PDF Oxu

Siyasət

  • 3 843

Pakistan- Azərbaycan əlaqələri yeni inkişaf mərhələsində ŞƏRH

Pakistan- Azərbaycan əlaqələri yeni inkişaf mərhələsində ŞƏRH

XX əsrdən başlayaraq Azərbaycan bir sıra məsələlərdə Pakistanın yanında olmuşdur. Belə ki, Azərbaycanla Pakistan arasında əlaqələr ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndər 1996-cı ildə Pakistanda rəsmi səfərdə olmuşdur və bu görüşdə iki ölkə arasında münasibətlərə xüsusi təkan verən 9 sənəd imzalanmışdır ki, bu da siyasi əlaqələrin hələ XX əsrdən başlayaraq geniş aspektdə inkişaf etdiyini bir daha sübut edir. XX əsrin sonlarında Pakistan Sovet İttifaqının süqutundan sonra müstəqillik əldə edən Azərbaycanı 1991-ci ilin oktyabrında tanıyan ilk üç dövlətdən birincisidir. Azərbaycanla Pakistan arasında diplomatik əlaqələrin əsası 1992-ci ilin iyununda qoyulmuşdur. Bakıda Pakistan səfirliyi 1993-cü ilin martında açılmışdır. Azərbaycan İslamabadda öz diplomatik missiyasına 1997-ci ilin avqustunda başlamışdır. 2017-ci ildə iki ölkə arasında diplomatik əlaqələrin əsasının qoyulmasının gümüş yubileyi də qeyd olunub. Əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə davam etdirilir.

Hər iki dövlət başçıları hər zaman Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Kəşmir problemlərində bir-birilərini dəstəklədiklərini bəyan etmişlər. Ümummilli lider bildirib ki, Pakistan dövləti Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü daim pisləyib, Ermənistanı bir təcavüzkar kimi ittiham edib. Xatırladaq ki, BMT-nin Təhlükəsizlik Şurasında bu məsələ müzakirə edilərkən Pakistanın nümayəndəsi Azərbaycana çox ədalətli münasibət göstərib və yardım etmişdir. Öz növbəsində Azərbaycan Respublikası da həmişə Kəşmir problemi ilə əlaqədar Pakistanın mövqeyini dəstəkləyib və bu gün də dəstəkləyir. İki ölkə arasındakı bu dəstək hər zaman davam edəcəkdir. Bütün beynəlxalq təşkilatlarda ölkəmiz bu dəstəyi və həmrəyliyi nümayiş etdirir. Pakistan və Azərbaycan arasında qarşılıqlı dəstək ölkələri və xalqları bir-birinə daha da yaxınlaşdırır. Azərbaycan-Pakistan bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Bu əməkdaşlıqların inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri böyük rol oynayıb. Hər iki ölkə arasında 30-dan çox sənəd imzalanmışdır ki, bu sənədlər mövcud hüquqi bazanı daha da möhkəmlənməsinə yönəlmişdir.İki ölkə arasındakı yaxın və səmimi əlaqələr mədəni irs, qlobal və regional məsələlərlə bağlı sərgilədikləri birgə münasibət və beynəlxalq forumlarda əməkdaşlıqla xarakterizə olunur. Vətən müharibəsində qalib gələn Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri Pakistan olmuşdur. Pakistan beynəlxalq təşkilatlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində haqlı mövqeyimizi hər zaman dəstəkləmişdir.

Bu da reallıqdır ki, bu gün müsəlman ölkələri davamlı olaraq ikili standartlar və ədalətsiz mövqe ilə üzləşirlər. Bu baxımdan müsəlman ölkələri arasında birlik və həmrəyliyin gücləndirilməsi xüsusi önəm daşıyır. Müasir dövrdə Azərbaycan, Türkiyə və Pakistan nümunəvi əməkdaşlıq modelini uğurla inkişaf etdirirlər. Azərbaycanla Türkiyə arasında əlaqələr uzun illərdir sürətlə inkişaf edir. Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ikinci dövlət yoxdur. Belə ki, eyni kök, adətlər, oxşar mədəniyyət, dil, din, ortaq folklor Azərbaycan Türkiyə əlaqələrini şərtləndirən mühüm amillərdir. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdirmişlər. Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Bu əlaqələr strateji xarakter daşıyır, dostluq, qardaşlıq prinsiplərinə əsaslanır. Bizi birləşdirən həm tarixi köklər, həm mədəni əlaqələr bizim keçmişimiz və bugünkü siyasi maraqlarımızdır.Azərbaycanla Pakistan hər zaman çətin günlərdə bir-birilərinin yanında olmuşlar. Bu ənənə bu gün də uğurla davam etdirilir. Hər iki ölkə tərəfindən tez-tez qarşılıqlı səfərlər həyata keçirilir. Azərbaycan-Pakistan bir-birinə qarşı dəstəyini davamlı ifadə edir. Pakistan Azərbaycana görə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmamışdır. Artıq uzun illərdir hər iki qardaş ölkə hərbi və siyasi sahələrdə sıx əməkdaşlıq edir. Bu əlaqələr növbəti illərdə digər sahələrdə də sürətlə inkişaf edəcəkdir. İkinci Qarabağ müharibəsi dönəmində və ondan sonrakı müddətdə də qardaş Pakistan xalqı və hakimiyyəti daima Azərbaycanın yanında oldu, öz siyasi və mənəvi dəstəyini əsirgəmədi. Azərbaycan xalqı Pakistan xalqının bu dəstəyini yüksək qiymətləndirir və heç zaman unutmayacaqdır.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər