PDF Oxu

Siyasət

  • 1 831

Ulu Öndər Heydər Əliyev dövlətin və millətin taleyinin xilaskarıdır ŞƏRH

Ulu Öndər Heydər Əliyev dövlətin və millətin taleyinin xilaskarıdır ŞƏRH

Bildiyimiz kimi, ölkəmiz 1991-ci ildə müstəqilliyini yenidən bərpa etsə də, bir çox problemlərlə üz-üzə idi. Müstəqilliyimizin bərpasından sonra ilk iki il ayrı-ayrı xarici qüvvələrin mübarizə meydanına çevrilən, ciddi sosial, iqtisadi problemlərin cərəyan etdiyi Azərbaycan bərpa etdiyi müstəqilliyi yenidən itirmək təhlükəsi qarşısında idi. Vəziyyət artıq o yerə çatmışdı ki, ölkənin bir sıra ərazilərində - Gəncədə, Lənkəranda, Qusarda və digər regionlarda qanunsuz silahlı birləşmələr bölücü iddialarla çıxış edərək mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər. Məhz 1993-cü ilin 4 iyun hadisələri də belə bir şəraitdə baş verdi. AXC-Müsavat cütlüyünün səriştəsizliyi ucbatından Gəncədə qardaş qanı töküldü. Belə bir vaxtda xalqın təkidli tələbi və xahişi ilə Heydər Əliyevin Bakıya gəlişi Respublika əhalisində gələcəyə böyük ümidlər yaratdı.

Tezliklə Milli Məclisdə Gəncə hadisələrinə hüquqi-siyasi qiymət verildi. Qardaş qırğınına meydan açanlar öz layiqli cəzalarını aldılar. 1993-cü il iyunun 15-də Heydər Əliyev ölkənin ali qanunvericilik orqanı olan Ali Sovetin sədri seçildi. Həmi gün Ulu Öndər çıxış edərək tarixi nitqini söylədi: "Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm".

Artıq ölkənin xaosa, anarxiyaya sürükləndiyini görən o zamankı hakimiyyət Bakı şəhərini tərk etmək qərarına gəldikdən sonra həmin ilin 24 iyun tarixində prezident səlahiyyətləri Ali Sovetin sədri, ümummilli lider Heydər Əliyevə verildi: “Məhz Ali Sovetin sədri Heydər Əliyevin 1993-cü il 24 iyunda Prezident səlahiyyətlərinin icra etməyə başlaması ilə ölkədə yeni idarəçilik mühiti, eləcə də ictimai-siyasi sabitlik hökm sürməyə başladı. Ulu öndər Heydər Əliyev gecə-gündüz bilmədən Azərbaycan dövlətçiliyini qorumağa, ölkəmizin başını almış qara buludları dağıtmağa başladı. Beləliklə, dahi şəxsiyyətin idarəçilik bacarığı, əzmkarlığı və qətiyyəti sayəsində qısa zaman ərzində mühüm dəyişikliklərə nail olundu. Ulu Öndər Heydər Əliyev dövlətin xilaskarı olmaqla yanaşı, həm də millətinin taleyinin xilaskarıdır. Heydər Əliyev Azərbaycanı parçalanmaq təhlükəsi və tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxardı. Ölkədə hökm sürən xaotik və anarxik meyillərin neytrallaşdırılmasında və ictimai-siyasi sabitliyin əldə edilməsində Ümummilli Lider Heydər Əliyevin liderlik keyfiyyətləri birinci dərəcəli amil kimi xüsusi rol oynadı. Heydər Əliyev Azərbaycan xalqının xilaskarı olmasını ölkəmizin müstəqilliyini qoruyub saxlamaqla və yeni inkişaf üfüqləri açmaqla sübut etdi. Məhz bütün bunların qanunauyğun nəticəsi idi ki, 1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərində xalqın yüksək etimadı və səs çoxluğu ilə Azərbaycan respublikasının prezidenti seçilən ümummilli lider Heydər Əliyev milli maraqlara əsaslanan fəaliyyəti ilə ölkədə milli həmrəyliyi və inkişafı təmin etdi. Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının talan olunmasına son qoyuldu. Ən əsası, nizami ordu yaradıldı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verilməsi, ilk parlament seçkilərinin keçirilməsi, referendum yolu ilə Konstitusiyanın qəbul edilməsi, neft kantraktlarının imzalanması, Azərbaycanın iqtisadi dirçəlişinin əsasının qoyulması, Azərbaycanın dünya birliyinə inteqrasiyası prosesinə başlanması və dövlətimizin tərəqqi yolunda inamla irəliləməsini təmin etdi.

Gündüz Alıkişiyev

YAP Tərtər rayon təşkilatında məsləhətçi

Digər xəbərlər