1993-cü il iyunun 9-da müstəqil Azərbaycanın müasir tarixində yeni bir mərhələnin başlanğıcı olan parlaq səhifə açıldı. Bu cür çətin zamanda xalqın yeganə ümidi Ulu öndər Heydər Əliyev idi. Düşmən blokadasında belə Muxtar Respublikanı qorumağı bacaran, Azərbaycanın xilaskarı Heydər Əliyev dövlətin nicat yolu idi. Vətənin bu ağır günündə xalq Azərbaycanın görkəmli oğlu Ulu öndər Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Ümummilli lider Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi, qısa zaman ərzində Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. 1993-cü il iyunun 15-də Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, Azərbaycan bir əsrdə ikinci dəfə müstəqillik əldə etdiyi bir məqamda tarixin təkrarına-müstəqilliyin itirilməsinə yol vermədi. Məhz Ümummilli liderimiz Heydər Əliyev müasir Azərbaycan dövlətinin varlığını qorudu. Bir çağırışla xalqının xilaskarına çevrilən Heydər Əliyev Azərbaycan qarşısında tarixi bir missiyaya imza atdı.
Dövlətçilik tariximizin ən şanlı qürur səhifəsi məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ömrünün böyük hissəsini xalqa, vətənə həsr edən bu dahi şəxsiyyət bu gün ki, müstəqil, demokratik və suveren Azərbaycan dövlətinin şanlı tarix səhifəsini yazdı. Məhz Ulu öndər Heydər Əliyevin fədakarlığı, cəsarəti və uzaqgörənliyi sayəsində dövlətçiliyimiz və müstəqilliyimiz böyük bir fəlakətdən xilas oldu. Xüsusilə qeyd etmək lazımdır ki, Ulu öndər Heydər Əliyevin 1993-cü il 24 iyunda Prezident səlahiyyətlərinin icra etməyə başladığı vaxtdan ölkənin sosial-iqtisadi və siyasi arenasında ciddi irəliləyişlər əladə olunmağa başladı.Dövlətçilik tariximizin ən şanlı qürur səhifəsi məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ömrünün böyük hissəsini xalqa, vətənə həsr edən bu dahi şəxsiyyət bu gün ki, müstəqil, demokratik və suveren Azərbaycan dövlətinin şanlı tarix səhifəsini yazdı.
Elmin Məmmədov
YAP Ağdam rayon təşkilatının əməkdaşı