PDF Oxu

Siyasət

  • 1 950

Ərəb mediası Ermənistanın növbəti ekoloji təxribatından yazır

Ərəb mediası Ermənistanın növbəti ekoloji təxribatından yazır

Misir, Səudiyyə Ərəbistanı, Livan, İraq, İordaniya, Əlcəzair və Suriya mətbuatı ərəb ölkələrindəki Azərbaycan icmasının Ermənistanın Azərbaycanla sərhəddə metallurgiya zavodu tikməsini kəskin şəkildə pisləyən bəyanatını dərc edib. Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirovun təşkilatçılığı ilə Azərbaycan icmasının adından yayılan bəyanatda ərəb ölkələrində yaşayan soydaşlarımızın bu hadisəni Ermənistanın regionda onsuz da qeyri-sabit ekoloji vəziyyəti gərginləşdirmək niyyətinin bariz sübutu kimi qiymətləndirdiyi vurğulanıb.

Ərəb ölkələri ictimaiyyətinin diqqətinə çatdırılıb ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəddə – Arazdəyən (Yerasx) kəndində Ermənistanın 16 500 kvadratmetr sahədə illik istehsal gücü 180 min ton olan iri metallurgiya zavodu tikməsi ərəb ölkələrində yaşayan Azərbaycan icmasının dərin narahatlığına səbəb olub. Mövcud reallıq Ermənistan tərəfindən beynəlxalq hüquq norma və prinsiplərinin, xüsusilə də BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasının (Espo Konvensiyası) müddəalarının kobud surətdə pozulması kimi dəyərləndirilib. Bəyanatda qeyd olunub ki, həmin müddəalara əsasən, Ermənistan öz ərazisində planlaşdırdığı bu fəaliyyəti Azərbaycanın müvafiq qurumları ilə razılaşdırmalıdır.

Ərəb mediası yazıb ki, Azərbaycan tərəfindən Ermənistanın mütəmadi olaraq beynəlxalq və ekoloji hüquq normalarını pozduğu bir daha xatırladılıb. Metsamor Atom Elektrik Stansiyasının ərazisində yeni nüvə reaktorunun tikintisi planları ilə əlaqədar Azərbaycanın bir müddət öncə qonşu ölkənin Espo Konvensiyasının müddəalarına əməl etmədiyi barədə qərar çıxarılmasına nail olduğu, iri mədən müəssisələri olan Qacaran mis-molibden zavodunun və Qafan filiz emalı kombinatının yüksək kimyəvi tərkibli istehsalat sularının uzun müddət transsərhəd Oxçuçayı intensiv şəkildə çirkləndirməklə Azərbaycanın ekoloji mühitinə ciddi zərər vurduğu kimi faktlar diqqətə çatdırılıb.

Mətləb

Digər xəbərlər