Ədəbiyyata, elmə, mədəniyyətə qayğı, diqqət həmişə olmalıdır.
Ümummilli lider Heydər Əliyev
Ziyalı şəxs həmişə öz maraqlarını ictimai maraqlara qurban verə bilən şəxsdir, ən çətin gündə belə xalqın yanında ola bilən şəxsdir. Ziyalı olmaq tək savadlı olmaq deyil, həm də millətini, Vətənini sevən, vicdanlı, insaflı şəxsdir. Ziyalı xalqın səsini dünyaya çatdırandır. İstər mədəniyyət, istər elm, istərsə də siyasət sahəsində. Ziyalıların söylədikləri fikir gənclərimizə yol göstərən mayak olmusdur. Ümummilli lider Heydər Əliyev ziyalılarımıza həmişə dəstək olmuşdur. Ziyalısız cəmiyyət sağlam camiyyət ola bilməz, ziyalısız cəmiyyətə sağlam düşüncəli şəxsiyyət də yetişə bilməz.Keçmişə nəzər salsaq görərik ki, bizim Nizami, Fizüli, Nəsimi kimi şairlərin şeirlərində deyilən fikirlər indi də dillərdə əzbərdir və belə də davam edəcək. Deyilən hikmətli sözlər şəxs formalaşdırır, cəmiyyətə, həyata, dünyaya baxışı dəyişir.1993-cü ilin iyununda xalqın istəyi ilə Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması Azərbaycan mədəniyyətinə, mətbuatına, elminə və digər sahələrə yeni həfəs verdi. Təhsil işçiləri, ziyalılar dövlətin yüksək qayğısı ilə əhatə olundular.21 sentyabr 1993-cü ildə Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikası Elmlər Akademiyasında ziyalılarla görüş keçirdi. Bu görüşdə Heydər Əliyev demişdir: “Biz Nizamidən, Füzulidən danışarkən onları təkcə şair kimi deyil, böyük filosoflar kimi, dünyaya, dünya mədəniyyətinə, elminə böyük töhfələr vermiş mütəfəkkirlər kimi tanıtmalıyıq. Məhz Azərbaycan xalqına mənsub olan Nəsimi kimi nadir bir şəxsiyyəti dünya ictimaiyyətinə, elminə, dünya mədəniyyətinə tanıtmaq, şübhəsiz ki, xalqımızın hörmətini qaldırmaq deməkdir” (21 sentyabr 1993-cü il). Hələ birinci hakimiyyət dövründə Heydər Əliyev SSRI-in siyasəti çərçivəsində Azərbaycanın xarici aləmdə elmi-texniki, iqtisadi və mədəni əlaqələri yaradı. Bakıda bir sıra tədbirlər keçirilirdi ki, bunun sayəsində SSRI respublikalar və digər xarici ölkələrdə Azərbaycanın mədəniyyət və incəsənət günləri keçirilirdi. Bunun zamində xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqə qurulur və Azərbaycan xalqı digər xarici ölkələrdə tanılırdı. Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə Azərbaycan dili diqqət mərkəzində olur. Mədəniyyət siyasəti o dövrdən başlandı və indi də davam edir. Azərbaycan klassiklərin ittifaq səviyyəsində yubileylərin keçirilməsi, Azərbaycan mədəniyyətin tanınması, Azərbaycan dilinin geniş tətbiqi, Azərbaycanın elm, ədəbi və mədəni sahələrində ön mövqeyə çıxması Heydər Əliyevin adı ilə bağlıdır.
Nizami Gəncəvinin 1981-ci ildə keçirilən 840 illik yubiley mərasimi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Kremlin daha yüksək məmurlarının “800-850 illik olsa, keçirmək olar” deyərək yubileyin keçirilməsinə etirazlarını bildirsələrdə Heydər Əliyev “Nizami elə böyük dahidir ki, biz onu hər il keçirməliyik” deyərək yubileyin keçirilməsinə nail olub (“Nizami Gəncəvi irsinin öyrənilməsi və təbliğində Ümummilli liderimiz Heydər Əliyevin rolu” adlı nəşr). “Ümummilli Lider Heydər Əliyev sərəncamı və rəhbərliyi ilə keçirilən 1999-cu ildə “Kitabi-Dədə Qorqurd” dastanının 1300 illiyi üzrə təşkil olunmuş iclasda demişdir “Biz keçmiş zamanlarda böyük minnətdarlıq hissi ilə qeyd edirik ki, İkinci Dünya müharibəsi gedən zaman Leninqrad blokadada olduğu dövrdə orada Nizaminin 800 illik yübilüyi keçirilmişdir. Bu tarixdir, həqiqətdir. Biz indi müstəqil dövlətik. Müstəqil dövlət kimi xalqımızın milli köklərini, tarixini, qədim mədəniyyətini, böyüklüyünü öz vətəndaşlarımıza da, bütün dünyaya da göstərməliyik, təbliğ etməliyik ”
Heydər Əliyev Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illiyi ilə əlaqədar yubiley üzrə dövlət komissiyasının iclasında "Füzuli azərbaycanlıdır, Azərbaycan köklüdür, onun yaradıcılığı Azərbaycan ədəbiyyatı və mədəniyyətinin bəhrəsidir” demişdir (1 avqust 1994-cü il).Təbii ki, Ulu Öndərimiz Azərbaycan rəssamlarına, bəstəkarlarına, mədəniyyət xadimlərinə diqqətlə yanaşırdı. Türkiyə Böyük Millət Məclisində Heydər Əliyev öz çıxışında demişdir:“XX əsrdə Azərbaycan dünya mədəniyyətinə, dünya elminə böyük töhfələr vermişdir. Bizim böyük alimlər, yazıçılar, şairlər, memarlar, rəssamlar, bəstəkarlar, musiqiçilər həm Azərbaycan xalqının elmini, mədəniyyətini, təhsilini zənginləşdirmiş, həm də bütün dünya mədəniyyətinə, elminə böyük töhfələr vermişlər” (9 fevral 1994-cü il). Böyük dirijor və bəstəkar Niyazinin “Azərbaycan xalqı qarşısında Niyazinin əvəzsiz xidmətləri vardır. O, Azərbaycan professional musiqisinin yaranmasında və inkişafında böyük səylər göstərmiş və bu xidmətləri xalqımız heç vaxt unutmayacaqdır”(18 sentyabr 1994-cü il), Böyük Azərbaycan rəssamı Səttar Bəhlulzadənin anadan olmasının 85 illiyinə həsr olunmuş sərginin açılışında “Səttar Bəhlulzadənin yaradıcılığı bizim üçün mənəviyyat mənbəyidir. Xalqımızın mədəniyyətinin, rəssamlıq məktəbinin professional səviyyəsinin nə qədər yüksək olduğunu bütün dünyaya göstərir. Eyni zamanda xalqımızın rəssamlıq məktəbinin yeni, orijinal üslubda əsərlər yaratmağa qadir olduğunu sübut edir. Bu bizim fəxrimizdir. Bu, xalqımızın gələcəyi üçün, mədəniyyətimizin inkişafı üçün böyük bir əsasdır”(17 dekabr 1994-cü il) söylədikləri fikirlər bir daha Ulu Öndərin mədəniyyət sahəsinə olan diqqəti göstərir. eydər Əliyev bütün sahələrdə elmi qüvvələr potensialının vacibliyini vurğulayırdı. Ziyalıların, alımlərin cəmiyyətdə necə böyük rol oynadığını, onlar tərəfindən söylənilər hər bir kəlam gəclərimizin cəmiyyətdə şəxsiyyət kimi formalaşmasında təsiri hər zaman qeyd edirdi.
Şəhla Xəlilova
YAP Yasamal rayon AMEA Fizika İnstitutu üzrə ərazi partiya təşkilatının sədri