PDF Oxu

Siyasət

  • 2 912

Tofiq Yaqublu Sorosun təsirindən çıxa bilmir TƏHLİL

image

Çox nadir rast gəlinən hallardandır ki, doğulub boya-başa çatdığın vətəninə sonradan düşmən kəsiləsən. Sual yarana bilər ki, insan da öz xalqına və dövlətinə qarşı qərəzli mövqedə dayana bilərmi? Təəssüf hissi ilə qeyd etmək olar ki, belələri var. Sadəcə, Azərbaycan müxalifətinin fəaliyyətinə, yanaşmalarına, dövlət və xalq əleyhinə yönələn açıqlamalarına nəzər yetirdikdə suallara cavab tapmaq mümkündür. Müxalifətin dağıdıcı qanadının aparıcı simasızları olan Əli Kərimli, Cəmil Həsənli, Tofiq Yaqublu, Arif Hacılı və digərləri xaricdən maddi və mənəvi cəhətdən daha çox asılı olduqlarından Azərbaycanın uğurlarına, əldə etdiyi hərbi, siyasi qələbələrə qısqanclıqla yanaşırlar. Yəni, regional və beynəlxalq miqyaslı uğurları artdıqca müxalif ünsürlərin narahatlığı da artır. Hər vəchlə uğurlara kölgə salmaq üçün dəridən-qabıqdan çıxırlar, bütün mümkün vasitə və üsullardan istifadə edirlər. Lakin uğursuzluqlara düçar olurlar. Onlara tutarlı cavabı elə xalq verib. Millətimiz müxalif ünsürlərin dövlət, dövlətçilik, milli maraqların əleyhinə yönələn mövqeyini ifşa ediblər. Bu da ondan irəli gəlir ki, xalq dağıdıcı müxalifətin kim olduğunu, nəyə qadir olduğunu yaxşı bilir. 1990-1993-cü illərdə AXC- Müsavat iqtidarının səriştəsiz təmsilçiləri Azərbaycan xalqının üzləşdiyi faciələrin yaşanmasında, siyasi alver predmeti olaraq ərazilərimizin hərraca qoyulmasında bilavasitə iştirak ediblər. Məhz indiki müxalifətin yarıtmazlığı səbəbindən o zaman Azərbaycan xaos, anarxiya girdabına, cinayətkarlığın meydan suladığı məkana çevrildi. Bundan istifadə edən erməni terrorçu dəstələri ardıcıl olaraq torpaqlarımızı işğal etdi.

Xalq müxalifəti arxivə göndərdi

Nəhayət, xalq bu özbaşınalığa son qoydu və torpaqlarımızı hərraca çıxaran, ölkədə özbaşınalıqlar yaradan hakimiyyət hərislərini tarixin zibilliyinə atdı. Ulu Öndərimiz Heydər Əliyevin xalqın çağırışı ilə hakimiyyətə gəlişi ilə Azərbaycan sabitlik adasına çevrildi, sosial, iqtisadi yüksəlişə nail olundu, bir sözlə Azərbaycan dövləti çiçəklənən, güclü, qüdrətli dövlətə çevrildi. Təbii ki, bundan ən çox narahatlıq keçirən Ermənistan, xaricdəki erməni lobbisi və Azərbaycanın dirçəlməkdə olan müxalifəti oldu. Ulu Öndərimiz Heydər Əliyevin ən layiqli siyasi varisi, Cənab İlham Əliyevin 2003-cü ildən Prezident seçilməsindən sonra Azərbaycanın gücü daha da artmağa başladı. Məhz bu gücün nəticəsi olaraq 44 günlük Vətən Müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə yekunlaşdı. 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanat Ermənistanın kapitulyasiyası oldu. Bu gün qələbələrimiz keçmiş qaçqın və məcburi köçkünlərimizin öz doğma yurd-yuvalarına qayıdışları ilə davam etməkdədir. Yenə də dağıdıcı müxalifət ənənəvi amplualarına uyğun olaraq çıxış edir, böyük zəfərə kölgə salmağa çalışırlar. Utanıb-çəkinmədən bir qədər də dərinə gedərək Ermənistandakı revanşistlərlə həmrəylik nümayiş etdirirlər. T.Yaqublu adlı “Sorosun uşaqları” siyahısında əsas şəxslərdən olan şizofrenik xəstə demək olar ki, hər gün sosial şəbəkələrdə xalqın heysiyyatına toxunan statuslar paylaşır. Bu məxluq gah yazır ki, “ermənilərlə qardaş olmaq üçün güzəştlərə gedilməlir”, gah da yazır ki, “Zəngəzur dəhlizinin açılmasına ehtiyac yoxdur”. Gədəbəyin Söyüdlü kəndində baş verən məlum hadisələrdən sonra T.Yaqublu digər əqidə dostları kimi hər cür sərsəm və əxlaqsız ifadələr söyləyir. Heç məsələyə dəxli olmadan statusunda yazır ki, ekofəalların Laçın-Şuşa yolunda etiraz aksiya keçirməsinə ehtiyac yox idi. Bu gerizəkalı hələ də anlamır ki, qeyri-hökumət təşkilatlarını təmsil edən bir qrup Azərbaycan ekoloqunun Laçın-Şuşa yolunda etiraz aksiyası keçirmələri ilə Xankəndidəki separatçılara Ermənistandan daşınan silah-sursatın qarşısı alınmışdır. Digər tərəfdən, aksiya iştirakçılarının səyi nəticəsində Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağında qanunsuz istismarın qarşısı alınmışdır. “Xırda uğur, böyük qələbələrə yol açıır” prinsipinə uyğun olaraq Laçın-Şuşa yolunda etiraz aksiyasının keçirilməsi və ölkə Prezidenti Cənab İlham Əliyevin prinsipial və qətiyyətli siyasəti nəticəsində Xankəndi-Laçın yolunun başlanğıcında, Ermənistanla şərti sərhəddə sərhəd- keçid məntəqəsi quruldu. Artıq Dövlət Sərhəd Xidmətinin qüvvələri və Kömrük Komitəsinin əməkdaşları sərhəd-keçid məntəqsindən mülki əhalinin və yüklərin giriş çıxışına nəzarət edirlər. Bu kimi uğurları T.Yaqublu görmürsə, deməli, ağlında probemlər yaranıb, ya da ki, xarici ağaları onu bu kimi nailiyyətləri görməməyə təşviq edirlər.

Tofiq Yaqublunun həbsxana həyatından sonra başında sapmalar yaranıb

T.Yaqublu böyük rəisi Ə.Kərimli kimi iddia edir ki, Gədəbəyin Söyüdlü kəndində keçirilən qanunsuz aksiya zamanı polis qanuni vəzifəsini icra etməməli idi. Ağılsız düşüncəsinə görə, polis bir qrup kənd sakininə imkan yaratmalı idi ki, şirkət əməkdaşlarına daşlarla xəsarətlər yetirsin və ərazidəki texnikanı yararsız vəziyyətə salınsınlar. Bu məxluq görən pul-para aldığı Avropadakı polisin soydaşlarına qarşı törətdiyi vəhşiliklərdən xəbərsizdirmi? Həbsxana həyatından sonra başında sapmalar baş veridiyi üçün T.Yaqublunun diqqətinə çatdırmaq istərdim ki, Avrpada və ABŞ-da polis küçəyə çıxıb aksiya keçirən insanları gülləbaran edir, atların ayaqları altına alıb tapdalayır, su şırnaqları ilə zərərsizləşdirir, dubunka ilə döyüb, xəstəxanalıq edir. Azərbaycan hüquqi dövlətdir. Avropadan, ABŞ-dan fərli olaraq ölkəmizdə polis-vətəndaş münasibətləri səmimi, mehriban davranışlara əsaslanır. Əgər Gədəbəyin Söyüdlü kəndində polis tərəfində xırda bir yanlışlığa yol verilibsə, təbii ki, ona hüquqi qiymət veriləcək. Artıq bu barədə Daxili İşlər Nazirliyi də öz mövqeyini bildirib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, baş verən hadisə ilə bağlı xidməti yoxlama aparılır: “Kənd sakinlərinə dəfələrlə xəbərdarlıq edilməsinə, izahedici söhbətlər aparılmasına baxmayaraq, onlar qeyd olunan əraziyə toplaşıblar. Onlar polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq daşla, küt alətlərlə bir neçə fəhləyə xəsarət yetirib və polis əməkdaşlarına qarşı müqavimət göstərməyə cəhd ediblər. Görülmüş tədbirlərlə qanunsuz aksiyanın iştirakçıları ərazidən uzaqlaşdırılıblar. O ki qaldı videogörüntülərdə polis əməkdaşının qadınlardan birinə gözyaşardıcı qaz tətbiq etməsi ilə əlaqədar Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşı Gədəbəy rayonuna ezam olunub. Həmin fakt üzrə xidməti yoxlama aparılır. Xidməti yoxlamanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcəkdir”.

Bir sözlə, dövlət vətəndaşların səhvlər etmələrinə və yanlış hərəkətlərə yol vermələrinə baxmayaq humanist və xeyirxah davranış nümayiş etdirir. Bu arada Gədəbəyin yerli qurum rəhbərləri, o cümlədən də rayonun icra hakimiyyətinin başçısı kənd sakinləri ilə sıx söhbətlər aparır, maarifləndirici müzakirələr qurur. Eyni zamanda, Söyüdlü kənd ərazisindəki vəziyyətin öyrənilməsi və həlli ilə bağlı Baş Nazir Əli Əsədovun imzaladığı sərəncamla komissiya yaradılıb. Yəqin ki, problem həllini tapacaq. Bu halda T.Yaqublu kimilərin arzuları yenə də ürəklərində qalacaq.

İ.ƏLİYEV

Digər xəbərlər