PDF Oxu

Siyasət

  • 1 818

“Azərbaycan Rusiya üçün ideal müttəfiqdir”

“Azərbaycan Rusiya üçün ideal müttəfiqdir”

“Biz bütün planetin qlobal dəyişikliklərə məruz qaldığı, çox çətin zamanda yaşayırıq. Dördüncü Sənaye İnqilabı yeni texnologiyalara keçidi sürətləndirib, deqloballaşma prosesində isə yeni makroregionlar formalaşır. Bir çox ölkələr, eyni zamanda, suverenliyini qoruyub saxlamaqla sürətlə dəyişən dünyada tutduğu yerləri dərk etmək istəyirlər. Forumun “Suveren inkişaf ədalətli dünyanın əsasıdır” şüarı isə bunu göstərir.” Bu fikirləri Dövlət Dumasının deputatı Dmitri Savelyev AZƏRTAC-a müsahibəsində bildirib. “Sizin qeyd etdiyiniz geosiyasi proseslər fonunda Azərbaycan və onun forumun işində iştirakı hansı əhəmiyyət kəsb edir?” sualını cavablandıran D.Savelyev bildirib ki, effektiv və etibarlı tərəfdaş nüfuzuna malik Azərbaycan Rusiya üçün ideal müttəfiqdir:

“Birincisi, bu, azərbaycanlıların özləri üçün maraqlıdır, çünki forum çərçivəsində Azərbaycana gəlir gətirən iri kontraktlar bağlanır. İkincisi, Qərb tərəfindən Rusiyanın ticari-iqtisadi və nəqliyyat blokadalarını təşkil etmək cəhdləri fonunda Xəzər regionu və Cənubi Qafqaz enerji və nəqliyyat dəhlizləri kimi bizim üçün çox böyük əhəmiyyət kəsb edir. İri nəqliyyat və enerji qovşağı olan, effektiv və etibarlı tərəfdaş nüfuzuna malik Azərbaycan Rusiya üçün ideal müttəfiqdir, çünki bizim dövlətlərarası münasibətlərimiz zamanın sınağından şərəflə çıxıb. Məhz buna görə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı məsələlərinin müzakirə edilməsi forumun əsas hadisələrindən biri oldu.”

Mətləb

Digər xəbərlər