PDF Oxu

Siyasət

  • 2 455

Qurbanlıq üçün hansı heyvanlar kəsilməlidir? - QURUM RƏSMİSİ AÇIQLADI

Qurbanlıq üçün hansı heyvanlar kəsilməlidir? - QURUM RƏSMİSİ AÇIQLADI

“Qarşıdan Qurban bayramı gəlir, bayramın ilk günü iyunun 28-i daxil olur və bayram günləri 28-29 iyundur. Bayram günlərində iqtisadi durumu normal olan insanlar qurban kəsdirərsə, bu dinimizdə bəyənilər. Bu Allahın xoşuna gələn əməldir. Həcc ziyarətində olmayan insanların qurbanlıq etməsi savabdır”. Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev deyib. Onun sözlərinə görə, Vətəndə olub, imkanı yaxşı olan şəxslərin qurban kəsib, yoxsullara paylaması savabdır: “Burada müəyyən şərtlər var ki, onlara əməl olunmalıdır. İlk növbədə Həcdə olan insanların qurban kəsməsi vacib və mütləqdir.Qurban ilk olaraq xırda buynuzlu heyvanlardan kəsilir. Qurbanlıq olaraq kəsilən heyvan sağlam və ətli olmalıdır. Eyni zamanda 8 ayını keçmiş, 1 yaşı olan heyvanlar qurban kəsilməlidir. Qurbanlıq olaraq kəsilən xırdabuynuzlu heyvan hər bir fərd üçün 1 ədəd kəsilməlidir. Yəni bir neçə şəxs birlikdə bir xırdabuynuzlu heyvanı qurbanlıq kəsdirə bilməz. İribuynuzlu heyvanları isə bir neçə nəfər birləşərək qurbanlıq kimi kəsdirə bilər. Bu zaman mütləq heyvanın 1 yaşı olmalı və kəsdirənlərin sayının 7-ni keçməməsi məqsədəuyğundur. Qurbanlıq olaraq dəvə də kəsmək olar və 5 yaşı olmalıdır. Dəvə də təbii ki, şərikli kəsilə bilər.Kəsilən heyvanın əti üç hissəyə bölünməli, bir hissə ailənin özünə, digər iki hissə qohumlardan başlanaraq ehtiyacı olanlara paylanılmalıdır. Eyni zamanda heyvan hissələrə bölünərkən, bütün hissələrinin düzgün bölünməsinə diqqət edilməli, bölgü ədalətli olmalıdır. Qurban kəsdirmək əvəzinə pul verməyi isə dinimiz qəbul etmir”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər