləri, ədəbi irsi dünya mədəniyyətinə böyük töhfələr vermişdir, dünya mədəniyyətini zənginləşdirmişdir. Məhəmməd Füzuli 40 illik yaradıcılıq dövründə 500 il daim yaşayan böyük əsərlər yaratmışdır. O, Azərbaycan şeirinin, Şərq şeirinin ən yüksək zirvəsinə çatmış və onun yaratdığı şeirlər, onun poeziyası, poemaları, qəzəlləri, qəsidələri, rübailəri 500 ildir insanlara böyük mənəvi ruh verir.Digər tərəfdən Ümummilli lider özü də dahilərə məxsus bir keyfiyyətlə Nizamidən, Xaqanidən, Nəsimidən, Füzulidən və onlarla digər sələflərindən əxz etdiyi, öyrəndiyi dərsləri XX əsrdə, bu gün, çağdaşlıqda davam etdirir, dahilərin yolunu gedir. Dərin məsuliyyət hissi, ictimai borc, tarixi cavabdehlik - Heydər Əliyevin xalqının mənəvi irsinə, sərvətinə, ədəbiyyat və sənətinə qarşı münasibətində də özünü göstərən üstün keyfiyyətdir. Azərbaycan yazıçılarının X qurultayında Ulu Öndər belə deyirdi: "Ancaq, eyni zamanda, 1969-cu ildən tale mənim üzərimə böyük bir vəzifə, böyük bir məsuliyyət qoymuşdur.görkəmli dövlət xadimi Heydər Əliyevin də xüsusi rəğbət bəslədiyi yazıçı və şairlər, ayrıca fərqləndirdiyi, üstünlük verdiyi bədii əsərlər olmuşdur. Müsahibələri və çıxışlarında aydın olur ki, Heydər Əliyev dram əsərləri içərisində Cəlil Məmmədquluzadənin "Ölülər" tragikomediyasına, şairlərdən Xalq şairi Səməd Vurğunun "Azərbaycan" şeirinə, poema baxımından Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam" poemasına, milli mətbuat sırasından "Molla Nəsrəddin" jurnalına, opera üzrə Üzeyir bəy Hacıbəylinin "Koroğlu"suna, mənzum faciələrdən Hüseyn Cavidin "İblis" əsərinə... xüsusi önəm verdiyini nəzərə çarpdırmışdır. Bütün məqamlarda Heydər Əliyevin bədii ədəbiyyata münasibətdə şəxsi maraqları ilə dövlətçilik düşüncəsinin üst-üstə düşdüyü, bir-birini tamamladığı aşkar müşahidə olunur.
Nicat İsmayılov
YAP Yasamal rayon "Akim Abbasov 73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri