PDF Oxu

Siyasət

  • 2 055

“Ümummilli Lider və milli səhiyyənin inkişafı” FOTOLAR

“Ümummilli Lider və milli səhiyyənin inkişafı” FOTOLAR

Nəsimi rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının təşkilatçılığı ilə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında Səhiyyə işçiləri günü münasibətilə “Ümummilli lider və milli səhiyyənin inkişafı” mövzusunda tədbir keçirilib. Tədbirdə Nəsimi rayon ərazisində yerləşən səhiyyə müəssisələrinin rəhbərləri və səhiyyə işçiləri iştirak etdilər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Azərbaycan səhiyyəsinin inkişafı ilə bağlı hazırlanmış sənədli film nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının baş həkimi Fariz Camalov bildirib ki, Azərbayan səhiyyəsi müasir inkişaf etmiş dünya səhiyyəsi standartlarına uyğun kadrlarla, hər cür avadanlıqlarla, yüksək keyfiyyətə malik maddi-texniki baza ilə təmin olunmuşdur. Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov səhiyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara ən xoş arzularını bildirərək şərəfli işlərində uğurlar arzulayaraq, Ümummilli Liderin 2001-ci ildə imzaladığı Sərəncamla Səhiyyə İşçiləri Gününün təsis edilməsi onun həkimlik sənətinə münasibətini, tibb işçilərinin zəhmətinə yüksək dəyər verməsi və səhiyyə sahəsinə olan dövlət qayğısından, görülən işlərdən geniş şəkildə danışıb. Daha sonra Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov Ulu öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səhiyyəyə göstərdiyi diqqət və qayğısından danışıb.
Sonra həkimlərə hədiyyələr və gül dəstələri təqdim edilib. Tədbir konsert proqramı ilə davam etdirilib.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər