PDF Oxu

Siyasət

  • 2 000

Heydər Əliyev fenomeni və milli mədəniyyətimiz ŞƏRH

Heydər Əliyev fenomeni və milli mədəniyyətimiz ŞƏRH

Azərbaycanın Ulu Öndər Heydər Əliyevin çoxsahəli fəaliyyətinin və milli dövlətçilik təfəkkürünün təbliği məqsədilə qeyd edilir. Ulu Öndərin tematik sitatları ilə bağlı müxtəlif tədbirlər keçirilir. Milli dövlətçilik anlayışı və müstəqillik məsələlərinə verdiyi önəm, öz torpaqlarının və hüquqlarının sahibi olmaq arzusu Heydər Əliyevin nitq və müsahibələrindəseçilmiş sitatlarla əks olunur. 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam oldu. Cənab Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında imzaladığı mühüm Sərəncam dahi şəxsiyyətin 100 illik yubileyinə ən böyük töhfədir. Bu Sərəncam eyni zamanda, xalqımızın dahi rəhbərinə olan sonsuz hörmət və ehtiramını, sevgisini bir daha çatdırmaq, Ulu Öndərin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərini gələcək nəsillərə ötürmək üçün bizlərə geniş imkan yaradır. Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixinin yetişdirdiyi ən nadir şəxsiyyətlərdən biridir. Özünün natiqlik məharəti, siyasi iradəsi, güclü dövlətçilik, çevik idarəetmə bacarığı ilə xalqının qəlbinə yol tapmağı bacarmışdır.

Azərbaycan mədəniyyətinin yorulmaz himayədarı olan ümummilli lider Heydər Əliyevin musiqi mədəniyyətimizin sütunu, dünya şöhrətli dahi bəstəkar, musiqişünas, publisist, dramaturq, filosof, pedaqoq, alim, akademik, ictimai xadim Üzeyir bəy Hacıbəyliyə xüsusi sevgisi və rəğbəti vardı. O, mədəniyyət və incəsənətlə, mətbuatla bağlı çıxışlarında hökmən Ü. Hacıbəylinin adını çəkər, ondan sitatlar gətirərdi. Hətta ulu öndər tərəfindən 18 iyun 2001-ci il tarixli "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" imzalanmış fərmanda da ana dilinin qorunmasında, tədrisində, inkişafında xüsusi xidmətləri olan qabaqcıl maarifçilər, ziyalılar arasında Üzeyir bəy Hacıbəylinin adı iki dəfə çəkilmişdir.

Dövlət xadimi Heydər Əliyev keçən əsrin 70-ci illərindən başlayaraq Bakıda, həmçinin digər şəhərlərdə görkəmli, dahi şəxsiyyətlərin ev muzeylərinin açılmasına göstəriş vermişdir. Dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin ev-muzeyinin açılması da məhz həmin dövrə təsadüf etmişdir. Bu məbədin yaranması ümummilli liderin adı ilə bağlıdır. Üzeyir bəy Hacıbəyli irsini dərindən bilən, bütün söhbətlərində, çıxışlarında dahi sənətkarın bənzərsiz dühasından söz açan ümummilli liderimizə jurnalistlər sual verəndə ki, "sizin ən sevimli bəstəkarınız kimdir?" Heydər Əliyev tərəddüd etmədən "Üzeyir Hacıbəyov "- demişdir. "Üzeyir Hacıbəyov fövqəladə fitri istedadı, böyük fədakarlığı, mükəmməl təhsili, elmi, vətənpərvərliyi, ictimai-siyasi fəaliyyəti ilə xalqımızın böyük şəxsiyyətlərindən biri olmuş, dünya korifeylərinin ön sırasında duran, Azərbaycanı təmsil edən görkəmli şəxsiyyət olmuşdur ", - deyən ulu öndər böyük sənətkara tükənməz məhəbbətini izhar edərək, daha sonra qeyd etmişdir ki, "...dahi Üzeyir bəy Hacıbəyovun xatirəsi qarşısında baş əyirəm. Bütün Azərbaycan xalqı bu gün Üzeyir Hacıbəyovun xatirəsi qarşısında baş əyir. Mən onun xatirəsinə hörmət və ehtiramımı bildirərək, bu gün bir daha xalqımızı birliyə dəvət edirəm. Üzeyir Hacıbəyov irsinin yaşaması naminə, mədəniyyətimizin, mənəviyyatımızın yaşaması naminə sizin hamınızı şücaətə, qəhrəmanlığa, vətənpərvərliyə dəvət edirəm".Ulu Öndər Heydər Əliyev dövlət idarə edərkən həmişə xalqına arxalanan bir rəhbər idi.Onun ürəyi həmişə xalqı ilə birgə döyünürdü.Dahi şəxsiyyət xalqdan güc alırdı .Onun Azərbaycana rəhbərliyi dövründə Azərbaycanın dünya dövlətləri arasınadakı nüfuzu, siyasi və iqtisadi yüksəlişi bunu deməyə əsas verir.

Bu gün xalq olaraq qürurla deyə bilərik ki, Heydər Əliyev Azərbaycan dövlətçilik tarixinin tamamilə yeni bir mərhələsini yaratmış böyük siyasətçi və tarixi şəxsiyyətdir. Ümummilli ideologiyamız kimi səciyyələndirilə biləcək azərbaycançılıq ideologiyasının müəllifi olan Ulu Öndər Heydər Əliyev qadirbilən xalqımızın qəlbində əbədi yaşayacaq.

Elşən Səfərov

YAP Ağcabədi rayon təşkilatının məsul əməkdaşı

Digər xəbərlər